KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Virciniya Vulf - “ Özünə Aid Bir Otaq” əsəri ilə tanışlıq və məzmunu


Şeçilmişlər Virciniya Vulf - “ Özünə Aid Bir Otaq” əsəri ilə tanışlıq və məzmunu

ADI:
Özünə Aid Bir Otaq
REYTİNQ:
  • +17
MÜƏLLİF:
DİL:
FORMAT:
İngilis yazıçı və modernizm cərəyanının baniləridən biri olan Virciniya Vulfun müəllifi olduğu “Özünə Aid Bir Otaq” əsəri hər bir feminizmin tərəfdarı olan oxucuların ən sevdiyi əsərlərdən biridir. Əsas mövzusu qadın və ədəbiyyat olan əsər, müəllifin oxunması ən asan olan əsəridir.
Kişilərin bezmədən qadınlara təkrar etdikləri “əzəli”, eyni zamanda da “əzici” bir sual mövcuddur: “Bizim qədər düşünmək bacarığınızın olduğunu iddia etdiyiniz halda, niyə hələ də ortaya Şekspir kimi bir dahi çıxara bilməmisiniz?”. Virciniya Vulf, bu sualı tarixi əlaqələrin kökünə enib, kitabxana rəflərində gəzdikdən və qısa qadın ədəbiyyatı tarixi çıxardıqdan sonra əsaslı şəkildə bir cavab vermişdir. Müəllif qadınlara bu şəkildə səslənir: “Pul qazanın, özünüzə aid ayrı bir otaq və boş vaxtınız olsun. Və yazın, kişilər nə deyəcək deyə düşünmədən yazın!”
Özünə Aid Bir Otaq: Bütün dövrlər ərzində qadınlar, kişiləri varlıqlarından iki qat böyük göstərən güzgü rolunu oynadılar. Sehirli bir güzgü olan bu güzgünün möhtəşəm yansıtma gücü var idi. Belə bir güc mövcud olmasaydı dünya hələ də bataqlıq və balta dəyməyən meşələrdən ibarət olardı. Müharibələrdə zəfər qazanıldığı duyulmazdı. Hələ də maral skeletləri ilə qırıq qoyun sümüklərini bir-birininə sürtər, çaxmaqdaşı verib qoyun dərisi ya da formalaşmamış zövqümüzü hansı bəsit bəzək əşyası oxşayacaqdısa onu alardıq… Çar və Sezar nə tac taxar, nə də taxtdan enərdi. Mədəni toplumlarda, hansı işə yaramasından asılı olmayaraq, bütün şiddət ya da qəhrəmanlıq üçün güzgülər mütləq gərəkdir. Məhz bu səbəbdən, Napaleon da, Benuto Mussolini də qadınların kişilərdən aşağı olduğuna bu qədər israr edirdilər. Əgər onlar aşağıda durmasaydı, özləri zirvəyə yüksələ bilməzdi.
Bu isə adətən qadınların kişilər üçün lazımlı olduğunu qismən də olsa başa düşməyə kömək edir. Eyni zamanda, kişilərin, qadının tənqidi qarşısında nə qədər narahat olduqlarını, eyni tənqidi edən bir kişidən daha çox əzab verməyərək, kişini daha çox hirsləndirmədən, qadının bu kitab pisdir, o rəsm zəifdir söyləməsinin necə mümkünsüz olduğunu açıqlayır. Ona görə ki, qadınlar həqiqəti deməyə başlayarsa, kişinin güzgüdəki görünüşü kiçilməyə başlayar və həyata uyğunlaşa bilməz. Səhər və axşam yeməyində özünü, olduğundan da bir qat daha böyük hiss edə bilməzsə, hökmlər verməyə, vəhşiləri mədəniləşdirməyə, qanunlar müəyyən etməyə, kitablar yazmağa, mərasimlərdə nitq deməyə necə davam edəcək? Çörəyimi didib, qəhvəmi qarışdırarkən, bəzən də küçədəki insanlara baxan zaman bunları düşündüm. Güzgüdəki görüntü son dərəcə əhəmiyyətlidir, çünki canlılığı və özünə olan inamı gücləndirir, həmçinin