KitabYurdu » Kitab » Dərslik » Salayeva Nigar, Etika və Psixologiya


Şeçilmişlər Salayeva Nigar, Etika və Psixologiya

Salayeva Nigar, Etika və Psixologiya PDF
ADI:
Etika və Psixologiya
REYTİNQ:
  • +13
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2022
ÖLÇÜSÜ:
1.18 mb

Bu gün tədrisi vacib fənlərdən olan «Etika və psixologiya» antik dövrdən müasir dövrümüzədək uzun bir tarixi yol keçmişdir. Hal-hazırda baş verən ictimai proseslər, insanın mənəvi inkişafı və s. «Etika və psixologiya»nın tədqiqat obyektindən kənarda deyil. Bu baxımdan «Etika və psixologiya» gənclərin şəxsiyyət kimi formalaşmasında, onların əxlaqi şüurunun inkişafında mühüm rol oynayan fənlərdəndir.

Dərslik insanlar arasında mövcud olan davranış qaydalarının, əxlaq normalarının tənzim edilməsi ideyasını aşılayır.

Çağdaş dövrə xas olan mənəvi problematikanın aktuallığı onun tədqiqinin bütün aspektlərinə marağı artırır. Bu, mürəkkəb dünyanın bəzi qanunauyğunluqlarını hələ də qəbul edə bilməyənlərə, müəyyən çətinliklərlə qarşılaşanda onlarla necə mübarizə aparıb aradan qaldırmağın yollarını tapmağa çalışanlara və ən əsası, bu günün şagirdlərinə və sabahın mütəxəssislərinə kömək edə biləcək biliklər verməkdir. Elm və texnikanın sürətlə inkişaf etdiyi bir dövrdə yaşayırıq. Bu dövr yeni elm sahələrinin meydana gəlməsi ilə fərqlənən bir dövrdür. Özünün qədim tarixiliyi ilə fərqlənən elm sahələri ilə yanaşı tamamilə yeni elmlərin meydana gəlməsi onları bir-birindən fərqləndirməyi, onlardan yerliyerində bəhrələnməyi tələb edir. Bu elmlərin bir çoxunun obyekti eyni olduğu halda, onlar öz predmetlərinə görə birbirindən fərqlənirlər. Hər bir elmin predmetini özünəməxsus hadisələr təşkil edir. Bu hadisələrdən bəziləri olduqca mürəkkəb, çətin dərk olunan hadisələrdir. İnsan şəxsiyyətinin xüsusiyyətləri, adamlarla ünsiyyət qurmaq bacarığı, hər bir insanın ürəyinə yol tapmaq, iş yerində davranış qaydaları haqda biliklər müasir insana lazım olan vacib biliklərdir. Dünyanın mahiyyətini anlamağa çalışan filosoflar fəlsəfənin ənənəvi problemləri olan «dünya necə yaranıb», «dünyanı dərk etmək mümkündürmü», “dünyanı dərk etmək yolları hansılardır” və s. ilə yanaşı, «insanın dünyada mövqeyi», «insanın həyatı», «cəmiyyətdə fəaliyyəti», «ictimai mahiyyəti», «birgəyaşayış normaları» kimi həyat əhəmiyyətli suallara da cavab axtarmağa başladılar. Artıq filosoflar yalnız obyekt-subyekt (təbiət-insan) münasibətləri ilə deyil, həm də subyekt-subyekt (insan-insan) münasibətləri ilə də maraqlanırdılar. Bu problemin sürətli inkişafı e.ə. V əsrdən, Sokratın dövründən başlayıb. Bu gün tədrisi vacib fənlərdən olan «Etika və psixologiya» antik dövrdən müasir dövrümüzədək uzun bir tarixi yol keçmişdir. Hal-hazırda baş verən ictimai proseslər, insanın mənəvi inkişafı və s. «Etika və psixologiya»nın tədqiqat obyektindən kənarda deyil. Bu baxımdan «Etika və psixologiya» gənclərin şəxsiyyət kimi formalaşmasında, onların əxlaqi şüurunun inkişafında mühüm rol oynayan fənlərdəndir.