KitabYurdu » Kitab » Roman » Salam Qədirzadə Kəndimizdə Bir Gözəl Var


Şeçilmişlər Salam Qədirzadə Kəndimizdə Bir Gözəl Var

Salam Qədirzadə Kəndimizdə Bir Gözəl Var PDF
ADI:
Kəndimizdə Bir Gözəl Var
REYTİNQ:
  • +124
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
-
ÖLÇÜSÜ:
1.35 MB

Adı Leyladır onun. Həyatı bəxtəvərliklə, qəlbi istəklərlə doludur. Dodaqlarındakı gülüşlə, gözlərindəki sevinc əkiz yaranmışdır. Ömründən keçən on səkkiz ildə ata-ana həmişə bu yeganə qızcığazın nazını çəkmiş, üstündə əsmiş, onu ehtiyacın üzünü görməyə, xiffətin nə olduğunu bilməyə qoymamışdır.

Baharda açılan qönçə kimi növrəstə bir xilqətin xoşbəxtliyi üçün bunlar kifayət deyildimi? Bəs bu axşam ürəyini anlaşılmaz, çılğın hisslərlə döyündürən, ona gah asudəlik, gah da narahatlıq verən məstedici sevgi haradan gəldi? Leylanı necə tapdı?!

O, universitetdə oxuduğu gündən Göydəniz adlı bir oğlana vurulmuşdu. Məhəbbətin hökmü qarşısında aciz qalan qız, bu gözəgörünməz, oğrun hissi boğmağa, öldürməyə çalışsa da, bacarmırdı, iqtidarı çatmırdı. Həmişə Göydənizlə qarşılaşmağa, səsini dinləməyə zəruri bir ehtiyac duyurdu.

Fərman Mingecevir
Nedense men yükledim amma cox sehifeler yoxdur .ele biı silinib, uje oxumaq insana maraqsiz gelir.keş ki bütün sehifler yerinde olaydi
  • 10 may 2017 22:45
  • Status: İstidafəçi xətdə deyil
kitabyurdu
Fərman Mingecevir, bu tam versiyadır. e-kitabın səhifə sayı original kitabla eyni olmaya bilər.
  • 10 may 2017 22:55
  • Status: İstidafəçi xətdə deyil