KitabYurdu » Kitab » Roman » ƏLİ ƏKBƏR AMNEZİYA


Şeçilmişlər ƏLİ ƏKBƏR AMNEZİYA

ƏLİ ƏKBƏR AMNEZİYA PDF
ADI:
Amneziya
REYTİNQ:
  • -230
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2010
ÖLÇÜSÜ:
2.26 MB
...Respublika Prezidentinin adını anmaq, millətin müqəddəs maraqlarına məşəl kimi işıq tutmaq deməkdir! O millət ki, ulu öndərin müdrik rəhbərliyi altında bütün sahələrdə inkişafa nail olub və olmaqda davam edir! Öz taleyi, dolaylı olaraq da Vətənin taleyi üçün narahat olan, ləyaqətli və anarxiya düşməni azad vətəndaşlar olaraq bildiririk ki, ölkəmizin çiçəklənməsi yalnız və yalnız bizim ulu prezidentimizin yenidən bu posta seçilməsilə mümkündür! Nə üçün dövlət gəmisinin idarəsini başqasına verərək riskə getməliyik? Axı bizim ölkəni hal-hazırda əsrimizin ən görkəmli dövlət xadimi idarə edir! Tarix onu dahilərin dahisi, müdriklərin müdriki, azadlıq mücahidi, mütəfəkkir və demokrat kimi ucaldıb artıq! Prezident postunda onun yerinə hansısa başqa adamı təsəvvür edən kəs, dərhal millətin, yəni bizim hamımızın maraqlarına xəyanət edən xain kimi damğalanmalıdır! Belə bir fikri ağlına gətirənlər, kimliyindən asılı olmayaraq cəmiyyət üçün təhlükəli ruhi xəstələr kimi təcrid olunmalı, əgər ruhi xəstə deyillərsə, onda qanunlarımıza müvafiq olaraq Vətənə xəyanət maddəsi ilə ittiham olunaraq həbsxanaya göndərilməlidirlər!..
Migel Anxel Asturias
“Sinyor prezident”