KitabYurdu » Kitab » İqtisadiyyat » TƏŞKİLATLARIN KONFLİKTOLOGİYASI


Şeçilmişlər TƏŞKİLATLARIN KONFLİKTOLOGİYASI

TƏŞKİLATLARIN KONFLİKTOLOGİYASI PDF
ADI:
Təşkilatların konfliktologiyası
REYTİNQ:
  • +5
DİL:
FORMAT:
ÇAP İLİ:
2001
ÖLÇÜSÜ:
989 KB
Elmi iş "Təşkilatların konfliktologiyası" kursunun öyrənilməsi üçün zəruri olan nəzəri, metodik və praktik materiallardan ibarətdir. Vəsait təşkilatlarda müasir menecmenti öyrənən tələbə, aspirant və müəllimlər üçün nəzərdə tutulmuşdur. Ondan iqtisadiyyat, menecment, sosiologiya, dövlət və bələdiyyə idarəetməsi, mədəniyyətşünaslıq kimi ixtisasların öyrənilməsi zamanı istifadə etmək məsləhət görülür.
Diqqətinizə çatdırılan dərs vəsaiti müəlliflərin Kazan şəhərinin müxtəlif ali məktəblərində həyata keçirdiyi müəllimlik fəaliyyətinin nəticəsidir. "Təşkilatların konnfliktologiyası" tədris kursu "Menecment", "İqtisadiyyat", "Dövlət və bələdiyyə idarəetməsi", "Sosial fəaliyyət" ixtisasları üzrə təhsil alan tələbələrə keçilmişdir.
Dərs vəsaiti 3 hissə və 7 fəsildən ibarətdir. Birinci hissənin "Konfliktologiya nəzəriyyəsi" adlanan birinci fəslinə "Təşkilatların konfliktologiyası" kursunun 8 mövzudan ibarət müəllif proqramı daxil edilmişdir. İkinci fəsil müəlliflərin həmin kurs çərçivəsində oxuduqları yeddi mühazirəyə həsr edilmişdir. Bu fəsillərdə münaqişə nəzəriyyəsinin əsas müddəaları cəmlənmiş, təşkilati münaqişələrin səbəbləri, funksiyaları və tipologiyaları göstərilmiş, münaqişələrin inkişaf mərhələləri və şəraiti, təşkilatlardakı münaqişələrin qarşısının alınması və idarə edilməsi və həll edilməsi imkanları təsvir edilmişdir. Kursun səkkizinci fəsli "təşkilatlarda fərdlərarası, şəxsi və digər münaqişələrin həllinin diaqnostikası və vasitələri" -konfliktologiyanm tətbiqi aspektlərinə həsr edilmiş və bu səbəbdən də mühazirələrin nəzəri kursuna daxil edilməmişdir.
Dərs vəsaitinin ikinci hissəsi "Konfliktoloji praktikum" özündə mühazirə kursu sxemlərinə, kursun səkkiz mövzusuna aid testlərə, "Konfliktologiya" kursunda sosial avtobioqrafiya metodikasına həsr edilmiş üç fəsli ehtiva edir.
Üçüncü hissə "Münaqişə müntəxəbatı" iki fəsildən ibarətdir. Birincisinə müxtəlif təşkilatlarda (şəhərlərdə, sosial hərəkatlarda, korporasiya və şirkətlərdə) münaqişə və münaqişələr nəzəriyyəsi üzrə xarici müəlliflərin klassik əsərlərindən hissələr daxil edilmişdir.
Vəsaitin sonuncu hissəsinin ikinci fəsli Rusiya Federasiyası və onun subyektlərində sosial əməkdaşlıq haqqında hüquqi akt və materiallardan ibarətdir. "Sosial əməkdaşlığın qanunvericilik bazası", "Regional sosial əməkdaşlıq təcrübəsi", "Moskva şəhərində sosial əməkdaşlıq sistemi", "Tatarıstan Respublikasında sosial əməkdaşlıq sistemi" materialları götürülmüşdür.