də sinir sistemini hərəkətə gətirir. Bunu əlindən aldığımız zaman kişi kokaini əlindən alınan narkoman kimi məv ola bilər. O görüntünün təsiri altında – pəncərədən küçəyə baxaraq düşündüm – səkidə yeriyənlərin bir hissəsi işə gedir. O sehrin işartısı altında papaqlarını başlarına qoyub, paltolarını geyinirlər. Günə inamlı və gümrah başlayırlar, miss Smitin çay dəvətində gözlənildiklərinə inanırlar, salona girdikləri zaman özlərinə: “burada olan insanların yarısından üstünəm” deyirlər, buna görə də cəmiyyətin həyatına dərindən təsir edən, insanların zehinlərinin künclərinə qəribə qeydlər yerləşməsinə səbəb olan o özünə olan inamları ilə, özlərindən arxeyin bir şəkildə danışırlar…
Pr.Trevelyan: “Nə Şekspirin qadınları, nə də Verneylər və Hutçinsonlar kimi XVII əsrə aid həqiqi xatirələrdə olan qadınlar, şəxsiyyət və keyfiyyət baxımından əskik görünürlər”.
Təbii ki, fikirləşsək ki, Kleopatranın bir duruşu vardı, o zaman xanım Maqbetin iradəsindən istifadə etdiyini güman edirəm. Həm də Rozalindin cazibədar qız olduğunu zənn edirəm. Şekspirin qadınlarının şəxsiyyət və keyfiyyət baxımından əskik olmadıqlarını deyən zaman sadəcə həqiqəti dilə gətirib Pr.Trevelyan. Tarixçi olmadığımıza görə, biraz daha irəliyə gedə bilər və əzəldən bəri bütün şairlərin əsərlərində qadınların mayak kimi işıldadıqlarını görə bilərik. Dramaturgiyada Klitemnestra, Antiqamo, Kleopatra, Xanım Maqbet, Fedra, Kresida, Rozalind, Dezdemona, Malfi Hersoginyası, nəsrdə isə Millamant, Klarissa, Anna Karenina, Emma Bovari  (Madam Bovari nəzərdə tutulur ) – bu adlar insanın ağlına gələn zaman “şəxsiyyəti və keyfiyyəti əskik” qadınları heç düşündürmür. Əslində, qadın sadəcə kişilərin yazdıqlarında mövcud olsaydı, qadının böyük əhəmiyyətə sahib biri olduğunu xəyal edə bilərdik; çox fərqli, cəsarətli, dəyişkən, möhtəşəm və mənfəətpərəst, dəhşətli dərəcədə gözəl və hədsiz çirkin, bir kişi qədər böyük, bəzilərinə görə kişidən daha böyük. Amma, bu uydurmadaki qadındır. Pr.Trevelyanın da işarə etdiyi kimi qadın otağına qapanır, döyülür, o tərəf- bu tərəfə sürüklənirdi. Beləcə çox qəribə və qarışıq bir varlıq yaranır. Xəyal edildiyi zaman son dərəcə əhəmiyyətli, həqiqətdə isə bir o qədər əhəmiyyətsiz. Şeiri bir başdan digər başa əhatələyər, tarixdə isə heç zaman görünməz. Uydurma yazıda kralların və fatehlərin həyatlarına hökm edər, gerçək həyatda ailəsinin barmağına bir üzük keçirdiyi hər hansı oğlanın köləsidir. Uydurma yazıda ən ruhlandırıcı sözlər, ən dərin düşüncələr onun dodaqlarından çıxar, gündəlik həyatda, demək olar ki, heç oxuyub-yaza bilməz və ərinin malıdır. Demək olar ki, tarix qadından heç zaman söz açmayıb.

Virciniya Vulf - “Özünə Aid Bir Otaq” əsərinin Türk dilində EPUB fromatında elektron versiyasını oxumaq istəyənlər aşağıdakı e-keçiddən yükləyə bilər.

https://www.kitabyurdu.org/kitab/dunya-edebiyyati/1740-virginia-woolf-kendine-ait-bir-oda.html