» » » Viktor Hüqo Paris Notr-Dam kilsəsi


Şeçilmişlər Viktor Hüqo Paris Notr-Dam kilsəsi

Viktor Hüqo Paris Notr-Dam kilsəsi PDF
ADI:
Paris Notr-Dam kilsəsi
REYTİNQ:
  • +22
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2007
ÖLÇÜSÜ:
2.51 MB
Dünya ədəbiyyatının ən məşhur əsərlərindən olan “Paris Notr-Dam kilsəsi” romanında çoxdan unudulmuş dövrün tarixi təsviri ilə yanaşı sadə insanın günlük yaşamı və dəyərləri də canlandırılaraq kütləvi tarixi şüur, dünya və insan haqqındakı təsəvvürlərin spesifikası, insanların inam və ümidləri əks olunur. Əsərdə insanın azadfikirliyi və mənəvi müstəqilliyi konsepsiyası Fransadakı cari hadisələrlə əlaqələndirilir. Orta əsrlərin sonlarından bəhs edən romanında Viktor Hüqo gələcəyin keçmişin varisi olduğunu göstərməyə çalışır. Əsərdə dini inamın zəifləməsi, yüzillər boyu toxunulmaz olan ehkamlara qarşı şübhə, yeni təlimlərin bolluğu cəmiyyətin öz inkişafının son hədəfinə - demokratiyaya yaxınlaşmasına sübut kimi göstərilir. Yazıçı təsvir etdiyi dövrün əlamətlərini romanın əsas qəhrəmanlarının - Esmeraldanın, Kvazimodonun və Klod Frollonun xarakterlərində və talelərində təcəssüm etdirmişdir.
Mikayıl Rəfilinin tərcüməsi və Yusif Vəzir Çəmənzəminlinin redaktəsi ilə 1936-cı ildə nəşr edilən bu əsər nəşriyyat tərəfindən müasir Azərbaycan ədəbi dilinə uyğunlaşdırılmışdır.