KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Cim Ron - Həyat mozaikasının beş əsas fraqmenti


Şeçilmişlər Cim Ron - Həyat mozaikasının beş əsas fraqmenti

Cim Ron - Həyat mozaikasının beş əsas fraqmenti PDF
ADI:
Həyat mozaikasının beş əsas fraqmenti
REYTİNQ:
  • +23
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2015
ÖLÇÜSÜ:
1 MB

İndi əlinizdə nəhəng gücə malik bir kitab tutursunuz və mən inanıram ki, bu kitabın yazılmasına nə qədər ciddi yanaşmışamsa, Siz də onu oxumağa bir o qədər ciddi yanaşacaqsınız.

Bu dəqiqə, gözünüzün önündə gördüyünüz, vərəq üzərində yazılmış sadə sözlərdir. Bizim - Sizin və mənim məqsədimiz bu sadə sözləri, yeni məqsəd və istəklərlə dolu, arzuladığımız yeni həyatı qurmaq üçün alət olacaq ideya və emosiyalara çevirməkdir.

Kitabların çoxu oxucunu əyləndirmək və ya informasiya vermək üçün yazılır. Bu kitab isə elə yazılıb ki, o ruhlandırmaq qabiliyyətinə malikdir. Əgər bu kitab artıq Sizin əlinizdədirsə, onda çox böyük ehtimalla demək olar ki, Siz yenilik axtanşmdasımz. Çox güman ki, həyatınızda dəyişmək istədiyiniz bir şey var. Ola bilsin ki, Siz hazırda aldığınız əmək haqqından daha artığına layiq olduğunuzu və ya indiki işinizin

öz istedadınızı tam istifadə etməyə imkan vermədiyini hiss edirsiniz. Və yaxud, elə bir şəxsi dilemma qarşısında qalmısınız ki, Sizi dalana dirəyib.

Sizi bu məqama - bu kitabdakı ideyalan öyrənmək üçün masa arxasına keçirdiyiniz məqama gətirən səbəbin nə olmasından asılı olmayaraq, ehtimal etmək olar ki, Siz cavab axtarışmdasımz. Siz dəyişikliklərə hazır olan xoşbəxt adamlar tipinə aidsiniz və bu kitabda söhbətimiz məhz bu haqda olacaq; şəxsin - individuumun həyatını, adi gündəlik axınından çıxarıb arzu olunan istiqamətə necə yönəltmək olar.

Dəyişmə prosesi necə başlayır

Dəyişikliyin başlanması üçün iki səbəb mövcuddur. Bizi dəyişiklik axtarmağa məcbur edən birinci səbəb çıxılmaz vəziyyət ola bilər. Bəzən həyat şəraiti o qədər nəzarətdən çıxır ki, biz həyatımızın ucdantutma həlledilməz suallarla dolu olduğunu zənn edərək cavab axtarmağa cəhd etmirik. Lakin sonunda məhz bu - düşüncəmizə hakim kəsilmiş çıxılmazlıq hissi bizi cavab axtarışına vadar edir. Çıxılmazlıq, bu - aylar və ya illər ərzində həddindən artıq çox yol verilmiş arxayınlıq nəticəsində qalaqlanmış problemlərin verdiyi yekundur ki, bizi həmin problemlərin həllinə kəskin ehtiyac duyduğumuz məqama gətirib çıxarır.

Bizi dəyişikliklərə vadar edən ikinci səbəb - ilhamdır.

Ümid edirəm ki, bu kitabı oxuyub Sizinlə bölüşmək istədiyim ideyalarla tanış olduqdan sonra, Sizi həyatınızda müsbət dəyişiklik etməyə sövq edən səbəb məhz ruh yüksəkliyi - ilham olacaq.

İlham Sizə istənilən vaxt, müxtəlif mənbələrdən gələ bilər. Musiqi və ya kitab bizi ruhlandıra bilər, bunu kiminsə effektiv çıxışı da edə bilər. Bütün çətinliklərə baxmayaraq, uğur əldə etmiş bir adamın hekayəti də bizdə güclü emosiyalar doğura bilər. Ümumiyyətlə, hansı mənbədən gəlməsindən asılı olmayaraq, ilham bizim daxilimizdə qətiyyət, ümid və şöhrətpərəstlik doğuran hisslər oyadır. Kiçik bir tərif belə, bizi öz potensial imkanlarımıza yenidən baxmağa vadar edir. Qəlbimizdə istək qığılcımı alovlanır, beynimizdə müxtəlif imkanlan götür-qoy edirik və bu imkanların hər biri uğur vəd edir. İlhamın qəlbimizi bürüdüyü bu qısa vaxt ərzində biz, ya konkret iş görməyə başlayırıq, yaxud da qəlbimizi qızdıran bu hərarət, imkan və perspektivlərimizi özü ilə apararaq tamamilə sönənə kimi onun istisindən həzz alırıq.

Hazırda həyatınızın necə olmasından, suallar içində boğulmağınızdan və ya ilham axtanşında olmağınızdan asılı olmayaraq, mən Sizdən bu kitabı sadəcə oxumağa başlamağınızı yox, onu axıra kimi diqqətlə oxumağınızı xahiş edirəm. Bizim həyatımıza, başladığımız işlərə görə deyil, uğurla sona çatdırdığımız işlərə görə qiymət verəcəklər.

