KitabYurdu » Kitab » VISUAL C# DİLİNDƏ LABORATORİYA İŞLƏRİ (Windows əlavələri)


Şeçilmişlər VISUAL C# DİLİNDƏ LABORATORİYA İŞLƏRİ (Windows əlavələri)

VISUAL C# DİLİNDƏ LABORATORİYA İŞLƏRİ (Windows əlavələri) PDF
ADI:
Visual C# dilində laboratoriya işləri (Windows əlavələri)
REYTİNQ:
  • +13
DİL:
FORMAT:
ÇAP İLİ:
2020

Ali məktəb tələbələri üçün nəzərdə tutulmuş bu tədris-metodiki vəsait Visual C# dilinə aid laboratoriya işlərindən ibarətdir. Əhatə edilmiş materiallar tələbələrə tədris prosesində Visual C# dilinin Windows əlavələrinin yaradılması üçün zəruri olan əsas konstruksiyaların öyrənilməsinə imkan verir.

Bütün laboratoriya işləri onların yerinə yetirilməsi üçün minimal nəzəri materiallarla və çoxlu praktiki misallarla müşayiət olunmuşdur.

Bu tədris-metodiki vəsait C# dilində Konsol əlavələrinin yaradılması üçün nəzərdə tutulmuş və 2020-ci ildə nəşr edilmiş laboratoriya işlərinin davamıdır (bax: Məhərrəmov Z.T., Abidov Ç.C., Həşimov R.H., Məmmədzadə N.F. C# dilində laboratoriya işləri (Konsol əlavələri). Bakı: ADPU-nəşriyyat, 2020. –144 s.). Bu vəsaitdə də 10 laboratoriya işi təqdim edilmişdir. Həmin işlərdə Windows-əlavələrinin yaradılması xüsusiyyətləri şərh edilmişdir. Bu işləri yerinə yetirən tələbə gələcəkdə C# dilində kifayət qədər mürəkkəb Windowsəlavələrinin yaradılması üçün zəruri bilik və vərdişlər əldə edə bilər. Vəsait AzTU-nun bütün ixtisaslarında tədris edilən ―İnformatika‖ fənni, ―Kompüter elmləri‖ ixtisasında tədris edilən ―Alqoritmik dillər‖, ―Müasir proqramlaşdırma dilləri‖, Proqramlaşdırmanın əsasları‖ fənlərinin və ―İnformasiya texnologiyaları‖ və ―Sistem mühəndisliyi‖ ixtisaslarında tədris edilən ―Proqramlaşdırmaya giriş‖, ―Kompüter proqramlaşdırmasının elementləri‖, ―Obyektyönlü proqramlaşdırma‖ və s. fənlərinin laboratoriya məşğələlərinin yerinə yetirilməsində istifadə edilmək üçün nəzərdə tutulmuşdur. Bütün laboratoriya işləri minimal zəruri nəzəri materiallarla və həll edilmiş çoxlu misallarla müşayiət edilmişdir. Misallar Microsoft Visual Studio Community 2019 mühitində yerinə yetirilmişdir. Kitab haqqında rəy və təkliflərinizi, iradlarınızı bu ünvana göndərə bilərsiniz:. Bakı ş. H.Cavid prospekti. AzTU, ―İnformasiya texnologiyaları və proqramlaşdırma‖ kafedrası.