KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Gilbert Elizabet Ye, Dua et, Sev


Şeçilmişlər Gilbert Elizabet Ye, Dua et, Sev

Gilbert Elizabet Ye, Dua et, Sev PDF
ADI:
Ye, Dua et, Sev
REYTİNQ:
  • +23
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
-
ÖLÇÜSÜ:
3 MB

Hindistanda səyahət edərkən hər yerdə - xüsusilə də müqəddəs yerlər və Aşramlarda boyunlarına boyunbağılar taxan insanlar diqqəti cəlb edir. Həmçinin çılpaq, arıq, insanı vahiməyə salan (bəzən isə hətta dolubədənli, mehriban görkəmli və nur üzlü) yoqlann da bu cür boyunbağılarla çəkilmiş şəkillərini hər yerdə görmək olar. Muncuqdan düzəldilən bu boyunbağılar “capa mala” adlanır. Hindistanda onlardan həyatını inanclarına həsr etmiş hinduist və buddistlər dini metidasiyalar zamanı əsrlərdir ki, fikri cəmləşdirmək məqsədilə istifadə edirlər. Boyunbağı bir əldə tutulur və müəyyən istiqamət üzrə dairə şəklində bir-bir muncuqlar geriyə ötürülür. Hər dövrə ərzində bir mantra başa çatmalıdır. Orta əsrlərdə xaç yürüşləri zamanı Şərqə hücum edən səlibçilər hinduist və buddistlərin capa mala ilə necə ibadət etdiklərini görüb heyran qalırlar. Bu onlann çox xoşuna gəlir və capa malanı “təsbeh” adıyla Avropaya gətirirlər.

Ənənəvi capa mala 108 muncuqdan ibarətdir. Şərq filosofları bu rəqəmi uğurlu hesab edirlər, çünki 108 ədədi üçrəqəmlidir, rəqəmləri cəmi isə 9-a bərabərdir. Bu isə 3-ün 3 misli deməkdir. 3 rəqəmi isə müqəddəs üçlüyə əsasən “ali balans”ı təmsil edir. Bu kitab da mənim həmin balansı tapmaq cəhdimin nəticəsi olduğuna görə onu capa mala kimi 108 hekayəyə və ya muncuğa bölmüşəm. Bu 108 hekayə 1 il ərzində özümü tapmaq məqsədilə üz tutduğum 3 ölkə - İtaliya, Hindistan və İndoneziyadan bəhs edən 3 bölmədən ibarətdir. Hər bölmədə 36 hekayə var. Bu rəqəmin isə mənim üçün xüsusi, şəxsi əhəmiyyəti var, çünki bütün bunlan 36 yaşımda qələmə almışam...

İnformasiyaMüəllif hüquqları ilə əlaqədar olaraq materialın yükləmə e-keçidi saytdan silinmişdir.