KitabYurdu » Kitab » Dərslik » Məhəmməd Səidimehr - Kəlam elmi 1


Şeçilmişlər Məhəmməd Səidimehr - Kəlam elmi 1

Məhəmməd Səidimehr - Kəlam elmi 1 PDF
ADI:
Kəlam elmi 1-ci cild
REYTİNQ:
  • +21
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
-
ÖLÇÜSÜ:
1,89 mb
Səmavi dinlərin ardıcılları, o cümlədən müsəlmanlar inanırlar ki, Allah-taala dini insanların hidayəti üçün göndərmiş, dinin təlimlərini vəhy və peyğəmbərlərin təbliği vasitəsi ilə insanlara çatdırmışdır. Ənənəvi bir bölgüyə əsasən, dinin təlimləri üç əsas hissəyə, yəni etiqad, əxlaq və şəriətə bölünür. Digər tərəfdən, şübhəsizdir ki, kamil dindarlığa məhz dini tanımaq sayəsində nail olmaq olar. Buna görə də dindarın dini tanımadan layiqli dəyərə nail olması mümkün deyildir. Bir çox dindarlar dinin maarif və həqiqətlərindən məlumatsız olduqları üçün düzgün yoldan yayınır və zəlalətlərə yuvarlanırlar. Odur ki, dinin düzgün nəzəri və əməli təlimlərinə yiyələnmək insanda sarsılmaz bir baxışlar sisteminin formalaşmasına və onun öz dini vəzifələrinə düzgün əməl etməsinə zəmin yaradır ki, bu da şüurlu şəkildə olan bir dindarlıqla nəticələnir. Beləliklə, peyğəmbərə (s) və onun sözlərinin həqiqətlə uyğun olmasına inandıqdan sonra hər bir insanın ilk mühüm vəzifəsi peyğəmbərin (s) təlimlərini təfərrüatı ilə mənimsəmək və dini öyrənmək yolunda çalışmaqdır. Hər bir insan bu yolda bütün imkanlarından və istedadlardan bəhrələnməlidir ki, dini düzgün şəkildə tanımaqla həqiqi səadətə nail ola bilsin. Müsəlmanların tarix boyu islam təlimlərini qavramaq səyləri islam elmləri adlanan müxtəlif elm sahələrinin yaramasına səbəb olmuşdur ki, bu sahələrin hər biri özünə məxsus bir baxışla, xüsusi bir metod və hədəflə dinin maarifi sahəsində tədqiqatla məşğuldur. Burada “kəlam” elmi1 xüsusi əhəmiyyətə malikdir. İslamın meydana çıxdığı ilk illərdə bir sıra etiqadi bəhslərin müzakirəsi zəminində yaranan bu elm həmişə islamın ən əsas maarifinin tədqiqat sahəsi olmuş və bu günümüzə qədər elm və dəyanət dünyasına qiymətli əsərlər təqdim etmişdir.