» » » Missionerlik: tarixi, mahiyyəti, metod və strategiyası


Şeçilmişlər Missionerlik: tarixi, mahiyyəti, metod və strategiyası

Missionerlik: tarixi, mahiyyəti, metod və strategiyası PDF
ADI:
Missionerlik: tarixi, mahiyyəti, metod və strategiyası
REYTİNQ:
  • +4
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2017
ÖLÇÜSÜ:
487 KB
Kitabda missionerlik institutunun meydana gəlmə və formalaşma tarixi haqqında bəhs olunur, eləcə də  müxtəlif kilsə və missioner təşkilatları tərəfindən xristianlığın təbliğatı istiqamətində istifadə olunan metod və strategiyalar qısaca nəzərdən keçirilir.  
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Əsrlər boyu Xristianlığın mərkəzi sayılan Avropa çoxdan xristian kimliyini itirib, çünki Reformasiya (XVI-XVII əsrlərdə Katolik kilsəsinə qarşı yönəldimiş dini və ictimai-siyasi hərəkat) və Böyük Fransa inqilabı ilə Qərb dünyasında başlayan dünyəviləşmə və ya sekulyarlaşma prosesi xristian dininə böyük zərbə vurub. Bu proses dini dəyərlərin ictimai-siyasi həyatdan tamamilə kənarlaşdırılması ilə nəticələnib. Hazırda Qərbi Avropa ölkələrində bağlanan kilsələrin sayı günü-gündən artır. Müasir avropalıların həyatında din tamamilə arxa plana atılıb. İbadətə gələnlər olduqca azdır. Müxtəlif sosioloji sorğular da onu göstərir ki, əksər avropalılar Tanrıya ya inanmır, ya da ki, Yaradıcının varlığına şübhə ilə yanaşırlar. Qərb dünyasında qələbə qazanan liberal və sekulyar ideyalar kilsə institunun özünə də mənfi təsir göstərib. Avropada ənənəvi mənəvi dəyərlərin ucuzlaşması fonunda bir sıra kilsə təşkilatları eynicinslilər arasında nikahı belə tanıyıblar. Odur ki, Qərbin həm siyasi, həm də intellektual dairələrin nümayəndələri açıq-aşkar xristian Avropasının sonunun çatdığını bəyan edirlər. “Qoca qitə”də Xristianlığın dayaqları büsbütün sarsıldığı vaxt planetimizin başqa yerlərində fərqli mənzərəni müşahidə edirik. Müasir dövrdə Afrika qitəsində, Cənubi və Uzaq Asiyada xristianların sayı durmadan artır. Artıq xristianlar burada aparıcı qüvvəyə çevriliblər. Aparılan təhlillər də onu göstərir ki, 2025-ci ildə Afrika Xristianlığın mərkəzinə çevriləcək və burada İsa Məsihin təliminə inananların sayı 721 milyon nəfərə çatacaqdır1 . Maraqlısı odur ki, qaradərili afrikalıların nəzərində missionerlik müstəmləkəçiliyi təcəssüm etdirdiyi halda, bu amil xristian etiqadın “qara qitə”də sürətlə yayılmasına mane olmur. Belə paradoksal mənzərənin ortaya çıxma səbəbi nədir? Uzun müddət müstəmləkəçilərin əsarəti altında yaşamış xalqlar Xristianlığa niyə belə maraq göstərirlər? Bəziləri keçmiş müstəmləkələrdə xristian təbliğatçıların uğurlarını humanitar yardımla izah edirlər ki, bu olduqca bəsit cavabdır. Əksər afrikalıların aclıq və səfalət içində yaşaması, eləcə də Afrika əhalisininn savad səviyyəsinin olduqca aşağı olması bir həqiqətdir. Təbii ki, bu amillər Xristianlığın yayılmasında öz rolunu oynayır. Habelə əksər afrikalılar hələ də ibtidai dinlərə etiqad bəsləyirlər. Odur ki, onlar ibtidai inanclarla müqayisədə daha çox inkişaf etmiş dini inanc sistemi ilə, yəni Xristianlıqla qarşılaşdıqda istər-istəməz bu dinin təsiri altına düşürlər. Lakin missionerlərin uğurunu sadəcə Afrikadakı acınacaqlı vəziyyətlə izah etmək də doğru deyil. Əgər missionerlər təkcə humanitar yardım hesabına özlərinə tərəfdar qazanırlarsa, onda niyə “Yehovanın Şahidləri”nin sayı durmadan artır? Axı bu dini təşkilat qətiyyən humanitar fəaliyyətlə məşğul olmur, istər üzvlərinə, istərsə qeyrilərinə hər hansı maddi kömək göstərmir, əksinə, öz üzvlərini maddi cəhətdən istismar edir. Başqa bir misala nəzər yetirək. Günümüzdə missioner təbliğat ən böyük uğuru inkişaf etmiş, rifah və savadlılıq səviyyəsi yüksək olan Cənubi Koreyada qazanır. Belə ki, İkinci dünya müharibəsindən sonra katolik və protestant missionerlər burada aktiv təbliğat aparmağa başladılar. Nəticədə ənənəvi Buddist və Konfutsiçilik ölkəsi olan Cənubi Koreya əhalisinin az qala yarısı Xristianlığa keçdi. Hazırda cənubi koreyalıların təqribən 45 faizi özünü müxtəlif xristian məzhəblərinin, əsasən də protestant kilsələrin mənsubu sayır. Eyni zamanda, Cənubi Koreya Respublikası ABŞ-dan sonra dünyaya ən çox protestant missioner “ixrac edən” ikinci dövlətdir.