KitabYurdu » Kitab » Ədəbiyyat » AZƏRBAYCAN NAĞILLARI IV CİLD


Şeçilmişlər AZƏRBAYCAN NAĞILLARI IV CİLD

AZƏRBAYCAN NAĞILLARI IV CİLD PDF
ADI:
AZƏRBAYCAN NAĞILLARI IV CİLD
REYTİNQ:
  • +14
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2005
ÖLÇÜSÜ:
682 KB
“Azərbaycan nağılları”nın bu cildində yer alan nümunələr janrın bütün əlvanlığını özündə toplayır. Onlar da fantaziya zənginliyi, ardıcıllıq, məntiqi-lik və təcrübə aparmaq vərdişi aşılayır, oxucusunu gördüyünün əsiri olmaqdan qurtarır. Bir həqiqətdir ki, məlum qanunlar çərçivəsinə sığmayan, gözlənilməz yenilik nağılla tərbiyə olunmamış beyinlərin narahatlığına səbəb olur. Yalnız nağılla tərbiyə olunmuş ağıldan işıq doğulur. Yalnız nağılla tərbiyən-lənmiş beyin hər cür yeniliyə ürəkdən qol aça bilir. Ən böyük yenilikləri ancaq nağıla bənzətmək olar.
Cilddə toplanan nağılların da başladığı “Biri vardı, biri yoxdu” kəlamına gəlincə o, bütün zamanlara aid hadisələr arasındakı uyğunluğun, vəhdətin ifadəsidir. Nağılvari təfəkkürün ölməzliyi elə bundadır. Həmin nağılvari təfəkkür ki, onda bir müdriklik də var; dünya daim dəyişir, lakin dövrlər arasında fərq olduğu kimi daxili bağlılıq da mövcuddur, bir əsr digərinə bənzəmədiyi kimi hər dövr də bəşər tarixinin bir parçasıdır.