KitabYurdu » Kitab » Ədəbiyyat » Abdulla Şaiq - Seçilmiş əsərləri 2-ci cild


Şeçilmişlər Abdulla Şaiq - Seçilmiş əsərləri 2-ci cild

Abdulla Şaiq - Seçilmiş əsərləri 2-ci cild PDF
ADI:
Seçilmiş əsərləri 2-ci cild
REYTİNQ:
  • +13
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2005
ÖLÇÜSÜ:
1.55 MB
Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri olan Abdulla Şaiq romantik şair, nasir, dramaturq, ədəbiyyatşünas alim, bədii tərcümələr müəllifi kimi zəngin və çoxşaxəli yaradıcılıq irsinə malikdir. Şeir yaradıcılığına qəzəllə başlayan Şaiq sonralar yeni mühitin, mütərəqqi rus, Qərb və türk şeirinin yaxından təsiri ilə poeziyasını dövr üçün müasir bir lirikanın ən yaxşı elementləri ilə zənginləşdirmiş, XX yüzildə yeni milli şeirin yaranması yollarında Sabirlə, Səhhətlə birlikdə mübarizə aparmışdır. Ədibin “Seçilmiş əsərləri”nin bu cildinə onun müxtəlif illərdə yazdığı və yüksək sənətkarlıqla qələmə aldığı şeirləri, qəzəlləri, poemaları, eləcə də pyesləri daxil edilmişdir.
Kitabda daxil edilmiş POEMALAR: Ədhəm, İki familiyanın məhvi, Qoçpolad, Zəhmət və zinət, PYESLƏR: Qafqaz çiçəyi, Şair və qadın, Kimdir haqlı?, İdeal və insanlıq, Aydoğdu, Yazıya pozu yoxdur!, Həqiqətə doğru, İldırım, Aldanmış ulduzlar, Nüşabə