KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Mixail Bulqakov Master Və Marqarita


Şeçilmişlər Mixail Bulqakov Master Və Marqarita

Mixail Bulqakov Master Və Marqarita PDF
ADI:
Master Və Marqarita
REYTİNQ:
  • +35
DİL:
FORMAT:
ÇAP İLİ:
-
ÖLÇÜSÜ:
3.32 MB

Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan, qara saçları ortadan dazlaşmış qırx yaşlarında tösmərək kişi şlyapasını əlində piroq kimi tutmuşdu, təmiz qırxılmış sifətində buynuz sağanaqlı iri qara eynəyi ilk baxışdan gözə dəyirdi. Dama-dama kepkasını boynunun dalına itələmiş enlikürək, kəkilli kürən gənc ətəyiuzun, enli köynək, əzik ağ şalvar və qara çəkələk geyinmişdi. Bunlar Moskvanın qısaca Massolit adlanan çox böyük ədəbi cəmiyyətlərindən birinin sədri və qalın bədii jurnalın redaktoru Mixail Aleksandroviç Berlioz, bir də onun Bezdomnı ləqəbi ilə yazıb-yaradan gənc yoldaşı şair Şvan Nikolayeviç Ponıryov idi. Azca yaşıllaşmış cökə ağacının kölgəsinə çatan kimi yazıçılar tez-tələsik özlərini üstünə "Pivə və sular" yazılmış ala-bəzək köşkə verdilər.