» » » Henri Miller - "Xərçəng Tropiki" əsəri ilə tanışlıq və qısa məzmunu


Şeçilmişlər Henri Miller - "Xərçəng Tropiki" əsəri ilə tanışlıq və qısa məzmunu

ADI:
Xərçəng Tropiki
REYTİNQ:
  • +5
MÜƏLLİF:
DİL:
FORMAT:
Xərçəng TropikiHenry Miller tərəfindən qələmə alınmış avtobioqrafik əsərdir. Əsər, yazıçının on dollar ilə gələrək on il yaşadığı Parisdə keçəni illərini özündə yansıdır. Demək olar otuz il müddətində əsərin adı qadağan olunmuş əsərlər siyahısına salınmış və nəşr edilməsinə icazə verilməmişdir. 1934-cu ildə bitirilən əsər, Fransada 1930-cu ildə nəşr edilərək böyük uğurlar əldə etsə də, mövzusu ilə əxlaqi çərçivələrindən kənara çıxdığı üçün hamı tərəfindən normal olaraq qəbul edilməmişdir. Bu səbəblə də ilk öncə ABŞ-da, ardınca isə Avstraliya, İngiltərə və Türkiyədə çap edilməsi qadağan edilmişdir.
Henry Miller əsəri qələmə alan zaman, əxlaqla, ənənələrlə, inancla doğma dəyərləri aşan, cinsi münasibətlər, din və pul kimi mövzularda yeni fikirlər irəli sürərək, kütlə əxlaqının tabu hesab etdiyi mövzulara da öz münasibətini bildirməkdən çəinməmiş, buna görə də əsər tez-tez qadağalara məruz qalaraq nəşri, satılması və oxunması qadağan olunan əsərlər siyahısına salınmışdır.
Əsərdə Henry Millerin başına gələn hadisələri, xatirələri, Anais Ninə olan məhəbbəti, yetmiş beş yaşında olan zaman sevgili olduğu iyirmi səkkiz yaşlı yapon qadın Hokiyə olan sevgisi və əlbəttə həyatının hər dövründə rast gəlinən fahişələrlə olan xüsusi maraqları və münasibətləri əks olunmuşdur. Cinsi münasibətləri və digər şeylərə rəng qatmayaraq olduğu kimi təsvir etdiyindən nəşr olunduğu dövrlərdən etibarən əsərə embargo qoyulmasına səbəb olmuşdur.
Henry Millerin, “Xərçəng Tropiki“ əsərinin ardınca nəşr etdirdiyi “Oğlaq Bürcü“ əsəri də ilk əsərində olan mövzulara olan fərqli baxışları özündə yansıdan və ilk əsər ilə eyni aqibəti yaşamış əsər oldu.
Xərçəng Tropiki“ əsəri, qoyulan bütün embargolara baxmayaraq yalnız nəşr edilməsindən otuz il sonra – 1964-cü ildə bəraət qazandıqdan sonra yenidən çap edilməyə, satılmağa və oxunmasına icazə verildi. Əsərin Amerikada nəşrindən sonra ona qarşı iyirmi əyalətdə altmışa yaxın şikayətlə məhkəməyə verilsə də, bu məhkəmələrin hamısının nəticəsi eyni oldu və ABŞ höküməti əsərə bəraət verməyi qərara aldı.
Nyu-Yorkda doğulan və uşaqlığını Manhettendən bir körpü uzaqlıqda yerləşən Bruklində keçirən müəllif, yazmağa hələ litsey şagirdi olduğu illərdə başlamışdı. Nyu-Yorkda insanlara düşmən kəsilən həyat tərzinidən, əxlaq, bədbəxt və uğursuz evliliklər kimi mövzuları ələ alaraq bir neçə yazılar qələmə aldı.
Yırtıcı kimi həyat sürdüyü Parisdə isə özünü tarixin ölü övladı olaraq qəbul edirdi. Parisdə keçirdiyi günləri qeyd edərkən, özünü daim oradan-buraya sürüklənən bir səfil kimi təvir etmişdi. Müəllif həyatının həmin dövrləri üçün “Fəlakətlə cilvələşirdim sadəcə” deyirdi.
Axına qarışmış, sükansız bir gəmi. Açarı olmayan bir qıfıl. Zaman çarxında mədəniyyətin qoxulu sularında sürüklənən, zayı çıxmış bir dünyadır bura. Biriləri tüllər, kətanlar içində ikən digərləri isə dəbələməkdədir. Zaman keçib gedir. Nə dünən var, nə də sabah. Henry Miller isə torpaqlar üzərində yeraltı baharların izindədir.
İndi isə əsərdən bir neçə diqqət çəkən hissələri gözdən keçirək.
“O gündən bu günə hər qaçağın Parisdə əvvəl axır kəşf edəcəyi bir şeyi kəşf etdim: cəhənnəm əzabı çəkməli olanlar, özlərinə uyğun olan bir cəhənnəmi sifariş edə bilmirdi.”
“Sahib olduğum hər şeyi itirmişdim. Küçələrdə aclıq və polis qorxusu ilə yeriməyin nə demək olduğunu bilməklə bir yerdə, qorxunc deyilə bilinəcək bir hadisə gəlməmişdi başıma o günədək. Tək bir dost belə tapa bilməmişdim özümə. Ki kədərli olmaqdan daha çox təəccüblü idi. Çünki bu günə qədər getdiyim hər yerdə dost tapmaq çox asan olmuşdu. Amma dediyim kimi ,qorxunc deyilə bilinəcək heç bir hadisə gəlməmişdi başıma.“ Dostsuz yaşaya bilər insan, sevgisiz, hətta pulsuz belə. İnsan Parisdə sadəcə kədər və iztirablarından qidalanaraq yaşaya bilər, bunu kəşf etmişdim. Acı bir pəhriz, bəlkə də kimiləri üçün bu ən yaxşısıdır. Hər nəysə, hələ tükənməmişdim. Fəlakətlə cilvələşirdim sadəcə.”

Henri Miller - "Xərçəng Tropiki" əsərinin Azərbaycan dilində PDF formatında elektron versiyasını oxumaq istəyənlər aşağıdakı e-keçiddən yükləyə bilərlər.