» » Fizikadan sərbəst işlərin təşkilində İKT dən istifadə imkanlarının tədqiqi


Şeçilmişlər Fizikadan sərbəst işlərin təşkilində İKT dən istifadə imkanlarının tədqiqi

 

Annotasiya: Məqalədə təhsilin müxtəlif pillələrində mütəxəssis hazırlığının əsas faktoru kimi təhsil alanların fizikadan sərbəst işlərin təminatı kimi təlim mühitinin formalaşdırılması məsələsinə baxılmışdır. Orta və ali məktəblərdə onun effektiv reallaşması modeli və pedaqoji şərtləri verilmiş, göstərilmişdir ki, müstəqil işlərin yerinə yetirilməsində, fizikadan biliklərin müstəqil qazanılmasında əsas faktor təhsil alanların birgə layihə fəaliyyətidir.


Açar sözlər: İKT resursları, peşə kompetensiyası, sərbəst işlər, mütəxəssis hazırlığı, özünütəhsil, birgə layihə fəaliyyəti.


Ключевые слова: ресурсы по ИКТ, профессиональная компетенция, самостоятельные работы, подготовка специалистов, самообразование, совместный проектное деятельность


Key words: recourses on ICT, professional competence, independent works, training of specialists, self education, joint design activity


Hazırda təhsildə əsas cəhətlərdən biri də davamlı təhsilalmağa, tez dəyişən dünyanın qeyri-müəyyənliklərində müstəqil məsuliyyətli qərarlar qəbul edə bilən mütəxəssis hazırlığı ilə bağlı keyfiyyətli, müasir tələblərə cavab verən tədris prosesidir: cəmiyyətin tələblərinə uyğun çevik mütəxəssislər hazırlığı, dəyişkən əmək bazarında iştiraka hazırlıq, ali təhsildə təhsilin fərdiliyinin təmin olunması, çox pilləli və davamlı təhsilin mümkünlüyü, mütəxəssislərin rəqabət bacarıqlarının artırılması, sonda müstəril sərbəst və tədqiqat işlərinin aparmaq bacarığının aşılanmasıdır.


Müşahidələr göstərir ki, orta məktəbdə təhsil alanların gələcək peşə seçimi onların fənlərin tədrisində apardıqları müstəqil işlər, bu işlərin həcmindən, fənn üzrə biliklərin araşdırılması, müstəqil biliklərə yiyələnmək imkanları görə bilmək bacarığının hansı səviyyədə təşkilindən də asılıdır. Fizikanın tədrisində müxtəlif mövzular üzrə təqdimatların hazırlanmasına təhsilalanların cəlb olunması, əlaqədar informasiya və digər resursların axtarışı və istifadəsi bacarıqlarının inkişaf etdirilməsi, hazırladıqları təqdimatlarda tədqiqata yer ayırmaları onların gələcəkdə texniki, mühəndis yönümlü ixtisaslar seçimini maraqlı edir. İlkin verilən bu bacarıqlar onların sonrakı təhsil fəaliyyətlərində, gələcək peşə hazırlığında önəm təşkil edir. Müəllimlik ixtisaslarında fənlərin tədrisində İKT-dən istifadə elementlərinin sistemli verilməsi onların gələcək peşə fəaliyyətində İKT kompetensiyasının formalaşmasına gətirir.


Bununla əlaqədar yaş xüsusiyyətlərindən asılı olaraq təhsilalanlara orta məktəb pilləsində hər hansı mövzu üzrə materialın toplanması, sistemləşdirilməsi, oxşar və fərqli cəhətlərə diqqət yetirilməsi, təqdimatların hazırlanması və hazırladıqları materialı təqdim etmək bacarıqları aşılanır. Təhsilalanların bu sahədə işləri qiymətləndirilir, toplanır, məktəbin ümumi tədris resurs bazasında saxlanılaraq, lazım olduqda istifadə olunur. Bu zaman biliyin yoxlanmasında İKT imkanlardan istifadə dərsin vaxtına qənaət etməklə onun səmərəli təşkilini təmin edir.

Çoxpilləli təhsil sistemində təhsilalanların hazırlığı tələbələrin müstəqilliyi, özünütəhsili, müstəqil tədqiqat işinə cəlb olunması ilə xarakterikdir. Bakalavr və magistrantların sərbəst işi tədris prosesinin ayrılmaz tərkib hissəsidir. Auditoriya saatlarının azalması fonunda sərbəst işlərin önəmi daha da artır, daha böyük əhəmiyyət kəsb edir. Bununla yanaşı sərbəst işlərin təşkili və aparılması ilə əlaqədar dəqiq forma və metod yoxdur. Bu zaman təhsilverənin üzərinə tələbənin müstəqil işinin təşkili və formalaşması kimi məsuliyyətli iş də əlavə oluur. Bu iş bakalavr səviyyəsinin ilk kursunda daha bariz şəkildə üzə çıxır.


