KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Çingiz Aytmatov - Gün Var Əsrə Bərabər romanının qısa məzmunu


Şeçilmişlər Çingiz Aytmatov - Gün Var Əsrə Bərabər romanının qısa məzmunu

ADI:
Gün Var Əsrə Bərabər
REYTİNQ:
  • +159
MÜƏLLİF:
DİL:
FORMAT:

“ Gün Var Əsrə Bərabər” əsəri ölkəmizdə də kifayət qədər tanınan və geniş oxucu auditoriyası tərəfindən oxunan qırğız yazıçı Çingiz Aytmatovun qələminin məhsuludur. Kommunizmin hökm sürdüyü bir dövrdə insanların müqəddəs hesab etdikləri şeylərin yoxa sayılması, eşqin sorğulanması romanın əsas qayəsini təşkil edir. Materialist düşüncə tərzi ilə həyata yanaşan Kommunizm ideyasının əsasını Yer üzərində insanların yaşadığı cənnət yaratmaq olmuşdur. Əlbəttə məsələ cənnətin var olub olmamasında deyil, əsas məqsəd insanlara yaşadıqları cəhhənəmi dəyişdirmək şansının öz əllərində olduğunu bildirməsidir. Qısaca olaraq bu əsər manqurtlaşma ilə öz xarakterini qoruyub saxlamağa çalışan insanlar arasındaki mübarizədən bəhs edir desəm,zənnimcə yanılmaram.

“Gün Var Əsrə Bərabər” və yaxud da digər adı ilə “Gün Uzanar Yüz İl Olar” əsas etibarı ilə Sovetlər Birliyi dövründə insanların  yaşamış olduğu müxtəlif sosial və mədəni problemləri özündə əks etdirir.

Aytmatovun əsərlərində başlanğıc, eyni zamanda sondur. Başlayan hər şey bitər, bitən hər şey də yeni bir başlanğıcdır. Zamanın keçmədiyi anlarda gün yüz il qədər uzun, geçən yüz illər isə bu gün qədər bizə yaxındır əslində. Aytmatov, qatar relslərinin sonsuzluğa uzanıb gedən yolları arasında yemək axtaran tülkünün yaşadıqlarını dəqiq empatik metafora ilə yaşamış olduğumuzu hiss etdirir bizlərə.

Gün Var Əsrə Bərabər : “Bu yerlərdə qatarlar şərqdən qərbə, qərbdən şərqə gələr gedər... gedər gələrdi” frazasına bu əsərdə tez-tez rast gəlirik. Əsərdə insanların daimi yaşayış yeri Sarı-Özək  düzüdür. Qırğızıstanda yerləşən minlərlə yaşayış yerlərindən biri kimi görünə bilər bizlərə. Amma bilməlisiniz ki, bizim də yaşadığımız yerlərin sevinc və kədərlərinə çox oxşardır orada yaşayan insanların sevinc və kədərləri.

Əsərdə Əsrə Bərabər Olan gün, qəhrəman Yedigeyin dəvə belində dostu Kazangapın vəsiyyətini gerçəkləşdirmək üzrə tabutunu Ana Beyit qəbiristanlığına aparmaq üçün yola çıxdığı gündür. Səhərdən axşama qədər davam edən qarlı və soyuq yol boyunca bir dəmiryolu işçisi olan Yedigeyin gənclik illərindən bu günlərə qədər keçən zamandan və xatirələrindən yola çıxaraq xalqların və müxtəlif toplumların problemlərinə toxunduğunun şahidi oluruq.

“...Sizin yaxşı və ya pis biri olmağınız yaşayış yerinizin vecinə deyil. Amma insanın müxtəlif asılılıqları, arzuları olurdu. Başqa yerlərdə,başqa insanların arasında daha yaxşı bir həyat yaşayacağını,bu yerə onu kor taleyin sürüklədiyini düşünərdi...”

Əminəm ki, hamımız bu romanda da bəhs edildiyi kimi başqa yerlərə getmənin arzusunu dərin hiss etdiyimiz anlar yaşadıq. Hər zaman daha yaxşısının, daha gözəlinin var olduğu yerlərin xəyalını qurduq.

Yazıçı romanda ikinci dünya müharibəsində Yuqoslaviya Partizanlar tərəfindən tutularaq xilas ediləndən sonra onlarla birlikdə faşizmə qarşı döyüşən müəllim Əbutalibin başına gələnləri oxucuya ərz edir. Amma əslində yazılanlar hər hansı bir ölkənin faşizm yönümlü siyasətinin genişlədiyi dövrdə hər hansı birimizin başına gələ biləcək hadisələrdən fərqli deyildir. Çünki, Əbutalibin tək məqsədi uşaqlarını gözəl şəraitdə böyütməkdir. Onlar yazılı bir tarix vermək və mədəniyyətli bir şəkildə yetişdirərək haradan gəldiklərini bilərək böyümələrini təmin etməkdir.

Romanda bəhs edilən hadisələrin Stalinin hakimiyyətdə olduğu bir dövrdə baş verməsi, ilk başda Sovetlər Birliyinin mövcud olduğu dövrdə yaşanan sosial-mədəni problemlərin qısa bir məcmusu kimi başa düşülə bilər. Amma məncə bu cür düşünmək ən azı belə bir əsərin ciddiliyini və reallığa uyğunluğunu gözardı etmək olar. Bu kitab Yer kürəsindəki bütün insanların islahatlar qarşısında yaşadıqlarını başa salaraq bizi öz təsiri altına alır.

Kitabı oxuyarkən bir çox yerdə rast gəldiyimiz Kosmik stansiyalar ilə bir başqa planet arasındaki əlaqə şəbəkəsinin elmi-fantastik özəllik daşıdığını düşünə bilərik. Amma mənə qalarsa “Yaxşı yazar, tipik insan obrazını ortaya çıxarma ustalığına müvəffəq olan yazardır..” deyən Çingiz Aytmatovun niyyəti başqadır. Yazar romandaki bu ifadələri ilə, burunlarının dibində Kosmik stansiyalar qurulan, roketlər atılan, Kosmosun dərinliklərinə astronavtlar göndərilən inkişaf etmiş bir dövrdə bütün bunların insanlara heç nə ilə kömək etmədiyinə diqqət çəkməkdir. Müəllif burada islahatların və inkişafın topluma heç bir müsbət köməyi olmamamsını, əksinə insanların toplumdan qopardılaraq uzaqlaşdırıldıqlarını önə çəkir. Aytmatov fikirlərini ifadə edən bütün bu cümlələrilə kainatın əxlaq normaları çərçivəsində hüzur içində yaşayan insanların və bir dünyanın həsrətini dilə gətirir.

“..Əlindən varını, mülkün alsalar bu sənin ölüm səbəbinola bilməz. Amma sənin qürurunu qırar, ruhunu öldürərlərsə, bax buna heç bir çarə tapa bilməzsən..”

Ən qürurlu günün bir ömür sürməsi diləyi ilə, hamınıza xoş mütaliələr arzulayıram.


Gün var əsrə bərabər romanını elektron versiyasını aşağıdakı e-keçiddən yükləyə bilərsiniz
http://www.kitabyurdu.org/kitab/dunya-edebiyyati/1030-cingiz-aytmatov-secilmis-eserleri.html
Aytac Yaşar
Çox gözəl təhlil olunub əsər..
Əhsən!
  • 8 noyabr 2019 03:29
  • Status: