KitabYurdu » Kitab » Yelena Q. Uayt Xoşbəxt ailənin sirləri


Şeçilmişlər Yelena Q. Uayt Xoşbəxt ailənin sirləri

Yelena Q. Uayt Xoşbəxt ailənin sirləri PDF
ADI:
Xoşbəxt ailənin sirləri
REYTİNQ:
  • +4
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
-
ÖLÇÜSÜ:
1.1 MB
Ailədə yaradılmış mühit
"Yaxşı münasibətlər üzərində qurulmuş ailə - həm gənclər, həm də yaşlı nəsil üçün ən gözəl məktəbdir". Samuel Smaylz Cəmiyyət ayrı-ayrı ailələrdən təşkil edilmişdir və ailə quran tərəflərin onu necə saxlamasından asılıdır. Ailə millətin ürəyidir. Ölkənin gələcək rifahı yaxud tənəzzülü yeni nəslin xarakteri və mənəvi siması ilə şərtlənir. Əgər gənclər əxlaq, özünüidarə və təmkinlilik kimi xüsusiyyətlərə uşaq yaşlarından vərdiş edirlərsə, gələcəkdə cəmiyyətə müsbət təsir göstərirlər. Əgər gənclər tərbiyə və intizamdan kənarda qalsalar, onda onlar özbaşına və ədəbsiz böyürəcəklər, nəticədə isə acınacaqlı hal yaranacaq. Bu gün gənclərdə formalaşan vərdiş və prinsiplər gələcək cəmiyyətin xarakterini əks etdirir. Düzgün təşkil olunmamış ailənin təsiri hər tərəfə yayılır və bütünlüklə cəmiyyətə məhvedici yara vurur. O, ailəni, cəmiyyəti və dövləti öz şər selinin qoynuna alaraq məhvə doğru aparır.
Qaydaların vacibliyi
Bu dünyanın şərindən və səhv yollarından qorunmaq üçün hər bir insanın hələ uşaq yaşlarından etibarlı istehkama ehtiyacı var. Hər bir ailənin öz qayda-qanunları olmalıdır və valideynlər bir-birlərinə münasibətdə övladları üçün canlı nümunə olmalıdırlar. Bununla onlar övladlarını necə görmək istədiklərini büruzə verməlidirlər. Daim nitqin təmizliyinə fikir vermək və nəzakətlə davranmaq vacibdir. Uşaq və gəncləri özünəhörmətə, Allaha münasibətdə səmimi olmağa öyrədin. Onlara həyatlarını idarə edəcək və ətrafdakılarla münasibətdə özünü büruzə verəcək prinsiplərə sadiq qalmağı öyrədin.