KitabYurdu » Kitab » Maliyyə və Mühasibat » BÜDCƏ SİSTEMİ


Şeçilmişlər BÜDCƏ SİSTEMİ

BÜDCƏ SİSTEMİ PDF
ADI:
BÜDCƏ SİSTEMİ
REYTİNQ:
  • +24
DİL:
FORMAT:
ÇAP İLİ:
2003
ÖLÇÜSÜ:
1.61 MB
Dərslikdə büdcə sisteminin formalaşması və icrası prosesinin həm nəzəri, həm də təcrübi məsələləri ardıcıl surətdə nəzərdən keçirilmişdir.
I bölmədə Azərbaycan Respublikasının büdcə quruluşu və büdcə sistemi nəzərdən keçirilmiş, dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının büdcə hüquqları şərh edilmiş və büdcə təsnifatı verilmişdir.
II bölmə büdcənin gəlirlərinə həsr olunmuşdur. Büdcənin bütün həlqələrinin əsas gəlir mənbəyi vergili gəlirlərdən ibarət olduğuna görə müvafiq fəsillərdə vergili gəlirlərin hesablanması və büdcəyə ödənilməsi məsələlərinin işıqlandırılmasına geniş yer verilmişdir.
III bölmə büdcə xərclərinə aid edilmişdir. Burada büdcə xərclərinin planlaşdırılınası və maliyyələşdirilməsinin əsasları göstərilmiş, büdcənin xərclərinin tərkibi, quruluşu və dinamikası təhlil edilmiş, maddi-istehsal və sosial-mədəni sahələrin inkişafına büdcə xərclərinin planlaşdırılması və maliyyələşdirilməsi xüsusiyyətlərinə geniş yer verilmişdir.
IV bölmə büdcə prosesinin təşkilinə həsr edilmişdir. Burada, büdcənin tərtibi, müzakirəsi, təsdiqi, büdcənin icrasmın təşkili məsələlərinin işıqlandırılmasına diqqət yetirilmiş, büdcənin icrasnıda dövlət xəzinədarlığının rolu göstərilmişdir. Bölmə büdcə kəsiri və onun idarə edilməsi fəsli ilə yekunlaşır.
V bölmə maliyyə və vergi orqanlarının büdcənin icrası üzrə nəzarət işinə həsr edilmiş, büdcənin icrası üzərində maliyyə nəzarətinin formaları ətraflı şərh edilmişdir. Bu bölmədə büdcənin informasiya    sisteminin avtomatlaşdırılması, maliyyənin idarə edilməsində informasiya sisteminin rolu məsələsinə də əhəmiyyətli yer ayrılmışdır.
Təqdim edilmiş «Büdcə sistemi» dərsliyi «Maliyyə-kredit», «Vergilər və vergitutma», «Vergi işinin təşkili və idarə edilməsi», «Gömrük işinin təşkili və idarə edilməsi», «Sığorta işi» və digər ixtisaslar üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur. Kitab həm də iqtisad təmayüllü ixtisaslar üzrə təhsil alan tələbələr, aspirantlar və müəllimlər və eləcə də maliyyə-büdcə problemləri ilə məşğul olan mütəxəssislər üçün də faydalı olacaqdır.