KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » ORHAN PAMUK BƏYAZ QALA


Şeçilmişlər ORHAN PAMUK BƏYAZ QALA

ORHAN PAMUK BƏYAZ QALA DOC
ADI:
BƏYAZ QALA
REYTİNQ:
  • +3
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
-
ÖLÇÜSÜ:
942 KB
Bu əlyazmanı 1982-ci ildə, içində hər yay bir həftə eşələnməyə vərdiş etdiyim Gəbzə İcra Hakimiyyətinin nəzdnindəki o ucuq-sökük “arxiv”də fərmanlar, ev sənədləri, məhkəmə hökmləri və rəsmi kağızlarla ağzına qədər dolu olan tozlu bir sandığın dibindən tapdım. Yuxuları xatırladan  mavi üzlüklü zərif cildlə cildlənən əlyazma, oxunaqlı bir xətlə yazılmışdı və solğun dövlət sənədlərin arasında par-par parıldadığı üçün elə həmin anda da diqqətimi çəkdi. Məncə, hansısa naməlum  bir əl, kitabın birinci səhifəsinə, sanki məni daha da maraqlandırmaq üçün başlıq yazmışdı: “Yorğançının  ögey övladı”. Başqa başlıq yox idi. Kənarlarına və səhifə boşluqlarına hansısa bir uşağın çoxlu düyməli paltarlar geyinən balaca başlı adamlar çəkdiyi həmin kitabı tez  bir zamanda böyük həvəslə oxudum. Çox xoşuma gəldi, amma  üzünü  hansısa dəftərə köçürmək üçün, əlyazmasını gənc icra nümayəndəsinin belə “arxiv” adlandıra bilmədiyi o  xaraba  yerdən, mənə nəzarət etməyən xadimənin  inamını  fövtə verərək, qaşla göz arasında çantama tıxayıb oğurladım.