» » » Aqata Kristi Şərq Ekspresində Qətl


Şeçilmişlər Aqata Kristi Şərq Ekspresində Qətl

Aqata Kristi Şərq Ekspresində Qətl PDF
ADI:
Şərq Ekspresində Qətl
REYTİNQ:
  • +190
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2014
ÖLÇÜSÜ:
1.46 MB
Aqata Kristi əsərlərinin klassik qəhrəmanı Puaro «Şərq ekspresi»ndə səfərə çıxır və həmişəki kimi baş gicəlləndirən hadisəylə üz-üzə qalır.
Səhər tezdən birinci dərəcəli kupedə kişi meyiti aşkarlanır. Elə bu zaman qatar yolda qalaqlanmış nəhəng qar topası səbəbindən dayanmalı olur və hərəkət edə bilmir. Puaro bu qətl hadisəsini araşdırmaq məcburiyyətində qalır. İşin çətin yanı isə odur ki, qatardakı hər bir möhtərəm sərnişinin, texniki heyət üzvünün qatil çıxmaq ehtimalı var. Yalnız Puaro kimi mahir detektiv, öz parlaq istedadı və iti məntiqi sayəsində belə bir dolaşıq qətl hadisəsini açmağa yardım etmək iqtidarındadır.
Dünya detektiv əsərlərinin şedevrlərindən sayılan «Şərq ekspresində qətl» romanı müəllifin o biri əsərləri kimi çox həvəslə oxunur və oxucunun bütün diqqətini özünə çəkə bilir.
Şaxtalı bir sübh çağı, saat beşdə Suriyanın Hələb stansiyasında dəmir yolu sorğu kitabçalarında təmtəraqla “Buğalar” adlandırılan ekspress perronda gözləyirdi. Yataqlı vaqonun çıxışında əzəmətli uniforma geyinmiş cavan fransız zabiti qulaqlarına qədər şərfə bürünmüş balaca adamla danışırdı. Adamın qızarmış burnuyla bığlarının yuxarı doğru burulan iti uclarından başqa, sifəti görünmürdü.
Soyuq iliyə işləyirdi. Bu fəxri qonağı uğurlamaq elə həsəd aparılası bir şey olmasa da, leytenant Dübosk borcunu layiqincə yerinə yetirməyə çalışırdı. Ağzından nəfis fransızca deyilən zərif sözlər tökülürdü. Əslində, hadisənin iç üzündən xəbərsizdi. Doğrusu, bu cür vəziyyətlərdə qarnizonda cürbəcür şayiələr dolaşırdı. Əmrində olduğu generalın hiddəti gün boyu artmışdı, heç nədən razı qalmırdı. Sonra da hayandansa bu belçikalı gəlib çıxmışdı. Özü də düz İngiltərədən.
Aradan çox gərgin bir həftə keçəndən sonra bəzi qəribə işlər baş verməyə başlamışdı. Tanınmış biri intihar eləmişdi, başqa biri də qəfildən istefaya çıxmışdı. Üzlərdəki həyəcanlı ifadələr silinmiş, bəzi təhlükəsizlik tədbirləri də ləğv edilmişdi. Düboskun qabaqlar əmrində olduğu general isə birdən-birə əməlli-başlı on yaş cavanlaşmışdı.
Dübosk təsadüfən “öz” generalıyla qonağın danışığından bir parçanı dinləməli olmuşdu. “Mon cher1, siz bizi xilas etdiniz, – general həyəcanla demişdi. Danışanda qalın, boz bığı titrəyirdi.
– Siz Fransız ordusunun şərəfini qorudunuz. Qan tökülməsinin qarşısını aldınız! Məni eşidib ta buralara qədər gəldiyinizə görə sizə necə təşəkkür edəcəyimi belə bilmirəm...”
İnformasiyaMüəllif hüquqları ilə əlaqədar olaraq materialın yükləmə e-keçidi saytdan silinmişdir.

Arzu
Arzu
  • 5
Niye tez tez silirsiz kitablari?menim payim kitabin gucle yukledim ne vaxt girirem mumkun deyil yuklemek hansisa gunlerde yuklemek olur?ya nece men anliya bilmedim
  • 16 avqust 2017 12:20
  • Status:
kitabyurdu
Arzu, yuxarıda da qeyd olunduğu kimi Müəllif hüquqları ilə əlaqədar olaraq materialın yükləmə e-keçidi saytdan silinmişdir.
  • 16 avqust 2017 13:04
  • Status: İstidafəçi xətdə deyil
_1_4_2_4_
Bes silinmeyenler varmi?
  • 4 fevral 2018 21:27
  • Status: İstidafəçi xətdə deyil
rewide quliyeva
Bes ne vaxt yüklemek olacağ?
  • 9 iyun 2018 12:11
  • Status: İstidafəçi xətdə deyil
RustemZiya
bu nediye hansi kitabi oxumaq isteyirsen .baqli.Bes niye bele.Cox pus 
  • 10 iyul 2018 14:39
  • Status: İstidafəçi xətdə deyil
Hesen
Hesen
  • 1
kim istese mailime yazsin gonderim pdfi

[email protected]
  • 3 oktyabr 2018 17:10
  • Status: