KitabYurdu » Kitab » Dedektiv » VÜQAR BAYRAMLI - TƏRK EDİLMİŞLƏRİ QOVUŞDURAN RUHAR


Şeçilmişlər VÜQAR BAYRAMLI - TƏRK EDİLMİŞLƏRİ QOVUŞDURAN RUHAR

VÜQAR BAYRAMLI - TƏRK EDİLMİŞLƏRİ QOVUŞDURAN RUHAR PDF
ADI:
TƏRK EDİLMİŞLƏRİ QOVUŞDURAN RUHLAR
REYTİNQ:
  • +307
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2017
ÖLÇÜSÜ:
940 kb

Əziz oxucular, digər kitablardan məlum olduğu kimi üz qabığında müəllifin kitabda qeyd edilmiş olduğu sloqanlar yazılır. “Eyni yaralı iki qəlb birlikdə ikən daha tez sağalar” sloqanı ilə hal-hazırda sizə təqdim edilən bu roman müəllifin sayca üçüncü kitabıdır. Psixoloji-detektiv janrda yazılmış olan bu genişhəcmli roman həyatın müxtəlif sınaqlarından çıxmış iki gəncin bitmiş ümidlərinin son işartısında təsadüfi tanış olub, xoşbəxtliyə qovuşmasından bəhs edilir. Romanda həmçinin sevgi, intiqam, axıra qədər mübarizə, əzm, döyüşkənlik, itirməyi qəbul edə bilmək bacarığı, ailə-məişət problemləri və digər aktual məsələlərə həssaslıqla toxunulub. Romanın içliyində “Yenidən, və yaxud sıfırdan başlaya bilənlərə həsr olunur” cümləsi qeyd olunub. Romanı həyatından zərbə görmüş cütlüklərə motivasiya kimi də təqdim etmək mümkündür.



Kitabdan qısa parça:

“Hə, bir də, bilirsən, xüsusilə nə gözəldir? Mən ağrıyan zaman sən naümid baxışlarla mənə baxırsan. Bax onda, mən heç nəyə baxmayaraq, çətinliklə də olsa, gülümsəməyə məcbur oluram. Həmin anda sevinməyə çalışırsan. Sanki fiziki qanunların əksinə olaraq, bitmiş bir enerjinin səbəbsiz yerə bərpa olmağına ümid edirmiş kimi... Onda xəbərsiz halda bir-birimizi aldatdığımıza baxmayaraq, ikimiz də xoşbəxt oluruq, fərqi yoxdur bir saatlıq, bir dəqiqəlik ya bircə anlıq... Mənə elə gəlir ki, artıq geriyə doğru gedirəm. Ölümün cazibə qüvvəsi məni səndən sürətlə alıb uzaqlaşdırır. Bir neçə saatlıq ömrüm qalıb. Sabah yeni bir sürpriz vədini veribsən. Amma məncə buna çatdıra bilməyəcəyəm. Təsadüfə bax, hələ sən!; Sabah mənim doğum günümdür. Eyni zamanda həyatla vidalaşan günüm olacaq. Bunu bütün varlığımla hiss edirəm. 29 mayı sənin həyatında ömürlük olaraq, pis bir xatirə kimi möhürlədiyimə görə təəssüf edirəm. Ah, Tünarım, nə etmək olar! Sürprizlərlə dolu həyatda kimsə nədənsə sığortalı deyil. Amma... Bağışla!..

Bağışla məni!.. Həyatından belə tezliklə getdiyimə, səni tənha qoyduğuma, sənin üçün yaşaya bilmədiyimə və ən əsası, səni ağrılı xatirələrlə əbədi olaraq baş-başa qoyduğuma görə bağışla! Bədənim səni çox sevirdi... İndən sonra ruhum sevəcək!”


Qeyd: Müəllif olaraq əsəbi zəif olan, həssas və duyğulu insanların “Tərk Edilmişləri Qovuşduran Ruhlar” adlı psixoloji-detektiv kitabını oxumasını məsləhət görmürəm

Qeyd 2: Müəllifin dördüncü “Romantik Qisas”(dram-detektiv)  və beşinci çap olunmaq üzrə olan “İntihar Sürprizi”(detektiv) kitablarının pdf versiyası yoxdur.

