KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Çingiz Aytmatov - "Ağ Gəmi" əsəri ilə tanışlıq və qısa məzmunu


Şeçilmişlər Çingiz Aytmatov - "Ağ Gəmi" əsəri ilə tanışlıq və qısa məzmunu

ADI:
Ağ Gəmi
REYTİNQ:
  • +92
MÜƏLLİF:
DİL:
FORMAT:
Dünyaca məhşur qırğız yazıçı Çingiz Aytmatovun ilk dəfə 1970-ci ildə nəşr olunan romanı “Ağ Gəmi”, tarixi bir əfsanə ilə günümüzün dünyasının mükəmməl bir şəkildə təsviridir.

Mömin baba, tarixinə bağlı və yaşlılığına baxmayaraq işləməyə davam edən biridir. İşləməsinin əsas səbəblərindən də biri, ana və atasının atıb getdiyi balaca nəvəsidir. Mömin babanın nəvəsindən kitabda bir çox yerdə bəhs olunur və o, tam bir xəyalpərəstdir. Xəyalpərəsət olmasında ən böyük təsir isə babasının nağıl etdiyi əfsanələrdir. Bunlardan biri də “Ana Maral“ əfsanəsidir.

“Ana Maral“ əfsanəsində, bir zamanlar Qırğızların ölən xanları üçün mərasim təşkil edərkən, vəhşicəsinə hücuma məruz qalaraq öldürülməsindən bəhs edilir. Mərasimin təşkili zamanı meşəyə gedən bir qız və bir oğlan sağ qalaraq, hücum edənlərin arxasınca düşməyə başlayırlar. Tutulanda isə öldürülmək üçün uçurumun kənarına aparılırlar. Uşaqların uçurumundan aşağı atılmaları anında bir ana maral oraya gələrək uşaqları öz himayəsinə almağa çalışır. Uşaqları öldürmək istəməyən düşmənlər, Ana Marala insanlar mövzusunda xəbərdarlıq edirlər. Onlar, bir gün himayəsinə aldğı bu uşaqların atalarının gəlib Ana Maralı öldürəcəyini deyirlər. Buna baxmayaraq Ana Maral uşaqları öz himayəsinə götürürərək Isık gölünün kənarına gətirir. Qırğızların yenidən çoxalmasını təmin edən marallar, insanlarla sülh içində yaşayırlar. Lakin, bir gün iki qardaş maral soyundan gəlmələrini bildirmək üçün bir maralı öldürərək onun buynuzlarını atalarının qəbri üzərinə sancırlar. Bu hadisə adət halını alaraq davam etdirilir. Bundan sonra gölü tərk edən marallardan sonra heç kim Isık gölü ətrafında bir dənə də olsa ağ marala rast gəlmir.
Uşaq bu hekayə ilə böyüyərək marallara qarşı böyük sevgi bəsləyir. Ana və atasının onu tərk etməsi səbəbi ilə zamanını, babasının durbinini alaraq dağın ətəyini seyr etməklə keçirər. Ən böyük xəyalı isə Ağ Gəmidir. Hər gün eyni saatda bir Ağ Gəmi Isık gölündə görünərək sonra gözdən itir. Uşaq illər öncə onu tərk edən atasının o gəmidə işlədiyini xəyal edir. Beləcə gölə atılaraq üzüb Ağ Gəmiyə çıxmasını və atası ilə görüşəcəyini xəyal edir.
Uşağın məktəb çağına gəlməsi ilə Mömin baba ona bir çanta alır. Hər şeyə bir ad qoyan və onlarla insan imiş kimi davranan uşağınən yaxın dostu bu dəfə çantası olur və ona bütün bildiyi hekayələri və xəyallarını danışır. Məktəb onun üçün yeni bir başlanğıcdır. Məktəbin çox uzaqda olması səbəbi ilə onu məktəbə babası aparıb gətirir.
 Mömin baba Orozkul adlı kürəkəninin yanında işləyir. Orozkul meşə işçilərinin komandiridir və işlərində Mömin babanın da köməyindən yararlanır. Uşağı olmadığı üçün davamlı olaraq Mömin babanın qızını günahlandıraraq, içib hər zaman onu döyər. Mömin baba isə ona heç bir söz deyə bilmir. Çünki, nəvəsi böyüyüb boya-başa çatınca işləmək və ona baxmaq məcburiyyətindədir. Bu səbəblə Orozkul nə etsə də ona bir söz deyə bilmir.
Bir gün Mömin baba ilə sözü düz gəlməyən Orozkul, onu işdən qovur. Bundan sonra qızını da boşadığını bidirərək evdən qovur. Qızı da ailəsinin dağılmasına görə Mömin babanı günahkar hesab edəndə, Mömin babanın halı pisləşir. Babasının əhvalını pis görən uşaqda Orozkula qarşı nifrət yaranır və Ana Maraldan ona bir uşaq gətirməsi üçün dua edir. Orozkulun uşağı olanda yumşalacağını və hər şeyin düzələcəyini düşünməyə başlayır. Yuxuda Ana Maralın buynuzundaki səbətdə ona uşaq gətirməsini görərək sevinir. Daha sonra gölün digər tərəfində maralları görən uşaq hər şeyin düzələcəyini düşünür. Marallar və Ana Maral geri dönmüşdü.

Xəstə olaraq evdə qalan balaca gözünü silah səsi ilə açır. Oyananda çöldə bir hərəkətlilik olduğunu hiss edir.
Ocaq qalanmış və ziyafət hazırlanmaqdadır. Mömin babası da çox içmiş və peşiman-peşiman ocağın yanında oturmuşdur. Uşaq nəyin baş verdiyini dərk edə bilmir. Lakin, kəsilmiş başı görəndə donub qalır. Bu baş Ana Marala aiddir və Orozkul ilə dostları onun ətini yeyərək bayram edirlər.
Bütün ümidləri və xəyalları alt-üst olan uşaq, artıq burada qala bilməyəcəyini başa düşür və balıq kimi üzərək Ağ Gəmiyə çatmaq xəyalını gerçəkləşdirmək üçün gölün kənarına gəlir və özünü gölə atır...

Çingiz Aytmatov - "Ağ Gəmi" əsərinin Azərbaycan dilində PDF formatında elektron versiyasını oxumaq istəyənlər aşağıdakı e-keçiddən yükləyə bilər.