» » » Elçin Eyvazalı - Əməl dəftəri


Şeçilmişlər Elçin Eyvazalı - Əməl dəftəri

Elçin Eyvazalı - Əməl dəftəri PDF
ADI:
Əməl dəftəri
REYTİNQ:
  • +10
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2017
Əməl dəftərində. Bu dəftərdə insanın bütün ömrü boyu yerinə yetirdiyi əməllər qeydə alınar. Lövhi-məhfuzda. Bu lövhdə nəinki insanların bütün ömrü boyu yerinə yetirdikləri əməllər, dünyanın əvvəlindən tutmuş axırına qədər olan bütün hadisələr qeyd olunar.  "(Və ona belə deyərik: ) “Oxu, kitabını (əməl dəftərini). Bu gün sən haqq-.hesab çəkməyə özün-özünə kifayətsən!”" (İsra sur.17)
"(Qiyamət günü hər kəsin) əməl dəftəri qarşısına qoyulacaq. (Ya Rəsulum! O zaman) günahkarların orada (yazılmış) olanlardan qorxduqlarını görəcəksən. Onlar belə deyəcəklər: “Vay halımıza! Bu necə bir kitab imiş! O Bizim heç bir kiçik və böyük günahımızı gözdən qaçırmadan hamısını sayıb yazmışdır ki!” Onlar (dünyada) etdikləri bütün əməllərin (öz qarşılarında) hazır durduğunu görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz! (Hər kəs öz əməlinin cəzasını alacaqdır!)" (Kəhf sur.49) Həyat başdan-başa imtahan,sınaq meydanıdır. Bu imtahanlar zamanı hər bir baxış, hər bir söz, hər bir davranış insanın əməl dəftərində qeyd edilir.
"Şeyx Səduqun “Əqidələr” kitabında nəql olunub ki, bir gün Əli (əleyhissalam) yoldan ötərkən boş-boş danışıb, gülən bir dəstə cavan gördü. Həzrət buyurdu:-Niyə əməl namənizi bu işlərlə qaraldırsınız? Dedilər:-Ya Əmirəl-mö᾽minin, bunlar da yazılırmı? Buyurdu:-Bəli, hətta aldığınız nəfəs də yazılır..." "Və əlbəttə, sizin üstünüzdə gözətçilər vardır. Şərəfli (möhtərəm) yazanlar (mələklər vardır). Onlar sizin nə etdiklərinizi (zahir və batini, ixlası və riyanı, kamal və nöqsan dərəcələrini) bilirlər". ("İnfitar" 10-12). Bu ayələrdən də göründüyü kimi, insan əməllərinə məmur olan mələklər onların bütün əməllərindən agahdırlar və onu yazırlar. Qurani-Kərimin başqa yerində buyurulur: "Və o kitab (hər bir fərdin əməllərinin kitabı əlinə, hər bir ümmətin əməl kitabı gözlərinin önünə və bütün bəşəriyyətin əməllərinin böyük kitabı hamının görə biləcəyi bir yerə) qoyular. Beləliklə, günahkarları onda olandan qorxan görərsən. Və onlar deyərlər: "Vay olsun bizə! Bu necə yazıdır ki, heç bir kiçik və böyüyü (bizim zehnimizdən keçirdiklərimizin, qəlbi inanclarımızın və bədənimizin hərəkətlərinin heç birini) yerdə qoymadan, istisnasız hamısını saymışdır!".