KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Martin Paj Mən necə İdiot oldum


Şeçilmişlər Martin Paj Mən necə İdiot oldum

Martin Paj Mən necə İdiot oldum PDF
ADI:
Mən necə İdiot oldum
REYTİNQ:
  • +13
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2013
ÖLÇÜSÜ:
946 KB
Martin Paj bu kitabında az qala dünyada hamını axmaq yerinə qoyub: avtomobilçilərdən tutmuş universitet müəllimlərinə, video-oyun, dəbli paltar, etnik musiqi və televiziya həvəskarlarına qədər hər kəsi. Oxucu ona istehza edənləri xoşlamır. Lakin Paj kimi bir yazıçı üçün xüsusilə qiymətli olan yaşıdları, “öz nəsli” arasında uğur qazanmaq idi. Romanı, demək olar ki, sözbəsöz sitatlara böldülər, internet saytlarından birində Pajın cümlələrini Stendalın, Nitsşenin və Nabokovun aforizmlərilə yanaşı görmək olardı.
Tənqidçilər Pajı dərhal Volter ənənələrinin davamçısı adlandırmağa başladılar, oxucuları onu “Kandida” və “Mikromeqas” ilə müqayisə etməyə yönləndirdilər. Lakin Pajın mətnləri rasionalizmdən uzaq idi, sosial satira və müsahibələrindən birində “yazmaq üçün bəhanə” adlandırdığı çağdaş dünyanın tənqidilə qətiyyən uyuşmurdular. “Yox, bu mənim üçün, sadəcə, üslub məşqi deyil – Martin Paj özü haqda deyirdi – ancaq mən başa düşdüm ki, bu gün cəmiyyəti tənqid etmək Flober dövründəki kimi təhlükəli deyil. Artıq bu, sadəcə, ədəbi koddur, onu hərfən qəbul etmək lazım deyil”.
Jurnalistin “Bəs sənin üçün kitablarında xüsusilə dəyərli olan nədir” sualına cavab olaraq Paj nə mövzular, nə də personajlar barədə danışdı. O, sadəcə, bir neçə cümlə xatırlatdı. Onların içərisində “Əla gündür, əla” romanından da sitat vardı: “Elə insanlar var ki, heç vaxt boyunlarına yağış düşmür, mən onları heç cür anlaya bilmirəm”.
İnformasiyaMüəllif hüquqları ilə əlaqədar olaraq materialın yükləmə e-keçidi saytdan silinmişdir.

Uraqan
Uraqan
  • 0
belə etməyin. ən yaxşı kitabların adlarını yazmısız, yüklənmə linki qoymamısınız
"Hərbidən Qeydlər" kitabının yazarından... Uraqan Emin Abdullayev
  • 18 dekabr 2018 20:02
  • Status: İstidafəçi xətdə deyil