KitabYurdu » Kitab » Ensiklopediya » AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ ENSİKLOPEDİYASI I CİLD


Şeçilmişlər AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ ENSİKLOPEDİYASI I CİLD

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ ENSİKLOPEDİYASI I CİLD PDF
ADI:
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ ENSİKLOPEDİYASI I CİLD
REYTİNQ:
  • +45
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2004
ÖLÇÜSÜ:
20 MB
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasının işıq üzü görməsi müstəqil Azərbaycan Respublikasının həyatında mühüm hadisədir.
Ensiklopediya Azərbaycan Xalq Cümhuriyyəti tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi soraq əsəridir. İki cilddən ibarət olan Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasının səhifələrində Azərbaycan xalqının istiqlal mübarizəsi və ictimai fıkir tarixinin ən mühüm məqamlarını, azadlıq hərəkatının görkəmli nümayəndələrinin həyat və fəaliyyətini, Azərbaycan Xalq Cümhuriyyətini doğuran tarixi şəraiti, Cümhuriyyət xadimlərinin həyat və mübarizəsini, Azərbaycan xalqına qarşı həyata keçirilən kütləvi soyqırımlarını, Qafqaz İslam Ordusunun xilaskarlıq əməliyyatlarını, böyük dövlətlərin və qonşu ölkələrin Azərbaycanla bağlı qəsbkarlıq planlarını, Cümhuriyyət Parlamenti və Hökumətinin fəaliyyətini, dövlət quruculuğu, xarici siyasət, ordu quruculuğu və ölkənin ərazi bütövlüyü uğrunda mübarizəni, ictimai-siyasi, sosial-iqtisadi, mədəni-maarif həyatını, xarici dövlətlərdəki Azərbaycan diplomatik nümayəndəliklərinin fəaliyyətini, habelə Cümhuriyyətin süqutundan sonra istiqlal ideallarını yaşadan milli hərəkat, siyasi mühacirət və s. məsələləri işıqlandıran 1500-ə qədər termin-məqalə verilir.
Ensiklopediyada tarixi varislik prinsipinə əməl olunaraq, Azərbaycan Xalq Cümhuriyyətindən əvvəlki dövrdə dövlətçilik tarixinin ayrı-ayrı məsələlərinə, əhali və ərazi problemlərinə, çar Rusiyasının xüsusi məqsədlə həyata keçirdiyi inzibati-ərazi islahatları nəticəsində Azərbaycanın tarixi torpaqlarının bölüşdürülməsinə, o cümlədən Qərbi Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq siyasətinə, Cənubi Qafqaz ərazisindəki quberniyalar və qəzaların tarixinə,ümumiyyətlə Cümhuriyyət tarixi ilə bağlı bir sıra başqa məsələlərə və tarixi şəxsiyyətlərə dair materiallara da müəyyən yer verilmişdir.