KitabYurdu » Kitab » Lüğət » Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti. 1-ci cild


Şeçilmişlər Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti. 1-ci cild

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti. 1-ci cild PDF
ADI:
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti. 1-ci cild
REYTİNQ:
  • +24
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2005
ÖLÇÜSÜ:
1.35 MB
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti. 1-ci cild
Lüğət klassik Azərbaycan ədəbiyyatı nümunələrinin orijinal yazıda oxunuşunu, nəşr edilmiş klassik mətnlərdə tez-tez rast gəlinən ərəb və fars mənşəli alınma söz və ifadələrin başa düşülməsini asanlaşdırmaq və ümumiyyətlə, Azərbaycan dilində işlənən ərəb və fars alınmalarının ümumi mənzərəsini sistemli şəkildə əks etdirmək məqsədi daşıyır. Lüğətin əsas məqsədi Azərbaycan ədəbiyyatı klassiklərinin əsərləri ilə yaxından tanış olmaq, onu daha dərindən öyrənmək istəyən oxuculara, xüsusən yeni nəslə kömək etməkdən ibarətdir. Buna uyğun olaraq, lüğətə yalnız anlaşılması çətin olan, bu gün ədəbi dilimizdə işlədilməyən və ancaq klassiklərin əsərlərində təsadüf olunan ərəb və fars sözləri daxil edilmişdir.
Oxuculara təqdim olunan bu lüğətin ilk variantı hələ ikinci dünya müharibəsindən əvvəl keçmiş Lüğətlər İnstitutunun elmi əməkdaşı Mirzə Əsgərli tərəfindən hazırlanmış, sonrakı dövrdə onun üzərində Akademiyanın Dilçilik İnstitutunun əməkdaşlarından Bəhruz Abdullayev və Həsən Zərinəzadə də işləmiş və lüğəti təkmilləşdirmişlər. 1966-cı ildə Akademiyanın nəşriyyatında çapdan çıxmış həmin varianta o zaman qəbul edilmiş təlimata əsasən Mirzə Fətəli Axundovdan sonrakı dövrdə yaşayıb-yaratmış ədiblərin əsərlərindən seçilmiş ərəb və fars mənşəli alınma sözlər daxil edilmişdi. Sonralar tarixin daha erkən çağlarında yazılmış mətnlərdə işlədilən alınmaların da lüğətə salınmasına ehtiyac yaranmış, H.Zərinəzadə və B.Abdullayev onun üzərində yenidən təkmilləşdirmə işi aparmışlar. Lüğət ikinci dəfə 1985-ci ildə «Yazıçı» nəşriyyatında çapdan çıxmışdır.