» » Tural Cəfərli - Yamyaşıl ümidlər


Şeçilmişlər Tural Cəfərli - Yamyaşıl ümidlər

Tural Cəfərli - Yamyaşıl ümidlər PDF
ADI:
Yamyaşıl ümidlər
REYTİNQ:
  • +7
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2017
ÖLÇÜSÜ:
668 Kb

Gənc şair Tural Cəfərlinin “Yamyaşıl ümidlər” kitabında görkəmli şair, publisist, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Yazıçılar Birliyinin katibi, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rəşad Məcidin yaradıcılığı araşdırılaraq təhlil edilir.
 Rəşad Məcidin söz dünyasından, xüsusilə, lirikasından  söz açan «Yamyaşıl ümidlər»  poeziyasevərlərə və oxuculara ünvanlanıb.

 SÖZ HƏDİYYƏM
(Ön söz əvəzi)
Rəşad Məcid müasir Azərbaycan poeziyasının ən çox tanınmış simalarından biridir. Onu insanlara sevdirən də fərqli söz adamı olması, sözünün yerini, məqamını bilməsi, sözü bütün ruhuyla sevməsidir. Yaxşı insan, yaxşı vətəndaş,  yaxşı şair olmaqla yanaşı Rəşad Məcid böyük şəxsiyyətdir. Onun böyüklüyünü sadəliyində, bədii-fəlsəfi düşüncələrində, «sirri» açılmamış misralarında axtarmaq lazımdır. 
Özünə və sözünə sonsuz rəğbət bəslədiyim, şeirlərini dərindən-dərinə duyduğum, özümə ürək dostu bildiyim Rəşad Məcid yaradıcılığını “Yamyaşıl ümidlər” adlandırdım. “Yamyaşıl ümidlər” işıqlı söz adamına söz hədiyyəmdir.