Mən, xüsusi səylə, həqiqətən həyatımızı dəyişə biləcək ideyalan seçməyə çalışmışam. Bu kitabdan alacağınıza inandığım ilham hissi insan həyatının istənilən şəraitini dəyişməyə qadirdir. Lakin bu kitabda toplanmış ideyaların özünə xas sehrli gücünün həyatınıza təsir etməsi üçün, həyat istiqamətinizi müəyyən etmək, mənim naməmi lazımınca araşdırmaq və təklif edilən prinsipləri tətbiq etmək üçün kifayət qədər vaxt sərf etməlisiniz.

Amma öncə icazə verin, uğur və xoşbəxtliyə səyahət zamanı Sizə kömək edə biləcək bəzi vacib, başlanğıc düşüncələrimi bölüşüm.

Uğur və xoşbəxtliyin açarı

Yalnız bir neçə vacib prinsip var ki, biz həyatda əldə etdiyimiz uğurlara görə onlara borcluyuq. Bu, məhz həmin “əsaslar”dır ki, bizim sağlamlığımıza, xoşbəxtlik və bank hesabımıza daha çox təsir edirlər. Mən həyatı dəyişə biləcək yalnız bir neçə ideyanın olmasını iddia etmirəm, çünki belə ideyalar kifayət qədər çoxdur. Lakin mən Sizə öz axtarışlarınızı, bu kitabda təqdim edilən beş fundamental prinsipdən başlamağı təklif edirəm. Bu məhz həmin prinsiplərdir ki, əldə etdiyiniz nailiyyətlər məhz onların payına düşür.

Siz heç vaxt həyatınızın bütün aspektlərinə sahib ola bilməyəcəksiniz. Onun (həyatınızın) bütün xırda detallarında usta olmaq cəhdi məğlubiyyətinizə səbəb olacaq. Bəs nə üçün bunun əvəzində çoxsaylı prinsiplər arasından yalnız bəzilərinə, daha böyük nəticə verəcək və həyat keyfiyyətinizə daha çox təsir edə biləcək prinsiplərə yiyələnməyəsiniz?

Həyatınızı dəyişmək üçün yollar axtararkən Siz, maksimal nəticə verəcək məhz həmin bir neçə prinsipi axtarmış olursunuz. Əgər, Siz həmin “əsaslara” yiyələnə bilsəniz, mən söz verə bilərəm ki, nəticələrdən narazı qalmayacaqsınız.

Hamımız məhz onlara - həyat əsaslarına yiyələnməliyik.

Bu uğur və xoşbəxtliyin, altı min illik insan tarixində mövcud olan elə həmin açarlarıdır. İnsan nailiyyəti üçün heç bir yeni prinsip yoxdur. Əsas elə həmin əsasdır, yerdə qalanlar isə həmin prinsiplərin təkmilləşdirilməsi və inkişafına yönəlmiş fəaliyyətdir.

Hazırkı şəraitinizi yaxşılaşdırmaq üçün etdiyiniz istənilən cəhddə, yaxşı həyat qurulması üçün həmişə bünövrə olmuş, zamanın sınağından keçərək nəsillərdən nəsillərə ötürülmüş əsaslardan yayınmağa özünüzə imkan verməyin.

Həyat mozaikasının beş əsas fraqmenti

Əgər bu kitabın hər bir oxucusu, öz həyatını dəyişmək üçün maksimal nəticə verəcək beş əsas prinsipin siyahısını tutmaq qəranna gələrsə, çox güman ki, biz yüzlərlə müxtəlif nəticə alarıq. Və müəyyən mənada cavabların hər biri düzgün olacaq, çünki biz hər birimiz müəyyən bir prinsipi digərlərindən üstün tuturuq.

Anlamaq vacibdir ki, bu kitabda Sizinlə bölüşmək istədiyim prinsiplər yeganə və digərlərini inkar edən deyil. Mən bütün cavablan bildiyimi və onlann yeganə olacağını iddia edəcək qədər ağıllı və özündənrazı deyiləm. Bu kitabda nəzərdən keçirəcəyimiz prinsiplər, ötən nəsillər üçün olduğu kimi, Sizin də uğurunuzun əsası ola bilər. Yaşadığım illər ərzində təcrübə və təhqiqatlarım, uğur və məğlubiyyətlə görüşlərim və iştirak etdiyim diskussiyalar zamanı bu beş əsas prinsip həyat dəyişə biləcək nəticələr vermək qabiliyyətinə görə, daim diqqət mərkəzində olmuşdur. Zamanın sınağı - bəzən bu

nəyinsə dəyərini ölçmək üçün ən düzgün ölçü olur. Məhz buna görə mən Sizə, bu uzunömürlü, uğurlu insanların həyatında daim rol oynamış prinsipləri diqqətlə öyrənməyi təklif edirəm.

Yaxşı həyata necə nail olmalı - mənim bu suala konkret cavabım yoxdur. Mən bilirəm ki, həqiqəti və “həyat sualının” konkret cavabını bildiklərini iddia edən adamlar çoxdur. Lakin heç vaxt konkret cavab ola bilməz, sadəcə ona görə ki, sual özü konkret deyil. Bunun üçün də, mənim ən yaxşı məsləhətim əsasları daim diqqət mərkəzində saxlamaqdır. Və əgər müzakirə edəcəyimiz əsasların hər birinə lazımi diqqəti və vaxtı ayırsanız, mütləq nəticələrdən razı qalacaqsınız, çünki qarşımzdakı - Həyat mozaikasının beş əsas fraqmentidir.

İnformasiyaMüəllif hüquqları ilə əlaqədar olaraq materialın yükləmə e-keçidi saytdan silinmişdir.