KitabYurdu » Kitab » İnformasiya Texnologiyaları » MICROSOFT WORD MƏTN REDAKTORU 2013


Şeçilmişlər MICROSOFT WORD MƏTN REDAKTORU 2013

MICROSOFT WORD MƏTN REDAKTORU 2013 PDF
ADI:
MICROSOFT WORD MƏTN REDAKTORU 2013
REYTİNQ:
  • +11
DİL:
FORMAT:
ÇAP İLİ:
2015
ÖLÇÜSÜ:
2.77 MB
Hal-hazırda Microsoft Word mətn redaktoru istifadə olunan mətn redaktorları arasında ən populyar mətn redaktoru sayılır. Bu populyarlıq mətn redaktorunu həqiqətdə (de-fakto) standart binar format sənədi səviyyəsinə qaldırdı. Bununda nəticəsində bu proqram ilə rəqabət aparan çoxsaylı proqramlar həmin format ilə uyğunluğu dəstəklədilər. Beləliklə, IBM PC kompüterlər platformasında “.doc” genişlənməsi Word 97÷2000 ikilik formatının sinoniminə çevrildi. Formatın eksport və import süzgəcləri (filtrləri) əksər mətn redaktorlarını dəstəklədilər.
Qeyd etmək lazımdır ki, Word-ün müxtəlif versiyalarındakı sənədin formatı daima dəyişsədə belə bu formatlar arasındakı fərq çox cüzüdür.
MS Word 2007 –nin sonuncu versiyası susmaya görə XML formatını dəstəkləyir. Format faylının təsnifatı Microsoft firması tərəfindən 2008-ci ildə müxtəlif qəzetlərdə çap edilir.
Qeyd etmək lazımdır ki, Microsoft Office proqramının bütün əlavələri kimi Word proqramı da öz imkanlarını onda qurulmuş makrodil vasitəsilə genişləndirir. Öncə makrodil kimi əvvəlki versiyalarda WordBasic-dən, Word 97 versiyasından başlayaraq VBA – Visual Basic -dən istifadə olunmağa başlandı.