KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Walter Isaacson - “Steve Jobs” əsəri ilə tanışlıq və qısa məzmunu


Şeçilmişlər Walter Isaacson - “Steve Jobs” əsəri ilə tanışlıq və qısa məzmunu

ADI:
Steve Jobs
REYTİNQ:
  • +11
MÜƏLLİF:
DİL:
FORMAT:
Benjamin Franklin və Albert Eynşteynin kimi dünya şəxsiyyətlərinin bioqrafiyalarını qələmə alan müəllif, Walter Isaacsonun daha bir əsərinin məzmununu təqdim edirik sizlərə. Müəllifin Steve Jobsun həyatı haqda olan bioqrafik əsəri həqiqətən oxunması lazım olan əsərlərdən biridir. Kitab, Steve Jobs ilə 2 ildən çox bir müddətdə aparılan reportajlar əsasında meydana gəlmişdir.
Dünyanın dörd bir tərəfindəki cəmiyyətlər rəqəmsal çağ iqtisadiyyatı qurmağa çalışarkən, Jobs öz xəyal gücünün vasitəsi ilə gündəmə gəlir. XXI əsrdə dəyər yaratmağın ən yaxşı üsulu olaraq yaradıcılığı texnologiya ilə əlaqləndirmənin vacib olduğunu bilirdi. Bu məqsədlə də xəyal gücünü işə salaraq yeni bir texnoloji şirkət yaratdı. Jobs bu kitabı qələmə almaqda müəllifə kömək göstərsə də, kitabda heç bir söz sahibi olmağı, hətta nəşr edilməzdən əvvəl oxumaq belə istəmədi. Əsərin yazılması üçün heç bir sərhəd qoymadı, əksinə, qohumlarından son dərəcə dürüst olmalarını istədi.
“Qürur duymadığım bir çox səhvlər buraxdım, məsələn 23 yaşımda ikən sevgilimi hamilə buraxmağım və sonra etdiyim hərəkətklər də bunlardan biridir. Amma öyrənilməsinə icazə verə bilməyəcəyim pis sirlərim yoxdu.” – Steve Jobs
Steve Jobs birliktə işlədiyi və rəqib olduğu insanlar haqqında bəzən zalimcə danışırdı. Dostları və düşmənləri də eyni şəkildə davranaraq, onun iş həyatındaki asılılqlarından, sənətçiliyindən, yoxlanışlarından və mükəmməliyyətçiliyindən bəhs edirlər.
Steve Jobs hər an ətrafındaki insanların səbrinin daşmasına səbəb ola və ümidsizliyə doğru sürükləyə bilərdi. Onun həyat hekayəsi yaradıcılıqla, xarakterlə, liderliklə və dəyərlərlə dolu olan bir hekayədir.

Kitab xüsusi olaraq Steve Jobsun Apple korporasiyasını necə qurduğu və gəncliyində olan həyat fəlsəfəsi mövzuları ilə başlayır. Bu hissədə Steve Jobsu sevməməyə  başlaya bilərik, çünki həyatının bu dövrlərində etdiyi hərəkətlər insana çox qəribə gəlir.

Daha sonra Apple şirkətindən qovulmağı ilə işlər başqa şəkil almağa başlayır. Yeni bir şirkət, evlilik həyatı və özünə daha çox zaman ayırması ilə bağlı Steve Jobs böyük çətinlikləri arxada qoyur.
İlk göz dağı olan Apple şirkətinin iflas etmə təhlükəsi ilə qarşı-qarşıya gələrkən geri dönüş etməyi bacamağı Steve Jobsun həyat hekayəsini oxumağa dəyər. Batmaq təhlükəsi ilə üz-üzə qalmış bir şirkətin necə ayağa qalxaraq iPod, İphone və iPad kimi məhsullara imza atması və Apple-ın necə bir dünya brendinə çevrilmək bacarığı həqiqətən də bizim tərəfimizdən təqdir ediləcək bir bacarıqdır.
Kitabın ən təsiredici hissələri Jobsun necə xərçəng xəstəliyinə tutlması və getdikcə ölümə doğru yaxınlaşması haqda olan hissələrdir. Steve Jobsun bioqrafiyası həyatda ciddi uğurlara imza atmaq arzusunda olan hər bir şəxsin oxuması və dərs alması lazım olan mükəmməl bir həyat hekayəsidir. Şiddətlə tövsiyyə edirəm.

“Uşaq olarkən hər zaman bəşəri biliklərə qarşı marağım daha çox idi. Sonra isə qəhrəmanlarımdan biri olan, Polaroidin yaradıcısı Edwin Landın bəşəri biliklər ilə digər biliklərin sərhədində dura bilən insanların mövcudluğunun vacibliyi ilə bağlı sözlərini oxuyarkən bunu etmək istədiyimə qərar verdim.”
“..Amma bu işi etmək istəməyimin tək səbəbi, bu dünyanın Apple ilə daha gözəl bir yer olacağını düşünməm idi...”

Walter Isaacson - Steve Jobs kitabın Türk dilində EPUB formatında elektron versiyasını oxumaq istəyənlər aşağıdakı e-keçiddən yükləyə bilər.

https://www.kitabyurdu.org/kitab/dunya-edebiyyati/996-walter-isaacson-steve-jobs.html


Balahüseyn
Zehmet olmasa Azerbaycan dilinde çoxlu kitablar düzeldin . Sizden xahişim odurki marslı kitabının Azerbaycan dilini düzeldesiniz
  • 7 yanvar 2021 20:25
  • Status: