«Analitik həndəsə» dərs vəsaiti pedaqoji və texniki universitetlərdə bakalavr təhsil pilləsi üçün nəzərdə tutulmuş tədris proqramı əsasında yazılmışdır. Dərs vəsaiti beş fəsildən ibarətdir. I fəsildə koordinat sistemləri və analitik həndəsənin sadə məsələləri, II fəsildə vektorlar cəbrinin elementləri, III fəsildə müstəvi üzərində düz xətt tənlikləri, fəzada düz xətt və müstəvi tənlikləri, IV fəsildə ikitərtibli əyrilər və səthlər, V fəsildə isə çalışmalar həllinə yer verilmişdir. Bütün fəsillərdə mövcud bölmələrin əsas anlayışları və nəzəri əsasları, o cümlədən təriflər, teoremlər, qaydalar səlis şərh edilmişdir, müəyyən anlayıçların izahı əyani olaraq şəkillərlə verilmişdir. Əvvəlki fəsillərdə verilmiş nəzəriyyəyə əsaslanaraq sonuncu fəsildə həll olunmuş çalışmalar analitik həndəsənin elementlərini sərbəst öyrətməyə imkan verir. Bu dərs vəsaiti pedaqoji və texniki universitetlərin tələbələri üçün yazıldığına baxmayaraq xüsusi təyinatlı institutlarda təhsil alan tələbələr üçün də faydalı ədəbiyyatdır.

