» » » Marketinq tədqiqatları


Şeçilmişlər Marketinq tədqiqatları

Marketinq tədqiqatları PDF
ADI:
Marketinq tədqiqatları
REYTİNQ:
  • +6
DİL:
FORMAT:
ÇAP İLİ:
2015
ÖLÇÜSÜ:
2.02 Mb
Kitabda marketinq tədqiqatlarınm mahiyyəti, onun elmi-metodiki əsaslan, apanima qaydası və təşkili məsələləri izah olunmuşdur. Marketinq tədqiqatları prosesinin hər bir mərhələsi dərs vəsaitində ayınca mövzu kimi işıqlandınimışdır. Bununla yanaşı, dərs vəsaitində standart marketinq tədqiqatlanmn apanimasmda marketinq informasiya sisteminin rolu və əhəmiyyəti açılıb göstərilmiş, onun layihələndirilməsi məsələlərinə aydınlıq gətirilmişdir. Sonda tətbiqi marketinq tədqiqatları ilə bağlı mövzulara yer verilmişdir. Dərs vəsaitindən “Marketinq” ixtisası üzrə təhsil alan bakalavr və magistrlər, həmçinin, praktikada marketinq problemlərinin həlli ilə maraqlanan menecerlər, bazar analitikləri və müəssisə rəhbərləri istifadə edə bilərlər.
İstehsal-satış fəaliyyətini marketinq prinsipləri əsasında təşkil edən müəssisələrin rəqabət mübarizəsində əlverişli mövqelərinin təmin olunması, həmin müəssisələr tərəfindən bazar tədqiqatlarının aparılması və sözügedən tədqiqatların nəticələrinin fəaliyyətlərində nəzərə alınması əsasında mümkündür. Müəssisələr fəaliyyət göstərdiyi mühit haqqında zəruri informasiyalar əldə etməklə öz fəaliyyətlərini həmin mühitə uyğunlaşdıra və səmərəli marketinq fəaliyyətini həyata keçirə bilir. Bu baxımdan, marketinq tədqiqatları müəssisəni xarci mühitlə əlaqələndirən kommunikasiya kanalı hesab edilir. Marketinq tədqiqatları marketinq fəaliyyətində meydana çıxan problemin həllinə dair əsaslandırılmış qərar qəbulu üçün tələb olunan məlumatların yığılması, işlənməsi, əks etdirilməsi, təhlili və tövsiyələrin çıxarılması prosesidir.. Marketinq üzrə menecer marketinq tədqiqatları vasitəsilə getdikcə mürəkkəbləşən və qeyri-müəyyənlik səviyyəsi artan mühitdə istehsal-satış fəaliyyətinə dair əsaslandırılmış qərar qəbul edə bilir. Bu tədqiqatlar vasitəsilə müəssisənin çıxacağı məqsəd bazarmır müəyyənləşdirmək, qiymətləndirmək, sahibkarlıq fəaliyyəti üzrə cəlbedici istiqamətləri aşkarlamaq və həmin istiqamətlər üzrə marketinq fəaliyyətinin səmərəliliyinin yüksəldilməsinə imkan verə biləcək strategiyalar işləyib hazırlamaq mümkündür. Marketinq tədqiqatlarının aparılması marketinq planlannm işlənib hazırlanmasının zəruri şərtidir. Müəssisənin marketinq fəaliyyəti üzrə yüksək göstəricilərin əldə edilməsi həmin planların tərtib olunması zamanı tələb olunan informasiyaların gerçəkliyindən, planların reallaşdırılmasından və ona nəzarətdən asılıdır. Bazar iqtisadiyyatının inkişaf etdiyi ölkələrdə müəssisələr müxtəlif istiqamətlər üzrə marketinq tədqiqatları apanr. Bazarın potensial imkanlarının müəyyənləşdirilməsi və onun xarakteristikalarının öyrənilməsi, məhsulların satış problemlərinin və işgüzar fəallığın dəiyşmə meylinin öyrənilməsi, rəqiblərin əmətəələrinin tədqiqi, bazarın yeni əmtəələrə reaksiyasının və qiymət siyasətinin öyrənilməsi, bazarın parametrlərinin proqnozlaşdınl- ması və s. istiqamətlərdə marketinq tədqiqatlarımn aparılmasına müəssisələr daha çox fikir verir. Ölkəmizdə istehsal-satış fəaliyyətlərini marketinq prinsipləri əsasında təşkil edən müəssisələrin marketinq tədqiqatlan aparması üçün sözügedən tədqiqatların müəssisə menecerləri tərəfindən proses kimi düzgün təsəvvür olunması və aparılması vacibdir.
Dərs vəsaitində marketinq tədqiqatlarının mahiyyəti, məqsədi, əsas istiqamətləri, elmi-metodiki əsasları, apaniması prosesi və təşkili məsələləri izah olunmuşdur. Marketinq informasiyalarının tipləri, mənbələri, toplanması metodları, marketinq informasiya sisteminin layihələndirilməsi və yaradılması məsələləri dərs vəsaitində daha geniş işıqlandırılmışdır. Dərs vəsaitinin sonunda marketinq tədqiqatlannm praktiki məsələləri ilə bağlı mövzulara yer verilmişdir. Müəllif dərs vəsaitinin təkmilləşdirilməsinə dair öz rəy və təkliflərini bildirəcək mütəxəssislərə irəlicədən öz minnətdarlığını bildirir.