KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Pərinuş Sənii Mənim payım


Şeçilmişlər Pərinuş Sənii Mənim payım

Pərinuş Sənii Mənim payım PDF
ADI:
Mənim payım
REYTİNQ:
  • +353
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2013
ÖLÇÜSÜ:
2.5 MB

Atası və qardaşları 16 yaşlı Məsuməni üzünü görmədiyi oğlana zorla ərə verirlər. Məsumə başqasını sevir. Ali təhsil almaq istəyir. Zorla ərə verildiyi oğlana təslim olmaqdansa, intiharı üstün bilən Məsumə hələ bilmir ki, onun əri ölkənin azadlığı, insanların rifahı üçün mübarizə aparan inqilabçı, təhsilli və müasir adamdı. Sadə və dindar ailənin hicablı, imanlı qızı ateistlərin, solçuların, inqilabçıların arasına düşür...

Hazırda mühacirətdə yaşayan Pərinuş Səniinin “Mənim payım” avtobioqrafik romanında İran qadınının həyatı, ailədə, cəmiyyətdə ona olan münasibət sadə və natural şəkildə təsvir olunur.


Biz Qumdan Tehrana köçəndə atam məktəbə getməyimə icazə verdi. Hətta ona deyəndə ki, Tehran məktəblərində heç kəs çadra örtmür, başıma çadra yerinə yaylıq bağlamağa icazə verdi.

Amma bir şərt qoydu ki, onun ləyaqətinə xələl gətirməyim.

Abbas əmimə qurban olum. Bir dəfə eşitdim ki, atama - deyir:

- Qardaş, qızın zatı gərək yaxşı ola. Məsələ hicabda-zadda deyil. Əgər pis olsa, çadranın altından da min dənə iş görə bilər. İndi ki Tehrana gəlmisən, gərək tehranlılar kimi yaşayasan. Keçdi o zamanlar ki, qızı evdə həbs edirdilər. Qoy məktəbə getsin. Geyimi də o birilər kimi olsun. Yoxsa hamı onu barmaqla göstərər.

Abbas əmim çox düşüncəli adam idi. Belə də olmalı idi. ıo ilə yaxın idi ki, Tehranda yaşayırdı. Quma ancaq orada kimsə

öləndə gələrdi. Atamın anası, rəhmətlik nənəm hər dəfə Abbas əmi gələndə deyirdi:

- Abbas, niyə mənə belə gec-gec baş çəkirsən?

Abbas əmi də hündürdən gülərək:

- Nənə, neynəyim, qohumlara de ki, tez-tez ölsünlər, mən də Quma tez-tez gəlim, - deyirdi.

Nənəm əlini üzünə elə bərk çırpırdı ki, izi uzun müddət getmirdi.

Abbas əminin həyat yoldaşı tehranlı idi. Həmişə Quma gələndə çadra örtərdi. Hamı bilirdi ki, o, Tehranda hicab örtmür. Heç qızları da belə şeylərə əməl eləmirdilər. Məktəbə də hicabsız gedirdilər.

Nənəm öləndən sonra atam onun biz yaşadığımız evini satıb hamının payını verdi.

İnformasiyaMüəllif hüquqları ilə əlaqədar olaraq materialın yükləmə e-keçidi saytdan silinmişdir.

fidan yusifova
Bu kitabin pdfni uzun  müddətdir  tapa bilmirdim.Çox Sağ olun yerləşdirdiyiniz üçün 
  • 6 aprel 2017 22:58
  • Status:
Qonaq ulker
sag olun, bu kitabi esitmisdim, axtarirdim, Burada bunu pdf kimi qoydugunuz ucun, cox sag olun. Tesekkurlerim sonsuzdur. Ne qeder komekci olursunuz.
yazar da maraqli yazib. goresen lap olmus hadiselerdir. Yaziq Masuma, hemise qadinlar basqlarina gore yasayirlar da o ne deyer, bu ne deyer ,,.. deye deye gelib qocaliriiq
 

  • 11 aprel 2017 16:47
  • Status:
Həcər
Son zamanlarda oxuduğum ən maraqlı əsərlərdən biridir.
  • 25 aprel 2017 17:20
  • Status:
Aywen
Aywen
  • 2
fidan yusifova, nece yuklediz xanim? Men yukleyemmirem

  • 18 iyun 2017 00:43
  • Status: İstidafəçi xətdə deyil
ULKAHAS
Salam,pdf artiq legv edilib? men yukleye bilmedim

  • 27 dekabr 2017 16:55
  • Status: İstidafəçi xətdə deyil
.nansu
.nansu
  • 2
nece yukleyim

  • 27 may 2018 21:45
  • Status:
Vəfa Elekberova
Kitabin pdf-ni nece yukleyim?

Kimdese pdf varsa e-maile gondersin zehmet olmasa
  • 6 avqust 2018 22:25
  • Status:
Qonaq Ul.wia
Oxuduqum en gozel kitab
  • 5 fevral 2019 16:37
  • Status:
Emil2017
Fedakat qadin... hec bir kisi bu fedakarliga layiq deyil)
  • 12 sentyabr 2019 11:05
  • Status: İstidafəçi xətdə deyil
Medine eliyeva
Salam bu kitabin pdf i zehmet olmasa yollaya bilersiz? Nece tapa bilerem pdfi?

  • 16 dekabr 2019 13:04
  • Status:
Mehralı
Qonaq Ramil oğulsan. Çox sağ ol
  • 14 iyun 2021 16:51
  • Status: