KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Barbara De Anjelis Hər Bir Qadının Kişilər Haqqında Bilməli Olduğu Vacib Sirlər


Şeçilmişlər Barbara De Anjelis Hər Bir Qadının Kişilər Haqqında Bilməli Olduğu Vacib Sirlər

Barbara De Anjelis Hər Bir Qadının Kişilər Haqqında Bilməli Olduğu Vacib Sirlər PDF
ADI:
Hər Bir Qadının Kişilər Haqqında Bilməli Olduğu Vacib Sirlər
REYTİNQ:
  • +44
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2014
ÖLÇÜSÜ:
2.11

Heç kişilərə yanaşmaq üzrə təlimata malik olmağı xəyalınızdan keçininsiniz? Toster və ya avtocavablayıcı alanda sizə onlarla davranmaq qaydalarına, təhlükəsiz işlətməyə dair kiçik buklet təqdim edirlər. Bəs kişilərlə əlaqədar necə? Biz qadınlar kişiləri digər “cihazlardan” daha çox "istifadə" edirik, ancaq onlardan hər biri necə "hərəkət etmələrini” özləri müstəqil şəkildə müəyyən etməlidir.

Bütün həyatımız boyu hər gün kişilərlə - sevgilimiz, ərimiz, bosumuz, həmkarımız, atamız, oğlumuz, dostumuzla ünsiyyətdə oluruq. Onları başa düşməyə, onlarla söhbət etməyə, qeydinə qalmağa, sevməyə və onlarla qarşılıqlı münasibətdə olmağa çalışırıq. Bunlara nail olanda, kişilərin gözəl olduğunu söyləyir, olmayanda isə onlara dözə bilmədiyimizi düşünürük. Onlarla işlərimiz düz gəlməyəndə onların dözülməz məxluq olduğunu, onlarla əlaqədə olmamağın ən yaxşı seçim olduğunu söyləyirik. Əgər siz mənə oxşayırsınızsa, onda yəqin ki, nə vaxtsa əlinizi ümidsizlik içində göyə qaldıraraq, belə qışqırmaq istəmisiniz: "Bu kişini geriyə, zavoda göndərin, o düzələn deyir. Ya da "Bəlkə bu model köhnəlib və istehsalatdan çıxarılıb. Mən heç vəclılə onu lazım olan formada işləməyə məcbur edə bilmirəm”.

Siz kişi ilə münasibət qurmağın üç variantından birini seçə bilərsiniz:

Variant ı: Kişinin sizi dəlilik dərəcəsinə gətirməsindən qəzəblənə bilər və daim vaxtınızı ona şikayətlənməklə keçirə bilərsiniz. (Bu bir neçə saat davam edərsə, maraqlı ola bilər, ancaq bu məşğuliyyət bir neçə ildən sonra öz cazibədarlığım

Variant 2: Siz ümumiyyətlə kişilərdən imtina edə və özünüzə yumşaq tüklü, gözəl it ala bilərsiniz. (Bu daha ucuz olar, daha az əmək tələb edər, ancaq heç də həmişə istədiyiniz nəticəni verməz).

Variant 3. Kişi ilə həyatınızın layiq olduğunuz səviyyədə gözəl olması üçün kişi haqqında lazım olan hər şeyi öyrənməyə qərar verə bilərsiniz.

Son on beş il ərzində mən on minlərlə kişi və qadınla işləməklə məşğul oluram, onların münasibətində hansı cəlıətin uğura, hansının isə müvəffəqiyyətsizliyə səbəb olduğunu öyrənirəm. Kişiləri anlamam üçün çox vaxt lazım olub. Bu çox çətin və ağrılı yol idi və mən bu yolda çox sayda səhvlər etmişəm.

Mən təkcə sağ-salamat qaldığımı söyləməkdən xoşbəxt deyiləm, mən həm də ona görə xoşbəxtəm ki, mübarizədən həyatımı dəyişdirəcək, kişiləri dərk etmənin yeni tərzi ilə çıxmışam və mən əldə etdiklərimi sizinlə bölüşmək istəyirəm. Ümid edirəm ki, "Hər bir qadının bilməsi vacib olan kişilər haqqında sirlər” kitabımı kişilərə yanaşma təlimatı kimi evinizdə olmasını istəyəcəksiniz. Bəlkə o, ömrünüz boyu arzuladığınız kişi ilə gözəl münasibət qurmağa kömək edəcəkdir.

İnformasiyaMüəllif hüquqları ilə əlaqədar olaraq materialın yükləmə e-keçidi saytdan silinmişdir.