KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Anna Frank - "Gündəlik" əsəri ilə tanışlıq və məzmunu


Şeçilmişlər Anna Frank - "Gündəlik" əsəri ilə tanışlıq və məzmunu

ADI:
Gündəlik
REYTİNQ:
  • +47
MÜƏLLİF:
DİL:
FORMAT:
Anna Frankın Gündəliyi“, iki il müddətində Hollandiyanın nasistlər tərəfindən işğalı zamanı ailəsi ilə birlikdə gizlənən Anna Frank tərəfindən tutulan gündəlikdən formalaşan bir kitabdır. Anna Frankın yəhudi əsilli atası Otto Frank, bir bankda işləyirdi. Anna, bacısı Margot ilə sadəcə yəhudilərin təhsil aldığı bir məktəbdə oxuyurlardı. Anna, on üç yaşı olarkən ona hədiyyə olunan kitabçanı gündəlik kimi istifadə etməyə başlamış və bütün şahidi olduğu hadisələri olduğu kimi qeyd etməyə başlamışdı. Anna Frank bu gündəliyi yazmağa 1942-ci ildə başladı və 1 avqust 1944-cü ilə kimi bütün baş vermiş hadisələri qələmə aldı. Anna Frank gündəliyinin, almanların Hollandiyanı işğal etməsini özündə əks etdirən bir sənəd olduğunu çox gözəl başa düşərək, onu ən başdan daha asan başa düşülən bir  şəkildə yazmağa başladı. Artıq gündəliyi təkcə özü üçün deyil, hamı üçün yazırdı.
Anna Frankın Gündəliyi:
12 İyun 1942.
Bu günə qədər heç kimə danışmadığım hər şeyi sənə danışmağı ümid edirəm. Ümidvaram sən mənim üçün böyük bir hüzur və dəstək mənbəyi olarsan.
28 Sentyabr 1942.
Bu anadək səndən böyük dəstək gördüm. Bu şəkildə gündəlik tutmaq daha çox gözəldir. Sənə yazmaq üçün vaxt tapacağım saatları iplə çəkirəm.
Səni yanıma aldığım üçün elə xoşbəxtəm ki!
14 İyun 1942 Bazar.
Sözə səni aldığım andan etibarən başlayacam, yəni ad günümdən. (Sən alınarkən də orada idim, amma bu sayılmır.)
12 İyun , cümə günü səhər saat altıda oyanmışdım. Bu başa düşülən bir haldır, çünki ad günüm idi. Amma o saatda yerimdən qalxmağa icazə verilmədiyindən, marağımı saat yeddiyə qalmışa qədər boğmalı idim. Daha çox səbr edə bilməyən zaman pişiyim Moortjenin başını uzadaraq məni qarşıladığı yemək otağına getdim.
Saat yeddi olan kimi ana və atamın yanına, ardınca da hədiyyə paketlərimi açmaq üçün salona getdim. İlk olaraq səni gördüm. Kim bilir bəlkə də ən gözəl hədiyyələrdən biri sən idin. Sonra bir gül buketi, iki budaq Pasxa gülü. Anamla atam mənə mavi bluz almışdılar; bir ev oyunu, mənə görə dadı şərabı xatırladan üzüm suyu (nəticədə şərab üzümdən hazırlanır), bir puzzle və iki kitab üçün hədiyyə çeki. Camera Obscura adında bir kitab da hədiyyə edilmişdi; amma o kitab onsuzda Margotda var idi. Bu səbəbdən də onu dəyişdirdim. Evdə bişirilən bir kasa şirniyyat (əlbəttə ki, onu özüm bişirdim, bu günlərdə şirniyyat bişirməkdə mahirəm) və anamdan hədiyyə olunan bir çiyələkli tort. Nənəmdən tam da zamanında gələn bir məktub, amma əlbətdə bu da bir təsadüf idi.
Sonra Hanneli məni götürməyə gəldi və məktəbə getdik. Tənəffüsdə müəllimlərə və şagirdlərə biskvit verdim, sonra isə yenə də oxumağa girişdik.
Saat beşdə evə gəldim, çünki gimnastikaya getmişdim. (əslində gimnastikaya getməyimə icazə vermirlər, çünki qollarım və ayaqlarım çox asanlıqla ağrıyırlar) Sinif yoldaşlarım üçün voleybolu məmin ad günü oyunum olaraq seçmişdim. Sanne Ledermann çoxdan çoxdan orada idi. Mənimlə eyni sinifdə oxuduqları üçün İlse Wagner, Hanneli Goslar və Jacquelin Van Maarseni gimnastikadan özümlə bura gətirmişdim. Hanneli və Sanne əvvəllər ən yaxşı dostlarım idi. Bizim üçümüzü hər zaman bir yerdə görənlər “Budur, Anne, Hanne və Sanne“ deyərlərdi . Jacquelin Van Maarsen ilə yəhudi liseyində tanış oldum və indi ən yaxşı dostum odur. İlse, Hannelinin ən yaxşı dostudur. Sanne isə başqa bir məktəbdə oxuyur, orada onun öz dostları var.
Mənə “Hollandiya Dastanları və Əfsanələri” adlı kitab hədiyyə etdilər, amma yalnışlıqla ikinci cildi almışdılar, bu səbəblə də dəyişdirmək məcburiyyətində qaldım.
Helene xala daha bir puzzle gətirdi.  Stephanie xala sevimli bir broş, Lenny xala isə “Daisynin Dağ Tətili“ adlı tək bir kitab hədiyyə etdi.
Bu səhər vanna otağında, Rin-Tin-Tin kimi bir itim olsaydı nə gözəl olardı. Mən də ona Rin-Tin-Tin adını verərdim və itim davamlı olaraq ya məktəbdə gözətçinin yanında, ya da velosipedimin barakasında olardı.
20 İyun 1942 Şənbə
Xatirə dəftəri tutmaq üçün mənim kimi biri üçün qəribə bir hiss. Yalnız bu daha əvvəllər heç yazmadığıma görə deyil. İrəlidə mən də daxil olmaqla heç kim on üç yaşlı qızın daxilindən keçənlərlə maraqlanmayacaqmış kimi hiss edirəm. Amma əslində bunun heç bir önəmi yoxdur. Mən yazmaq və daha da vacibi qəlbimdən keçən bir sürü şeyi ortaya tökmək istəyirəm.
Əllərimi başıma dayadığım və tənbəllikdən çöləmi çıxsam, evdəmi qalsam bilə-bilmədiyim, nəticədə eyni yerdə qaldığım xəfif, melanxolik günlərimdən birində canım sıxılanda beynimdən  “Kağız insanlardan daha səbrlidir“ sözü keçdi.