» » Elçin Eyvazalı - Qabıllı etnogenezi


Şeçilmişlər Elçin Eyvazalı - Qabıllı etnogenezi

Elçin Eyvazalı - Qabıllı etnogenezi PDF
ADI:
Qabıllı etnogenezi
REYTİNQ:
  • 0
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
-
ÖLÇÜSÜ:
3.7 Mb
Kəngərlilər Naxçıvanın köklü sakinləri və ən qədim tayfalarından biridir. Kəngərlilər XIX əsrin 30-cu illərində: Qarabağlar, Yurtçu, Gümüşlü, Xalxallı, Qaraxanbəyli və s. kimi 20 tayfadan ibarət olmuşdur. Belə ki, tayfanın Yurtçu tirəsi Yurtçu və Cəhridə, Gümüşlü tirəsi Xok və Şahtaxtıda, Qarabağlar tirəsi isə Qarabağlarda məskunlaşmışdır. Yaxın Şərq ölkələri ilə Avropanı birləşdirən mühüm karvan yollarının üzərində yerləşməsi sayəsində XII-XIV əsrlərdə Qarabağlar kəndi böyük şəhər kimi formalaşmışdır. XVI əsrdə Qarabağlar sultanlıq olmuşdur. XVII əsrin əvvəllərində Naxçıvan ərazisində öz qanuni hakimiyyətlərini bərpa edən Səfəvilər Qarabağların sultanlıq statusunu özünə qaytardılar. Çin və Hindistandan gələn karvan yollarından biri Qarabağlardan keçərək avropaya doğru uzanırdı. Avropadan gələn karvanlar Qarabağlar sultanlığnda yerləşən Böyük bulaq kənarında mola verirdilər. Bu bulağın yerdən qaynayıb çıxan suyu və bulağın aşağısındakı meyvə bağlarının lətafəti və Qabili adlı bağbanın dini söhbətləri, karvan əhlinin uzun yol sonrası rahatlığına zəmin yaradırdı. Bu yer Qabili bağı vəya Qabili yurdu olaraq tanınırdı. Naxçıvan xanlığı dövründə, İrandan köçən tayfaların məskunlaşdığı bu yer, Qabıllı kəndi adını aldı.
Qabıllı etnogenezi kitabı, bu kənddə cərəyan edən hadisələrin əsasında tərtib olunmuşdur. eyni zamanda inam və etiqada, qədim ənənələrdə, tarixi əhvalatlarda, ailə-əxlaq məsələlərində aydın ifadəsini tapan Qabıllı etnogenezi kitabının irsimizdə özünəməxsus yeri var. Kitabda keçmiş köklərimizə olan məhəbbət ilhamla tərənnüm olunur.