Xəyal Nagiyev
Vüqar müəllim dördüncü vı beşinci kitablarınızın pdf versiyası olmayacaq?
  • 6 iyul 2020 23:56
  • Status:
VüqarBayramlı
Salam, hörmətli Xəyal Nagiyev. Əsər barədə verilən məlumatlarda olduğu kimi təkrar da nəzərinizə çatdırmaq istərdim ki, sözügedən romanların pdf versiyası hal-hazırda nəzərdə tutulmayıb. İstəsəniz, onları kitab halında oxuya bilərsiniz. Nəzərə almağınız xahiş olunur.
Hörmətlə, Vüqar Bayramlı! 
  • 8 iyul 2020 12:23
  • Status: İstidafəçi xətdə deyil
Fatima Valiyeva
Hörmətli Vüqar müəllim,əvvəla əsr həqiqətən də çox gözəl, ibratamiz,marağlı və oxuduğca oxumağa həvsələndirən əsərdir☺️. Bəs bu yazdığınız hadisələr həqiqi həyatda da baş verib mi? Yoxsa öz fantazya dünyanızın məhsuludur? Həqiqətən də əsl həyatdan eynən bu ailələrin yaşadığını yazmısınız mı?
Təşəkkürlər ☺️
  • 2 avqust 2020 20:52
  • Status:
Xəyal Nağıyev
Vüqar müəllim sizin Selfi Çıkən Qatil Əsəriniz Çap Olunub.
  • 10 avqust 2020 18:24
  • Status:
VüqarBayramlı

Hörmətli Fatima Valiyeva!

Roman barədə xoş sözlərinizə görə minnətdaram. Əvvəlcə onu qeyd edim ki, bir əsərdə müəyyən qədər həqiqət, müəyyən qədər də fantaziya olur. Konkret sualınıza gəldikdə isə bu romanda hadisələrin xəyal məhsulu, obrazların isə real həyatdan götürüldüyünü deyə bilərəm. Hətta qəhrəmanların bəzilərini şəxsən tanıyıram )))

Hörmətlə Vüqar Bayramlı!

Sitat: Xəyal Nağıyev
Vüqar müəllim sizin Selfi Çıkən Qatil Əsəriniz Çap Olunub.
 
"Selfi çəkən qatil" romanı ardıcıllıqla nəzərə alsaq mənim sayca 9-cu kitabım olacaq, hansı ki, çapı bir neçə il sonraya təsadüf edilir. Yaxınlarda sizin ixtiyarınıza veriləcək kitabın adı "İntihar Sürprizi" adlanır.

Hörmətlə Vüqar Bayramlı!
  • 11 avqust 2020 21:59
  • Status: İstidafəçi xətdə deyil
Qonaq Lamiyə
Cox marağlıdır ?cox sevdim 

  • 28 dekabr 2020 19:21
  • Status:
VüqarBayramlı
Hörmətli,
Qonaq Lamiyə,

Kitabımı oxuduğunuza, bəyəndiyinizə və şərh yazdığınıza görə təşəkkür edirəm.  blush

Hörmətlə,
Vüqar Bayramlı
  • 3 yanvar 2021 22:12
  • Status: İstidafəçi xətdə deyil
Renka
Renka
  • 29
Oxumuşam. Maraqlı əsərdir. Müəllifə təşəkkür edirəm.
  • 16 iyun 2021 13:19
  • Status: İstidafəçi xətdə deyil
baycanlı
baycanlı
  • 23
əsərin şokundayam necə təşəkkür edəcəyimi bilmirəm Vüqar müəllim əllərinizə sağlıq var olun siz kimi yazrların sayəsində biz kimi oxucular həqiqətəndə ədəbiyyatın yaşadığını görürük...
  • 24 iyun 2021 16:18
  • Status:
VüqarBayramlı
Renka,
Sitat: Renka

Mən Sizə təşəkkür edirəm oxuduğunuz, bəyəndiyiniz və fikirlərinizi bölüşdürməyə vaxt ayırdığınız üçün.

Hörmətlə,

Vüqar Bayramlı.


  • 2 sentyabr 2021 21:41
  • Status: İstidafəçi xətdə deyil
Ulker m
Ulker m
  • 24
ellerinize sagliq 

  • 3 dekabr 2021 20:40
  • Status: İstidafəçi xətdə deyil
VüqarBayramlı
baycanlı,
Kitabımı oxuduğunuza görə təşəkkür edirəm. Xoş sözlərə görə də minnədaram. Oxucu zövqünüzüoxşaya bildiyimə görə şadam.

Hörmətlə,
Vüqar Bayramlı

Hörmətli,
Ulker m,
Çox sağ olun, təşəkkür edirəm.

Hörmətlə,
Vüqar Bayramlı
  • 2 fevral 2022 21:37
  • Status: İstidafəçi xətdə deyil
Qonaq rafael
Qonaq rafael
  • 0

bu kitab dedektiv janrda deyil axi

  • 1 mart 2024 23:25
  • Status: