» » Elçin Eyvazalı - İnsan ibrət etməz


Şeçilmişlər Elçin Eyvazalı - İnsan ibrət etməz

Elçin Eyvazalı - İnsan ibrət etməz PDF
ADI:
İnsan ibrət etməz
REYTİNQ:
  • +12
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2016
ÖLÇÜSÜ:
676 Kb
Həyat – olum və ölüm arasındakı yolçuluqdan ibarətdir. Hər bir insan doğulduğu andan etibarən bu yolçuluq üçün tədarük görür. Valideyn tərbiyəsi, təhsil mərhələsi və social ortam bizi 18 yaşınadək yetişdirir. Bu yaşdan sonra biz bu yolu tək başına dəvam etdiririk. Hər bir insan iki yol ayrıcından ibarət həyat yolunu özü keçməlidir. Ama təssüf ki, əksəriyyətimiz yolçuluq tədarükünü yaxşı mənimsəmir və bütün həyatı boyu iki yol arasında gedir. Yolçuluq üçün hazırlanmış həyatın iki yolu misilsiz təcrübələr ilə misal olunur. Buna baxmayaraq biz öz seçimimizdə çox çətinlik çəkirik və çox zaman səhv yolu seçirik. Dəfələrlə yıxılıb qalxaraq məruz qaldığımız aqibətimiz insanın necə də ibrət etmədiyinin bir daha göstərgəsidir.
ALLAHIN SƏLTƏNƏTİ - Göyün 1-ci qatı yer kürəsinin və bütövlükdə kainatın yerləşdiyi təbəqədir. Qiyamətdən sonra yerin +5000 dərəcə istilik olan nüvəsinin istiliyi bütün yeri əhatəsinə alacaqdır. Günəş və bütün ulduzlar sönəcəkdir. Kainat çevrildiyi cəhənnəmin alovu ilə işıqlandırılacaqdır. - Göyün 2-ci qatı kainatı çevrələyən ikinci şəffaf təbəqədir. Cinn və həsnaslar burada yaşayır. Qiyamətdən sonra Allaha iman etməyən cinn və həsnaslar göyün birinci qatına cəhənnəmə endiriləcək və iman edənlər isə göyün yeddinci qatına cənnətə qaldırılacaq. Beləliklə göyün ikinci qatında cəhənnəm keşikçiləri yerləşdiriləcəkdir. - Göyün 3-cü qatı kainatı çevrələyən üçüncü şəffaf təbəqədir. Bu qatda məmur olmuş mələklərin öz vəzifəsi vardır. - Göyün 4-cü qatı kainatı çevrələyən dördüncü şəffaf təbəqədir. Bu qatda məmur olmuş mələklərin öz vəzifəsi vardır. - Göyün 5- ci qatı kainatı çevrələyən beşinci şəffaf təbəqədir. Bu qatda məmur olmuş mələklərin öz vəzifəsi vardır. - Göyün 6-cı qatı kainatı çevrələyən altıncı şəffaf təbəqədir. Bu qatda məmur olmuş mələklərin öz vəzifəsi vardır. - Göyün 7-ci qatı kainatı çevrələyən yeddinci şəffaf təbəqədir. (Cənnət burada yerləşir.)