KitabYurdu » Kitab » Dərslik » Tibbi Bililklərin Əsasları


Şeçilmişlər Tibbi Bililklərin Əsasları

Tibbi Bililklərin Əsasları PDF
ADI:
Tibbi Bililklərin Əsasları
REYTİNQ:
  • +148
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2004
ÖLÇÜSÜ:
2.99 MB
Tibbi biliklərin əsasları bütün ali məktəblərdə tədris edilən fənn proqramı əsasında yazılmış, müəllim və tələbələr üçün nəzərdə tutulmuşdur. Kitabda hər bir ziyalı üçün ən lazımlı tibbi biliklər aydın, sadə dildə verilmişdir. Dərslik ali məktəb tələbələri ilə yanaşı, sağlamlığını düşünən hər bir insan üçün çox faydalıdır.

Hər bir bioloji varlıq, o cümlədən, insan ömür boyu zədələnmələrə və xəstəliklərə məruz qalır. Düzdür, bəzən bunlar orqanizmin öz təbii fizioloji qüvvələri hesabına, yəni mühafizə və kompensasiya reaksiyaları vasitəsilə aradan qaldırılır. Lakin bunlar həmişə kifayət etmir. Odur ki, insanlar daim yeni müalicə vasitələri axtarır və mövcud olanları təkmilləşdirirlər. Uk əvvəl xalqın təcrübəsinə əsaslanan xalq təbabəti formalaşmışdır. Onun bazası əsasında tibb elmi yaranmışdır. Tibb elmi öz inkişafında çox böyük nailiyyətlər qazanmışdır. Belə ki, bir çox xəstəliklərin səbəbi aydınlaşdırılmış, infeksion xəstəliklərin törədiciləri müəyyən edilmiş, əksər xəstəliklərin müalicəsi tapılmışdır.

Bütün elmlər kimi, tibb elminin də inkişafında digər elmlərin, xüsusən biologiyanın, fizikanın, kimyanın, fəlsəfənin, sonralar isə genetikanın, kibernetikanın və s. böyük rolu olmuşdur.

Əvvəllər tibb elminin müəyyən sahələri, ilk növbədə, terapiya və cərrahlıq daha çox inkişaf etmişdi. Sonralar nevropatologiya, mamalıq-ginekologiya, oftalmologiya, stomatologiya, otorinolarinqologiya kimi müstəqil elmlər formalaşdı.

Hazırda tibbi biliklər xeyli genişlənmiş və dərinləş¬miş, buna uyğun olaraq şaxələnmiş, bir sıra müstəqil elmlərə başlanğıc vermişdir. Məsələn, terapiyadan kardiologi¬ya, pulmonologiya, qastroenterologiya və s. kimi müstəqil elmlər ayrılmışdır. Buna müvafiq olaraq, tibb elminin müxtəlif sahələrini dərindən öyrənmək üçün tibb mütəxəssisləri də konkret sahələr üzrə ixtisaslaşırlar (endokrinoloq, kardioloq, pulmonoloq, uroloq, kardiocərrah, neyrocərrah, onkoloq və s.). Beləliklə, indi tibb elminin ən müxtəlif sahələrində çalışan mütəxəssislərin böyük bir ordusu insanların sağlamlığını qoruyur. Bununla belə insanlar öz sağlamlığını təkcə həkimlərin, tibb işçilərinin öhdəsinə buraxa bilməzlər. Hər kəs, ixtisasından asılı olmayaraq, minimum tibbi biliklərə yiyələnməlidir. Bu onların sağlam olması, həyatda düzgün mövqe tutması, özünə və yoldaşına təhlükəli anlarda ilk tibbi yardım göstərməyi bacarması üçün zəruridir. Ona görə də kitabda hər kəsə ən vacib olan məsələlər, tibb elminin hər bir sahəsindən həyatda daha çox lazım olan biliklər, xüsusilə orqanizmin quruluşu, xəstəlikləri, xəstəliklər zamanı ilk yardım üsulları öz əksini tapmışdır.


ZaurUstac
Yardımçı olduğunuza görə təşəkkürlər. Var olun.
  • 15 aprel 2017 22:15
  • Status: İstidafəçi xətdə deyil
Hümbətova pervane
Kitabları necə əldə elə bilerem
  • 10 iyul 2020 05:55
  • Status:
Teymur5.9
Tibbi biliklərin əsasları kitabını yükləyə bilmirəm. Xəta verir. Köməklik etməyinizi xahiş edirəm
  • 20 oktyabr 2021 23:35
  • Status: İstidafəçi xətdə deyil