Auditoriyadankənar fəaliyyətə görə qiymətləndirmə birinci kurslara qəribə və çətin gəlir ki, bu baryerin aradan qalxmasına pedaqoji səbr və güc tələb olunur. Bununla əlaqədar bir sıra suallar meydana çıxır: sərbəst iş vasitəsi ilə gələcək peşə kompetensiyasını necə təmin etməli, nəzəri tədris materialları ilə hazırlığın praktik cəhətlərini necə gözləməli, ümumiyyətlə sərbəst işlərin müasir forma və metodlarını necə işləməli kimi suallar ortaya çıxır ki, bu da ilk növbədə sərbəst işin düzgün təşkilindən asılıdır. Məhz bu, gələcək mütəxəssisin bir şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır, biliklərin dayanıqlı şəkildə mənimsənilməsini təmin edərək, müəllimlər tərəfindən verilən özünütəhsillə bağlı üsul və qaydalara riayət etməklə müstəqil surətdə bilik və bacarıqların əldə olunmasına ehtiyacı inkişaf etdirir. Bunun üçün birinci kurs tələbələri tədris vaxtını səmərəli formada bölüşdürməli, tədris fəaliyyətini rasional qurmaıdırlar. İlk mərhələdə təqdim edilən material, elektron metodik vəsait və göstərişlər tələbəyə öyrənmənin məntiqi və ardıcıllığını mənimsəməkdə kömək edir. Bu zaman tələbə müstəlif informasiya mənbələrindən götürdüyü materialları düzgün konspekt etməyə alışmalıdır. Müvcud materialın konspektləşdirilməsi tələbənin yaddaşını inkişaf etdirir, onun tədqimatında öz yanaşmasını, məxsusiliyi qurmağa imkan verir. Düzgün, məntiqi ardıcıllıqla tərtib edilmiş konspekt tərtib edildikdə, material daha yaxşı mənimsənilmiş olur. Bu baxımdan sərbəst işlər düzgün seçilməlidir.

Ali təhsilin bütün pillələrində sərbəst işlər bilavasitə mütəxəssis hazırlığına yönəldilməlidir:


  • Sərbəst işdə bilavasitə fənn istiqaməti gözlənilməlidir.

  • Sərbəst işin icrası davamlı nəzarətdə saxlanmalı və nəticələri qiymtləndirilməlidir.

  • Sərbəst işlərin həcmi və məzmunu, kursa və ixtisasa görə fərqlənməlidır.

  • Sərbəst işlərin mövzuları fənnin tədrisi mövzularından kənara çıxmamalı, nəzəri biliklərin möhkəmlənməsinə və tətbiqinə yönəlməlidir.

  • Sərbəst işlər nəticə etibarı ilə tələbənin ədəbiyyatla, texniki və müasir İKT-dən istifadə etməklə problemin həllini tapmaq imkanı zərurətini yaratmalıdır.

Düzgün seçilmiş yoxlama növü tələbə üçün motivasiya faktoru ola bilər. Cari auditoriya məşgələlərinə hazırlıq üçün belə tələbənin sərbəst işi dəyərləndirilməli, bunun zəruri olduğu onlara aydınlaşdırılmalıdır. Belə olduqda, əsasən magistr səviyyəsində tələbənin davamiyyəti auditoriya məşğələlərində aldığı qiymətlə mütənasib olur. Tələbənin carı mühazırə saatlarına fərdi hazırlığı, əlavə materiallar təqdim etməsi müəyyən balla dəyərlədirilə bilər.


Sərbəst işlərin aşağıdakı formaları təklif olunur:


Mühazirə materialından konspektin hazırlanması – məqsəd tələbənin konspekt hazırlamaq qabiliyətinin inkişaf etdirilməsidir. Bu zaman tələbə ona təqdim olunmuş materialı tədqiq edərək, konspekt hazırlayır. Konspektdə materialın məzmunu, mövzunu əhatə etməsi, qeydlərin düzgün aparılması, tələbənin şərhi zamanı ardıcıllığın gözləniməsi qiymətləndirmə meyarları kimi götürülür.


Referat – məqsəd tələbənin ədəbiyyatla,informasiya mənbələri ilə müstəqil işinin təşkilidir. Tələbə verilmiş mövzu üzrə müəllimin təklif etdiyi, və ya özünün düşündüyü plan əsasında material toplayaraq, onu hazırlayır, nəticə və ədəbiyyatı göstərərək, qoyulmuş mövzunu yazılı şəkildə təqdim edir. Planın, mövzunun əhatə olunmasına, düzgün nəticə çıxarılmasına görə material qiymətləndirilir.


Məsələ həlli və ya laboratoriya hesabatı – tələbənin ifadələrlə işləmək bacarığı, xətaların hesablanması, diaqram və qrafiklərin qurulması və onlarla iş təcrübəsi üzrə vərdişlərin qazanılmasına xidmət edir. Laborator işinin hesabatının hazırlanması nümunəsinə görə tərtib olunmuş iş tələbədən qəbul olunduqda xüsusi təyin olunmuş qiymətləndirmə meyarları əsasında qiymətləndirmə aparılır.


