» » » Donor


Şeçilmişlər Donor

Donor PDF
ADI:
Donor
REYTİNQ:
  • +13
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2016
ÖLÇÜSÜ:
1 Mb
Kamil Sudabəni sevir. Bu sevgi qarşılıqsızdır. Kamil Sudabənin həyatını xilas edərkən öz sağlamlığından olur. Onun xilası yalnız uyğun Donor tapılaraq xilas ola bilər. Ümüdlərin tükəndiyi anda Donor tapılır və Kamil sağlamlığına qovuşur. Kamili sonra düşündürən  əsas məsələ onun Donorunun kimliyini tapmaqdır.
Batmaqda olan günəş binanın damından sanki yarısı yox yumurta sarısı kimi görünürdü. Həyətdə bütün bina həyətinin axşamları kimi çox gur bir qaynayış səsi gəlirdi. Domino oynayan kişilərin səsi komanda üzvünü səhv gediş üstündə danlayan mübahisələri, uşaqların qaçaraq bir-birilərini qovmaları, qızların tum çırtlayaraq müxtəlif geyim firmalarının mallarını müqayisələndirici söhbətləri, qadınların serial və verilişlər haqqında müzakirələri və oğlanların bir-birilərinə öyünmək üçün müxtəlif qız tutma söhbətlərinin danışılması və s. bina axşamlarının ənənəvi söhbətləri və yaşayış tərzi idi. Ancaq bütün bina sakinlərini bu axşamın bir hissəsi kimi görmək olmazdı. Çünki bu axşamın iştirakçıları əsasən aşağı və orta təbəqənin adamlarından (maddi baxımdan) ibarət olur. Yüksək yaşayış imkanına malik imkanlı insanlar əlbəttə öz yaşayış meyarlarında bu insanlarla eyni ortamı paylaşmayaraq, özlərinə uyğun məkanlarda, restoranlarda, əyləncə mərkəzlərində və s. vaxt keçirməyə çalışırdılar. Çünki bu həyatın yazılmayan qanunlarından biri də hər kəsin öz dünyasının qanunlarına əməl etməyə çalışmasıdır. Buna görə də cəmiyyətdə varlı və orta (indiki dövrdə kasıb sözünü az-az insanlar özünə aid edirlər) siniflər – dünyalar deyə qəbul olunmuş sosial qruplar var. Birinci qrupda ikinci qrupun söhbəti nə qədər az gedirsə, ikinci qrupda birinci qrupun söhbəti o qədər çox gedir. Çünki birinci qrupun məqsədi ikinci qrupa düşməndirsə, ikinci qrupun məqsədi birinci qrupa qalxmaqdır. Bunlar arasında əsas fərqlərdən biri də ikinci qrupun qapılarının daim hər kəsə açıq olmasına baxmayaraq, birinci qrupun qapılarının yalnız onları güclə açan insanlara açıq olmasıdır. Bizim hekayənin danışıldığı məhəllədə bu tip hadisələrin yaşandığı məkandır. Bakının köhnə yaşayış məkanlarından olan Əhmədli son zamanlar güclü tikinti işlərinin baş verdiyi məkanlardan birinə çevrilmişdir. Köhnə binalarla yanaşı ucadılan yeni hündür mərtəbəli binalar varlı-kasıb insanları bir-birlərinə qonşu etmiş və qarışdırmışdır. Yaşar 25 yaşında, ancaq yetkin insan görkəmi daşıyan məhəllənin cavanlarından biri idi. Hündür sayılacaq boyu, qalın, bir-birinə bitişmək üzrə olan qaşları, qəhvəyi çalarlı iri olmayan, ancaq kiçik də sayılmayan gözləri, ensiz burnu, yastı sifəti, gələcəkdə qocalanda xeyli qırış gətirəcək enli alnı, möhkəm, nə çox kök, nə də arıq olan bədənə və inamla yerə saplanmış uzun ayaqlara sahib olan bu gənc məhəllənin ən dəliqanlı oğullarından biri idi. BDU-nun filologiya fakültəsini bitirmiş, əsgərliyə gedib qayıtmışdır. Ancaq ixtisasına uyğun özünə bir iş tapmadığı üçün böyük bazarların birində xırda mağaza açaraq alverlə öz keçimini üstləməyə çalışırdı. Ailəsinin ən böyük uşağı olan Yaşardan sonra ailənin iki qız övladı da olmuşdur.