KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Meşa Selimoviç - Dərviş və ölüm


Şeçilmişlər Meşa Selimoviç - Dərviş və ölüm

ADI:
Dərviş və ölüm
REYTİNQ:
  • +4
DİL:
FORMAT:
ÇAP İLİ:
2012
ÖLÇÜSÜ:
655 KB
Bosniya yazıçısı Meşa (Mehmed) Selimoviç (1910-1982) bir sıra hekayə, povest və s. əsərlər müəllifi olsa da, daha çox “Dərviş və ölüm’’ romanı ilə məşhurlaşıb. Bu əsər onun yaradıcılığında son dərəcə kəskin bir dönüş kimi yadda qalıb, taleyini büsbütün dəyişib, müəllifini dünyanın ən sayılan yazarları ilə bir sıraya çıxarıb. Roman Bosniyada yaransa da insan haqda dünya miqyaslı diskussiyaların obyektlərindən biri kimi qəbul edilib. Bu fəlsəfi-psixoloji əsər qısa müddətdə keçmiş Yuqoslaviya sərhədlərini aşaraq, Avropa, sonra isə dünya şöhrəti qazanıb, 30-dan artıq dilə çevrilib, motivləri əsasında rəsm və heykəltəraşlıq nümunələri yaradılıb, eyni adlı film çəkilib. Maraqlıdır ki, romanla ilkin tanış olan oxucular müəllifə ünvanladıqları məktubda: “Siz bu romanda hər şeyi demisiz, bundan sonra ta nə yazacaqsız?” - deyə soruşublarmış.

Dünya ədəbiyyatında elə romanlar var ki, tez bir zaman içərisində tərcümə olunaraq bir xalqın ədəbiyyatı çərçivəsindən çıxıb, ümumdünya ədəbiyyatı nümunəsinə çevrilir. V.Hüqonun, O.Balzakın, E.Zolyan, Ç.Dikkensin, F.Kuperin, T.Drayzerin, L.Tolstoyun, M.Dostoyevskinin, M.Şoloxovun, Ç.Aytmatovun və s. kimi yazıçıların əsərləri bu qəbildəndir. Tədqiqatçılar mənşəcə türk olan Meşa Selimoviçin “Dərviş və ölüm” romanını dünyanın yüz ən yaxşı romanından biri hesab edirlər.

Avropanın mərkəzində bir türk oğlunun qəlbindən və zəkasından süzülüb gələn və əslində sərt həyat həqiqətlərini, amansız bir qardaş faciəsini kədərli notlarla əks etdirən romanda mövzunun həlli mistik xarakter daşıyır. Hər halda belə yazı tərzi, bir qardaş taleyi ilə bağlı ədalətsizliyə təkcə ictimai-tarixi və hüquqi deyil, eyni zamanda sufimistik dəyər verən yanaşma Avropa düşüncəsi üçün yeni idi. Əsası böyük türk sufisi Mövlanə Cəlaləddin Rumi tərəfindən qoyulmuş Mövləviyyə təriqətinin fəlsəfi-əxlaqi məziyyətlər 

romanda antibəşəri əməllərə qarşı qoyulur. Sufi iqamətgahı Təkyə burada universitet səviyyəsinə qaldırılır və adi insanların yaşadığı dünya evinə qarşı qoyulur.

Bu əsər mənəvi harmoniyanı mühafizəkarlığa, sosial hərc-mərcliyə qarşı qoyan insaniyyət fəlsəfəsini tərənnüm edir. Romanın əsas konflikti Avropa yaradıcılığı ilə Şərq humanizmi arasındakı ziddiyətlər üzərində qurulur. Saf bir Allah adamı olan mövləviyyə şeyxi Əhməd Nurəddin rəzalətə qarşı ədaləti, qəbahətə qarşı fəziləti irəli sürən dərvişməslək bir sufidir. O, tarixi həqiqətə güvənə bilməyəndə, həqiqətin məğlub olduğunu görəndə ilahi haqqa, mənəvi gücə güvənir. Əslində roman mənəvi gücün qüdrətini əks etdirir. Əsərin konsepsiyası da, pafosu da bundan ibarətdir.

26 aprel 1910-cu ildə Bosniyanın Tuzla kəndində anadan olmuş Meşa Selimoviçin əsil adı Mehmet olmuşdur. O, 1930-1936-cı illərdə Belqrad Universitetində fəlsəfə fakültəsinin serb-horvat dili və ədəbiyyatı bölməsində oxuyarkən tələbə yoldaşları ona Mişa demişlər. Türkcə tələffüzdə Meşa adını sonralar Mehmet bəy yazıçı təxəllüsü kimi qəbul etmiş və işlətmişdir.

M.Selimoviç zəngin bir ailədə doğulmuşdu. “Dərviş və ölüm” romanındaki Haşan obrazını o atasının cizgiləri əsasında yaratmışdır. Burada o atasını belə səciyyələndirir: “Əsasən, sahib olduğu malı-mülkü sataraq keçinirdi. Atları, maşınları, qadınları ova getməyi, içkini, dost məclislərini sevirdi. Əyləncəyə çox düşkündü. Ömrü qısa sürdü... 54 yaşında öldü... O, evin tək əfəndisi idi. Otağına ildə sadəcə iki dəfə, o da bayramlarda girə bilirdik...”

Mehmetin hələ uşaqlıqdan ədəbiyyata tükənməz həvəsi olmuşdur. O, Andersenin nağıllarını, Dikkensin romanlarını sonsuz həvəslə oxuyurmuş. Böyük rus yazıçısı M.F.Dostoyevski onun ən çox oxuduğu ədiblərdən idi. O, hələ liseydə təhsil alarkən həm dünya ədəbiyyatı klassiklərini mütaliə edir, həm də ilk şeirlərini yazırdı.


İnformasiyaMüəllif hüquqları ilə əlaqədar olaraq materialın yükləmə e-keçidi saytdan silinmişdir.