KitabYurdu » Kitab » Ədəbiyyat » SÜLEYMAN RƏHİMOV SEÇİLMİŞ ƏSƏRLƏRİ I CİLD


Şeçilmişlər SÜLEYMAN RƏHİMOV SEÇİLMİŞ ƏSƏRLƏRİ I CİLD

SÜLEYMAN RƏHİMOV SEÇİLMİŞ ƏSƏRLƏRİ I CİLD PDF
ADI:
SEÇİLMİŞ ƏSƏRLƏRİ I CİLD
REYTİNQ:
  • +13
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2005
ÖLÇÜSÜ:
2 MB
Xalq yazıçısı Süleyman Rəhimovun adı 1930-cu illərdən yeni Azərbaycan romanının doğuluşu, təşəkkülü və inkişafı ilə sıx bağlı olmuşdur. Milli nəsrimizdə roman janrının diqqətəlayiq nümunələrini yaradan görkəmli yazıçının əsərləri janr baxımından əlvan və müxtəlifdir. S.Rəhimov usta bir romançı olmaqla yanaşı, həm də hekayə və povestlərin, romantik və satirik-yumoristik səpkili nəsr əsərlərinin müəllifidir. Bu kitaba müəllifin üslubca və mündəricəsindəki oxşar cizgilərin rəngarəngliyi ilə seçilən povestləri, eləcə də xalq yaradıcılığı motivlərinə əsaslanan əsərlərindən seçmələr daxil edilmişdir. 1960-cı illərdə qələmə alınan və nəsrimizdə psixoloji üslubun parlaq nümunələrindən sayılan "Məhtaban"da dərin ictimai-siyasi məsələlərə toxunulur. "Kəsilməyən kişnərti" əfsanə-povesti isə nağılvarı təfəkkürün orijinal təzahürü olub, müasir problemlərə folklor estetikası baxımından yanaşmağın parlaq ifadəsidir. "Güzgü göl" əfsanəsində xalq həyatından və xalqa inamdan gələn saf, insanı ucaldan, qanadlandıran romantik pafos var. Kitabda toplanan maraqlı lövhələr dolu əsərlər müəllifin xalq yaradıcılığına dərin bələdliyini, yüksək istedadını, həyat və insanlar barədə son dərəcə zəngin təsəvvürünü bir daha nümayiş etdirir.