KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » İrvin D. Yalom - "Nitsşe Ağlayanda" əsəri ilə tanışlıq və məzmunu


Şeçilmişlər İrvin D. Yalom - "Nitsşe Ağlayanda" əsəri ilə tanışlıq və məzmunu

ADI:
Nitsşe Ağlayanda
REYTİNQ:
  • +6
MÜƏLLİF:
DİL:
FORMAT:
“Qürurlu bir yüksəkliyə çatmaq istəyən ağac, fırtınalı hava istər. “
İrving D. Yalomun müəllifi olduğu “Nitsşe Ağlayanda“ əsəri Nietsşenin fəlsəfəsini yaxından tanımaq imkanına sahib olmaq üçün oxunması gərəkən tək-tük kitablardan biridir. Əsəri oxuduqdan sonra, əsərin motivləri əsasında ekranlaşdırılmış “Nitsşe Ağlayanda“ filmini izləyə bilərsiniz.
Kariyera, ailə, cəmiyyət azadlığımızı sərhədləyən əsas maneələrin bunlar olduğunu məncə çoxumuz başa düşürük. Bir çoxumuz üçün tanış hiss olduğu da sirr deyil. Yaxud da valideynlərimiz qarşısında olan öhdəliklərimiz. Sadəcə yaşlı olduqlarında tək qalmamaqları üçün bizləri dünyaya gətirməkləri və digər həyatda keçirmədikləri arzularını bizdən faydalanaraq ruhlarını qidalandırmaqları.
Əsərdə də qeyd olunduğu kimi: Yaradıcı olmağa və yeni yaradıcılar yaratmağa hazır deyilsənsə uşaq sahibi olma. İşimizə görə ünsiyyətdə olduğumuz insanlar bizdən kömək gözləyirlər. Bütün bunlar ətrafımızda odlu bir halqa şəklində sərhədlərimizi müəyyən etmişdir və eyni zamanda azadlığa olan hisslərimizi də alovlandırmışdır. Lakin, bütün bu əziyyətə son qoymaq üçün həqiqi  ehtiyyaclarımızı müəyyən etmək məcburiyyətindəyik. Çünki, kim olduğumuzu bilmək üçün istəklərimizi və ehtiyyaclarımızı nəzərə almalıyıq. Bizə azadlığımızı əldə etməyə kömək edən məhz bu amildir.
Fərdlərin azadlıq anlayışı fərqlidir. Başqa sözlə desək, azadlıq anlayışını fərqli bucaqlardan qiymətləndirmək istəsək bir dilemma ilə üz-üzə qalarıq. Buna mane olan isə sadəcə şüuraltımızdır. Həyatda başımıza gələn travmalar (ən vaciblərindən biri də hər hansı valideynini itirmək və onun qayğısından məhrum böyümək) eşq, xəyanət kimi amilləri də bura daxil etməsək səhv etmiş olarıq. Azadlığa gedən yolda iş, ailə və cəmiyyətlə mübarizə aparmaq göründüyü kimi mənasızdır. Çünki, burada baxış bucağımızı, problemlərə yanaşma tərzimizi dəyişməli, doğru düşməni seçməli və onunla mübarizə aparmalıyıq. Şüuraltımızda yatan düşüncələrin ətrafa yansımağı isə bizə sadəcə gördüklərimizi həqiqət kimi təlqin edir, lakin bunun sadəcə bir yansıma olduğunu dərk edə bilmirik, daha dəqiq desək görə bilmirik. Buna görə də bu yolda insanların əsas düşməni maneələr deyil, onları ortaya çıxaran və onlara müəyyən mənalar bəxş edən şüuraltımızdır. Ancaq bundan sonra azadlığa çıxacaq və onu bizim üçün yaradan ətraf amillərin də dəyərini başa düşə biləəyik. Burada artıq yuxarıda maneə kimi qələmə verdiklərimiz,əslində fərdin azadlığı və xoşbəxtliyi olduğu qaçınılmazdır. Ailəsi, işi, münasibətdə və ünsiyyətdə olduğu insanlar. Əlbəttə, azadlıq - sadəcə istədiyini etmək və ya istəmədiyini etməmək deyil. Bu hisslərlə də  bağlıdır. Bəzi kədər və ağrılardan yoxsun olmaq bizə özümüzü azad hiss etdirir. Kitaba istinad edərək demək olar ki, içimizdə olan yaxşılıq, sədaqət və məsuliyyət bizim özümüzü azad hiss etməyimizə qarşı olan ilkin maneələrdir. Biz içimizdə olan pisliyi tanımalıyıq.
Azad olan insan xoşbəxt insandırmı? Yaxud əksinə. Bu, insanın hər iki mövhumdan əldə etdiyi faydaya görə dəyişir. Əsərin qəhrəmanlarından Dr. Breuer üçün azadlıq və xoşbəxtlik onun ailəsi, işi və xəstələri olduğu halda Nietzsche üçün isə bu tam tərsidir. Hər nə qədər o da yalnız ölməkdən qorxsa belə, o, təkliyin verdiyi azadlıq ilə yeni əsərlər yaradacığını bilirdi və bir ailəyə sahib olmağını istəsə də onu daha çox xoşbəxt edən bu məqsədindən uzaq düşəcəyini də bilirdi. Ona görə də  bəşəriyyətin öyrənməsi lazım olan bir aforizmi qeyd etməliyik: “Amor Fati: Taleyini seç və sev”. Bəlkə də xoşbəxtlik və azadlığımız son nəfəsimizə qədər  özümüzü azad imiş kimi hiss edərək yaşamağımızdır. Lakin, bunun həqiqət olmadığı aşkardır. Ancaq unutmamağımızda  fayda var ki, müqəddəs olan həqiqət deyil, fərdin həqiqəti tapmaq üçün çıxdığı yoldur.

İrvin D. Yalom - Nitsşe Ağlayanda əsərinin EPUB formatında elektron versiyasını oxumaq istəyənlər aşağıdakı e-keçiddən yükləyə bilərlər.

https://www.kitabyurdu.org/kitab/dunya-edebiyyati/1523-irvin-d-yalom-nietzsche-agladiginda.html