» » Muzafferus - Nar dənələri


Şeçilmişlər Muzafferus - Nar dənələri

ADI:
Nar dənələri
REYTİNQ:
  • +2
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2016
ÖLÇÜSÜ:
154 Kb
Mənim qaranlığımda Sənin aydınlığın yox olub! Axtarma özünü, yoxsa burada! Sən uzaqlarda, mən uzaqlarda. İçimdən bir səs mənə səsləndi: “Aydınlıq var onu görə bilmək üçün.” Dedim ki: “Qaranlıq var ondan gizlənmək üçün.”
Fəlsəfi, psixoloji, romantik qısa hekayələr, esselər toplusu olan “Nar dənələri” müəllifin ikinci kitabıdır.

Salam. Xoş gəldin mənim dünyama. Bir az əzab, bir az kədər, bir az sözlər, bir az fikirlər... Burda hər şey var. Sevgidən başqa. Nar dənələri... Qırmızı dənələr... Sıxsan qırmızı maye axar. Yox, bu narın şirəsi deyil, qandır. Əsərlərimdə intihar edənlərin qanı və bir də şəhidlərimin qanı var. Qan qanla qarışıb. Onlar qardaş idi... Buyur, keç içəri. Xoş gəldin mənim dünyama. Bura yaşamaq üçün deyil. Nə də qısa müddətli istirahət üçün. Ən yaxşısı heç girmə bu dünyaya. Sən uzaqda qal. Bura yad qalsın, özgə olsun, uzaq düşsün... Bura səssizliyin məzarlığıdır. Bura yazılarımın qəbirstanlığıdı. Baş daşım kağızlardır. Torpağım sözlər. Bəzi qəbirlərdə güllər açıb oxuyucuların xoş sözləri tək. Bəzilərisə tikanlı sarmaşıqlara bürünüb yazılarımı bəyənməyənlərin acı sözləri kimi. 4 Bir tapmaca vardır açması nar olan. Bax, ona bənzər mənim yazarlıq həvəsim, 3 ilim. "Aldım bir dənə, açdım min dənə." Mən təkəm. Daxilimə baxsan, ucsuz-bucaqsız düşüncələr dünyası... Nar dənələrim mənim. Onlar mənimdir.