KitabYurdu » Kitab » Ədəbiyyat » Mir Cəlal - Füzuli sənətkarlığı


Şeçilmişlər Mir Cəlal - Füzuli sənətkarlığı

Mir Cəlal - Füzuli sənətkarlığı PDF
ADI:
Füzuli sənətkarlığı
REYTİNQ:
  • +4
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2007
ÖLÇÜSÜ:
1.52 MB
Bu kitabda Füzulinin sənət  və s ənətkar haqqında fikirləri, şairin üslubu, istifadə etdiyi ədəbi priyomlar, bədii təsvir vasitələri, şeir dili, bədii nəsr dili və s. kimi sənətkarlıq xüsusiyyətləri geniş şərh olunur. Əsər  müəllimlər  və  ali məktəb tələbələri üçün faydalıdır.
Belinski sənətkarların yaradıcılıq ilhamını təbiət hadisələriləmüqayisə edərək bəzisini şampan şərabı kimi köpüklənən qazlısuya, bəzisini yaşıl kənarlı arxlardan gələrək axan duru suya,bəzisini isə kükrək dalğalarla aşıb-daşan Niaqara şəlaləsinə, birqismini də sahilləri və dibi görünməyən, yeri-göyü əks etdirənmühit dənizlərinə bənzədir... Füzulinin sənəti, şübhəsiz ki, axırıncılardandır. Bu böyükşeir dühasının əsərlərilə dərindən tanış olanda heyrət bizigötürür. Biz bu nadir və qadir şeir ustadının, qəlblərmühəndisinin, "könül mülkünün sultanının" hətta ayrı-ayrı lirikəsərlərinə səcdə etməkdən özümüzü saxlaya bilmirik. Bəlkəbuna görədir ki, indiyə qədər vətənimizdə və onun xaricindəFüzuli haqqında yazanlar, danışanlar, tədqiq edənlər, mülahizəyürüdənlər çox olsa da, onun dühasını ləyaqətlə təhlil, təyinedən mühüm bir elmi əsər yaradılmamışdır. Görünür ki, yüksəkzövq sahibi, sənətin xarüqələrini duyub dərk edən adamlarFüzulinin şeir gülüstanında özlərini vəcd və heyrətdən xilas edəbilmirlər. Füzuli misralarından aldıqları tükənməz mənəvi,estetik zövq ilə yaşamağı bu misralar üzərində təhlilaparmaqdan daha fəzlə, daha münasib sayırlar.