KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Çexov Altı nömrəli palata


Şeçilmişlər Çexov Altı nömrəli palata

Çexov Altı nömrəli palata PDF
ADI:
Altı nömrəli palata
REYTİNQ:
  • +28
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
-
ÖLÇÜSÜ:
616 KB
Xəstəxana həyətində ayıpəncəsi, gicitkən və çətənə kolluqları ilə bürünmüş kiçik bir fligel vardı. Fligelin dəmir damı paslanmışdı; su novçası yarıyadək sınıb tökülmüşdü, artırmasının pillələri çürümüş və qıraq-bucağında ot bitmişdi, evin suvağından təkcə iz qalmışdı. Fligelin qabaq tərəfi xəstəxanaya, dal tərəfi isə çölə baxırdı. Fligeli çöldən, üstünə çoxlu mıx çalınmış xəstəxana hasarı ayırırdı. Bu, ucları yuxarı sancılmış mıxlar, hasarın və fligelin özü, yalnız xəstəxana və həbsxana tikililərinə məxsus kədərli və çox pis bir görünüşdə idi.
Əgər gicitkənin dalayıb yandırmasından qorxmusunuzsa, gəlin dar cığırla gedib fligelin içərisinə tamaşa edək. Birinci qapını açıb dəhlizə giririk. Burada divarın və peçin dibinə bir yığın xəstəxana tör-töküntüsü atılmışdır. Döşəklər, köhnə cırıq xalatlar, heç nəyə yaramayan göy zolaqlı köynəklər, yırtıq ayaqqabılar bir yerə tökülmüş, əzilmiş, qarışdırılmışdır, bu şeylər çürüyür və ətrafa pis qoxu yayır.