KitabYurdu » Kitab » Roman » Mirzə İbrahimov Böyük Dayaq


Şeçilmişlər Mirzə İbrahimov Böyük Dayaq

Mirzə İbrahimov Böyük Dayaq PDF
ADI:
Böyük Dayaq
REYTİNQ:
  • +96
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
-
ÖLÇÜSÜ:
3.17 MB

Bu gün Muğan düzünə qışın orta ayından çox payızın əvvəlini xatırladan mülayim bir axşam enmişdi. Günəş batandan azca sonra sinəsi yarıq-yarıq böyük səhranın üstündəki buludsuz göylər ulduzlarla doldu. Topalanıb çoxalan bu ulduzlar açılmaz bir sirrinmi, əbədi bir sevdanınmı dastanını oxuyur kimi bizim torpağa baxaraq sayrışdıqca, qış gecəsi hər tərəfə hakim olurdu...

Gecə sakit və sirli görünürdü. O, sanki min ahəngli cazibədar bir musiqi ilə insanları oxşayır, istirahət etməyə, xəyal və düşüncələrə dalmağa, şirin söhbətlərə qulaq asmağa çağırır, ürəklərini yumşaldırdı.

Belə axşamlarda qayğı, sevinc, iztirab və həyəcanlarla dolu iş günündən sonra qabağında ətirli və rəngli çay buğlana-buğlana samovarın yanındaca oturmaq, stola dirsəklənərək qəlyanını tüstülədib xəyala getmək Muğan düzünün böyük kolxozlarından sayılan “Yeni həyat”ın sədri Rüstəm kişinin xoşuna gələrdi. Rüstəm kişi, corab toxuyan, tikiş tikən, qab-qacaq silərək heç bir zaman işsiz oturmayan orta boylu, mütənasib bədənli arvadı Səkinə ilə ahəstə-ahəstə oradan-buradan danışar, bəzən də oynaq təbiətli və 21 yaşına çatdığına baxmayaraq hələ də bir uşaq kimi nazlanmağı sevən zarafatcıl və ərköyün qızı Pərşanın laqqırtısına qulaq asardı. Ailədə ünsiyyəti artıran, ürəkdə munis duyğular oyadan belə axşamlardan sonra yuxu nə qədər şirin olardı...