Təqdimat işi – məqsəd tələbənin kompüter və İKT vasitələrdən istifadə etmək bacarıq və vərdişlərinin artırılması, bu vərdişlərin gələcək peşə fəaliyyətində də istifadəsinə yardımçı olmaqdır. Tələbə verilmiş mövzunu İKT imkan və resurslardan istifadə edərək, təqdimat proqramlarının birində hazırlayır və təqdim edir. Təqdimata verilən tələblər əsasında tələbənin işi qiymətləndirilir.

Sərbəst işləri elmi-tədqiqat, problem yönümlü, konkret bacarıqların inkişafının təmin olunması kimi bölmək mümkündür.

Bütün hallarda aşağıdakı kriteriyalar təmin olunmalıdır:


- tədris materialının müxtəlif səpgidə təqdim olunması;


- didaktik materialların formalaşmasında tələbələrin iştirakı;


- tələbələrin hər birinin yaradıcı, özünü reallaşdırmaq imkanı yaratmaq və obyektiv qiymtləndirilməsini təmin etmək;


- tələbələrin müasit texnologiyalardan istifadəsini təmin etməlidir;


- özünü yoxlama və özünü təsdiqetmə imkanı yaratmalıdır;


- fənlərarası əlaqəni təmin etməlidir. Sərbəst işlərin məqsədyönlü təşkili və aparılması, qiymətləndirilməsi tələbələrə nəzəri bilikləri möhkəmləndirməkdə və digər bacarıq və vərdişlərin möhkəmləndirilməsində əhəmiyyətlidir.


Ədəbiyyat


1. Bəşirov M.M. Gələcək peşə fəaliyyəti müəllim olan tələbələrdə İKT kompetensiyasının formalaşdırılması. LDU-nun Elmi Xəbərləri. Riyaziyyat və təbiət elmləri seriyası. Lənkəran: 2015, səh. 20-27


2. Bəşirov M.M. Orta məktəbdə fənlərin tədrisində İKT tətbiqi (Layihə metodu) seçmə fənninin xüsusiyyətləri. “Müasir elmin aktual problemləri” mövzusunda Respublika Elmi konfransının materialları. Lənkəran: 2013, səh. 30-33


3. Bəşirov M.M. Biliyin yoxlanması prosesində İKT imkanlardan istifadə üzrə işin sistemi. “Müasir elmin aktual problemləri” mövzusunda Respublika Elmi konfransının materialları. Lənkəran: 2012, səh. 18-20


4. Bəşirov M.M. Tədris prosesinin intensivləşdirilməsində İKT-dən istifadə imkanları. “Azərbaycanın inkişaf strategiyası və aktual elmi problemlər” mövzusunda Respublika Elmi konfransının materialları. II hissə. Lənkəran: 2011, səh.11-13


5. Ларионов В.В. Проблемно ориентированная система обучения физике в тех. Университете. Автореф. дис.д.п.н. М., 2008.- 42 с.


 Баширов М.М.

Ленкораньский Государственный Университет,

кафедра «Техническиу науки и ИКТ», доцент

Сафарова Ильгаме Адил кызы

Ленкоранский средняя школа № 10, учитель физике


Иссладование возможностей ИКТ при подготовке

самостоятельный работ по физике


Резюме


Рассмотрены вопросы формирование обучающий среды который обеспечивает самостоятельную работу обучающих по физике, как фактор подготовки в любом профессии. Представлена модель и педагогическая среда ее эффективном реализации в среднем и высшем учебном учреждениях и показано что основой среды этого самостоятельной работы является совместная проектная деятельность обучающих при самостоятельном усвоение предметных знаний по физике.


Bashirov M.M. Lankaran State University,

chair-Technical subjects and ICT, associate professor

Safarova I.A. Lankaran cite school number 10, the teacher on physics


Research of opportunities of ICT by preparation

independent works on physics


Summary


Questions formation training environments which ensures independent functioning training on physics as a preparation factor in any a profession are considered. The model and the pedagogical environment its effective is presented to realization on average and higher educational establishments and is shown that a basis of the environment of it of independent work is joint design activity training at independent assimilation of subject knowledge of physics.



Bəşirov Mirnamik Mirəhmədağa oğlu,

Lənkəran Dövlət Universiteti, “Texniki fənlər və İKT” kafedrası, dosent

e-mail: mbashirov@mail.ru


Səfərova lhamə Adil qızı

Lənkəran şəhəri, 10 saylı orta məktəbin fizika müəllimi

e-mail: isafarova@mail.ru

Saytımıza dəstək məqsədi ilə materialları sosial şəbəkələrdə paylaşmağı və rəy yazmağı unutmayın.