KitabYurdu » Kitab » Tibb » Qanın laborator tədqiqinin klinik-diaqnostik əhəmiyyəti


Şeçilmişlər Qanın laborator tədqiqinin klinik-diaqnostik əhəmiyyəti

Qanın laborator tədqiqinin klinik-diaqnostik əhəmiyyəti PDF
ADI:
Qanın laborator tədqiqinin klinik-diaqnostik əhəmiyyəti
REYTİNQ:
  • +59
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2003
ÖLÇÜSÜ:
7.92 MB
Kitab qanın klinik-laborator analizlərinin diaqnostik əhəmiyyətinə həsr edilmişdir. Burada qanın analitik göstəricilərinin mənşəyi və fizioloji rolu haqqında mə'lumat və bu göstəricilərin orta normal göstəricilərdən fərqlənməsinə səbəb olan patoloji proseslərin siyahısı verilmişdir. Kitabda verilən mə'lumatlar analitik göstəricilərdən diaqnostikada istifadə edilməsi üçün zəmin yaradır. Kitab həkimlər, biokimyaçılar, patofızioloqlar və tibb təhsili alan tələbələr üçün nəzərdə tutulmuşdur.
Xəstəliklərə qısa müddətdə və dəqiq diaqnoz qoymaq hər bir həkimin qarşısında duran ən mühüm problemlərdən biridir. Çünki həkimin seçdiyi müalicə taktikasının effektivliyi ilk növbədə xəstəliyin diaqnozunun düzgünlüyündən asılıdır. Adətən həkim xəstəliklərə ilkin diaqnoz qoymaq üçün ilk növbədə müayinə zamanı aşkara çıxan klinik əlamətlərə əsaslanır. Lakin çox vaxt ümumi müayinə üsulları (vizual müayinə, per- kussiya, palpasiya, auskultasiya və s.) zamanı müşahidə edilən klinik əlamətlər dəqiq diaqnostika üçün kifayət etmir, bə’zən isə buna həkimin səriştəsizliyi mane olur. Bundan əlavə, bir sıra xəstəliklərin atipik keçməsi də diaqnozun müəyyənləşdirilməsi sahəsində əlavə çətinliklər törədə bilər. Bütün bunlara görə, klinik analizlərin nəticələrindən istifadə etmək diaqnostikanın olduqca mühüm və məs’uliyyətli mərhələlərindən biri hesab edilməlidir. Klinik analizlər diaqnostikaya yardım göstənnəklə bərabər, həm də müalicənin nəticələrinə və sağalma prosesinin intensivliyinə nəzarət etməyə imkan verən çox mühüm vasitələrdir. Bu üsullardan yetərincə istifadə edilməsi isə təkcə həkimdən deyil, həm də onun sərəncamında olan klinik-diaqnostik labaratoriyanın təchizat səviyyəsindən, eləcə də kadr potensialından asılıdır. Biz, bütün bunları nəzərə alaraq, qanın analitik göstəricilərinin diaqnostik əhəmiyyətinə dair mə’lumatları toplamağı və kitab şəklində çap edərək həkimlərin mühakiməsinə verməyi qərara aldıq. Bu kitabda qanın müxtəlif göstəricilərinin analizi zamanı əldə edilən nəticələr, bu nəticələrin orta normal göstəricilərdən fərqlənməsinə səbəb olan xəstəlik və patoloji proseslər haqqında mə’lumat vermişik. Kitabda qamn formalı elementlərinin, qan zülallarının (proteinlərin), enzimlərin (fermentlərin), hormonların, immunoqlobulinlərin, vitaminlərin və bir sıra digər göstəricilərin artmasına və azalmasına səbəb olan xəstəliklərin siyahısı verilmişdir. Ümid edirik ki, bu kitab xəstəliklərin diaqnostikasında mövcud olan problemlərin bir qisminin aradan qaldırılmasında həkimlərə yardımçı olacaq. Kitabın yazılması zamanı müxtəlif dillərdə (ingilis, rus, türk və Azərbaycan dilləri) nəşr edilmiş ədəbiyyat mənbələrindən istifadə etmiş və uzun illərdən bəri elmi və praktik fəaliyyətimizdə əldə etdiyimiz təcrübələrə əsaslanmışıq. Azərbaycan elminin dünya elminə inteqrasiyasını nəzərə alaraq, kitabda beynəlxalq terminlərə üstünlük vermişik.
Kitabdan istifadə edəcək hörmətli oxuculara vacib bir məqamı da çatdırmaq istəyirik. Burada qanın müxtəlif göstəriciləri üzrə verilən normativlər müxtəlif labaratoriyalarda, müxtəlif metodlar vasitəsilə əldə edilmiş və bir-birindən fərqlənən vahidlərlə ifadə edilmişdir. Buna görə oxucularımız kitabda verilən normativləri mütləq göstərici kimi qəbul etməməli, yeri gəldikdə öz çalışdıqları müalicə ocaqlarının Iabaratoriya- lannda alınmış orta göstəricilərə əsaslanmalıdırlar.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Bu kitabdan nəzəri tibb sahəsində çalışan mütəxəssislər, həkimlər, tələbələr və eləcə də, öz sağlamlığı ilə maraqlanan hər bir şəxs istifadə edə bilər.
Oxucuların kitab haqqında təklif və tənqidi qeydləri müəlliflər tərəfindən böyük məmnuniyyətlə qəbul ediləcəkdir.