» » Tofiq Vəliyev - Sönmüş Ümidlər


Şeçilmişlər Tofiq Vəliyev - Sönmüş Ümidlər

Tofiq Vəliyev - Sönmüş Ümidlər PDF
ADI:
Sönmüş Ümidlər
REYTİNQ:
  • +29
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2019
ÖLÇÜSÜ:
607 Kb
Yenə normal günlərimdən biri idi. İşə getmək üçün oyandım. Hər səhər belə sıxıcı olurdu. Xüsusən, evlənəcəyim günə yaxınlaşdıqca daha da qəribə olurdu. Hər şeyə rəğmən hər kəs bilmədən danışır: çox xoşbəxt olduğumu deyirdilər. Bəlkə, bu söhbətlər gəzdiyi üçün valideyinlərim mənlə maraqlanmırdılar. Əslində isə heç də xoşbəxt deyildim. Yəni ölmək üçün gün sayırdım desəm daha düzgün olar. Bir neçə dəfə olub ki, mən ölümə getməyi seçmişəm amma alınmayıb. Bütün həyatımı valideyinlərim istədiyi kimi keçirmişəm. Onların istədiyi universiteti oxuyub, onların istədiyi yerdə işləyirəm. İndi isə onların istədiyi qızla evlənirəm. Qəribədir, elə deyilmi? Düşünün ki, bütün ömrünüz bir ssenari üstünə yazılıb və sizdən bu rolda oynamağınız tələb olunur. Bilirəm, mən o qədər cəsarətli biri deyiləm. Dərslərimdə, iş həyatımda uğurlar qazanmağıma baxmayın. Heç də güclü deyiləm. Mən valideyinlərimin mənə qurduğu qaladan başqa heçnə görməmişəm. Bir sözlə deyək, bu qaladan bayıra çıxmamışam, həyatı yaşamamışam. Elə buna görə də ölmək istəyirəm. Yetərincə xoşbəxt deyiləm. Keçən dəfə anamla danışmaq istədim: _Ana, mən o qızla evlənmək istəmirəm. Sevmirəm onu. Necə axı bir ömrümü onunla keçirəcəm. Bu yanlış addımdır. Bütün bu sözlərimə qarşılıq anam tək bir cümlə dedi: “Bəs verdiyimiz söz? Ailəmizin etibarı?” Bütün bunlar mənim həyatımdan dəyərli idi. Yəni mən onlara borcluydum. Çünki onlar olmasaydıç mən bu həyatda olmazdım. Kaş ki, bu həyatda olmazdım! Yenə hirsləndim, yenə qaçmaq istədim. Amma mən heç həyatı görməmişəm, onu yaşamamışam, nə edəcəyəm? Yenə qalıram burda. Bu da o deməkdir ki, mən bu həyatımla barışacam. Çox qəribədir, elə deyil mi? Həyatımda heç sevmədim, sevilmədim. Bu duyğuların nə olduğunu bilmədim. Bir qızın əlindən tutmadım, saçlarını hörmədim. Əslində məndə sevmək istədim, aşiq olmaq istədim. Sinif yoldaşlarım kimi, tələbə yoldaşlarım kimi asudə vaxtımı futbol oynamaq, ps-ə getmək istədim. Lakin mane olan şey mən məktəb birincisi olmalıydım. Mən savadımla fərqlənməli idim. Niyə axı? Niyə fərqlənməliydim? İndi yaxşıdır? 600 manatdan çox maaş alıram. Ev, maşın, iş var. Bəs xoşbəxtlik? Bax o yoxdur. Yerimdə olmağı istərsiz? Təbii ki, hə. Amma yerimdə 10 dəqiqəlik olmaq istərsiniz çünki, xoşbəxtlik olmadan heç də yaşamaq mümkün deyil...
Zülfüqarova Çinarə
Çox təsirlidir 👍 Uğurların bol və davamlı olsun ❤
  • 1 may 2019 22:43
  • Status:
Dilarə Quliyeva
Çox gözəl alınıb, əziz müəllifimiz Vəliyev Tofiqdən yenə belə kitablar gözləyirik. Həmişə yarat,uğurlu gələcək yaxındadır!
  • 1 may 2019 22:54
  • Status:
Vusal Guliyev
Vusal Guliyev
  • 1
Əziz Tofiq Vəliyev, kitabınız çox gözəl və təsirli idi. Xüsusən cəmiyyətdə baş alıb gedən problemləri qələmə aldığınız üçün sizə öz təşəkkürümü bildirirəmş. Növbəti kitabınızı səbirsizliklə gözləyirəm.
  • 8 may 2019 10:43
  • Status: