KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Barbara De Anjelis Hər Bir Kişinin Qadınlar Haqqinda Bilməli Olduğu Vacib Sirlər


Şeçilmişlər Barbara De Anjelis Hər Bir Kişinin Qadınlar Haqqinda Bilməli Olduğu Vacib Sirlər

ADI:
Hər Bir Kişinin Qadinlar Haqqinda Bilməli Olduğu Vacib Sirlər
REYTİNQ:
  • +56
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2014
ÖLÇÜSÜ:
295 KB
Qadınlara məktub

Bu kitabı həm siz, həm də sevdiyiniz kişilər üçün yazmışam. Hər bir qadının belə bir kitabın yazılmasını arzuladığına inanıram. Əgər belə bir kitab olardısa, onu partnyoruna verər, o da oxuyub qadınını necə sevəcəyini həmən anlardı. “Bunu oxu, - o deyərdi, - məni anlayarsan”.

Həyatım boyu dəfələrlə belə bir kitabın olmasını arzulamışam. Çünki partnyoruma tələblərimi anlada, nə qədər çalışsam da, vəziyyətin əsaslı şəkildə dəyişməsi və hər ikimiz üçün münasibətlərimizin daha da yaxşı olması istiqamətində onun edəcəyi kiçicik bir hərəkət və ya jestinin yetərli olmasına inandıra bilmirdim. Arzularımdan, mənim üçün vacib olan məsələlərdən ona heç vaxt danışa bilməmişəm. Nəticədə partnyorum məndən incimiş, məni olduqca tələbkar hesab etmiş, onsuz da xoşbəxt olmağım üçün hər şeyin olduğunu hesab edərək, artıq heç nə etmək istəməmişdi. Belə halda min illər boyu qadınların etdiyi kimi dərindən köks ötürmüş və onun qəlbini tərpədə, məni başa düşməyə məcbur edə biləcəyim anın gələcəyini arzulamışam.

Əgər siz qadınsımzsa, bu misraları oxuyarkən bu köks ötürmənin nə olduğunu yaxşı başa düşəcəksiniz. Bu köks ötürmə sənə bunu pıçıldayır: “Mən heç nə istəmirəm, sadəcə, onun mənə qarşı diqqətli olmasını və nəhayət, mənim kim olduğumu anlamasını istəyirəm”. İnsana həmişə onun başa düşülməsinə, ona dəyər verilməsinə və onu var olduğu kimi qəbul edilməsinə səy göstərməsi xasdır. Əlbəttə, hamımıza başqa bir adamın bizi tamamilə anlaması hissi tanışdır. Ancaq o da təəccüblüdür ki, digər qadınlarla - bu rəfiqəmiz, bacılarımız, həmkarlarımız ola bilər - yəni bizdən olanlarla, tələblərimizi daha yaxşı anlayanlar arasında əlaqələrimiz heç bir çətinlik olmadan, praktiki olaraq ani yaranır.

Belə bir hadisə sizə tanış gəlmir ki?

Rəfiqənizlə nahar etməyə çıxmısınız. Gec-tez söhbət problemlərə, şəxsi münasibətlərinizə və ya partnyorunuzla olan məsələlərinizə gəlib çıxacaq. Demək olar ki, bir neçə sözdən sonra rəfiqəniz sizin nə demək istədiyinizi dəqiqliyilə anlayacaq. O, acıyırmış kimi başını yellədəcək, lazım olan yerdə narahatçılıq ifadə edəcək, hətta bəzən sizin başladığınız cümləni belə ən uyğun sözlərlə bitirəcək. Və siz də, əlbəttə, razılıq hissilə ona baxacaq, yüngüllük və sevinc hissilə dərindən nəfəs alacaqsınız. “Bəli! Həqiqətən də bu demək istədiyim şey idi... Rəfiqəm nə hiss etdiyimi dəqiq anlayır!”

Söhbət davam edir və on dəqiqədən sonra siz və rəfiqəniz son on il ərzində əriniz və sizin aranızda güclü mübahisələrə səbəb olan çoxsaylı problemlər haqda tam fikir birliyinə gəlirsiniz. Rəfiqənizlə söhbətinizin çox asan alınması, emosiyalarınızın onun tərəfindən dəqiqliyilə anlaşılması, reaksiyalarınıza cavab verməsi və sizin tələbləriniz barədə danışması sizi olduqca təəccübləndirəcək. Partnyorunuzla da bax belə danışa bilsəniz?! Onunla bu barədə danışmağa başlayan kimi “divarla”, hirslə, kənara çəkilən baxışlarla üzləşir, cansıxıcı köks ötürmələri eşidirsiniz. Sanki onunla tamamilə fərqli dillərdə danışırsınız - o qəti şəkildə nə demək istədiyinizi anlamır!
Naharı bitirəndə rəfiqənizə ona anlayış göstərdiyinə görə təşəkkür edirsiniz. Sonra isə bütün qadınların rəfiqələrinə və qohumlanna dedikləri sözləri dilinizə gətirirsiniz: “Ərim də məni sizin kimi anlasaydı... Təəssüflər olsun ki, sən qadınsan, yoxsa biz ideal ər-arvad olardıq!” Və sizin rəfiqəniz razılıq əlaməti olaraq başını yellədir, çünki indi də o sizin nə demək istədiyinizi çox gözəl anlayır...
Saysız-hesabsız belə söhbətlərdən, on il qadın və kişilərlə işlədikdən sonra qadınların kişilərə özləri haqqında nəyi izah etmək istədiklərinə həsr edilmiş kitabı yazmağın vaxtı çatdığını anladım. Çoxdan idi ki, adamlar məndən belə bir kitabı yazmağımı xahiş edirdilər. 1990-cı ildə ilk bestsellerim olan “Hər bir qadının bilməsi vacib olan kişilər haqqında sirlər” kitabını yazdıqdan sonra, kişilər və qadınlar kitabın davamını -kişilərə qadınların kim olduğundan yazmağı xahiş edən məktublar aldım. Seminarlanmda, radio və televiziyadakı çıxışlarımda, çoxsaylı pərəstişkarlarında yazışmalarımda, küçələrdə və hava limanlannda sadə insanlarla görüşlərim zamanı eyni təklifləri eşidirdim.
“Sevgilimlə niyə belə davrandığımın səbəbini izah etməyə çalışırdım, ancaq o məni anlamırdı. Əgər hər şeyi izah etsəydiniz, onun sizə qulaq asacağından əminəm”.
“Məni xoşbəxt etməyin çox asan olduğunu ərim niyə bilmir - sadəcə, müəyyən hərəkətlər etmək lazımdır. Xahiş edirəm, nə istədiyimizin və niyə məhz bunu istədiyimizin izahını verən kitab yazın!”
İnformasiyaMüəllif hüquqları ilə əlaqədar olaraq materialın yükləmə e-keçidi saytdan silinmişdir.

Leyli
Leyli
  • 2
kitabi yukledim lakin açilmir
  • 14 aprel 2017 11:45
  • Status: İstidafəçi xətdə deyil
kitabyurdu
Leyli, kitab epub formatındadır. Kitabı açmaq üçün hansı programdan istifadə edirsiniz?
  • 14 aprel 2017 12:01
  • Status: İstidafəçi xətdə deyil
Ibra
Ibra
  • 2
hansi programdan istifade etmek olar bu fayli acmaq ucun ?
  • 16 aprel 2017 15:21
  • Status:
kitabyurdu
Ibra, telefon üçün FBReader, komputer üçün epub reader
  • 16 aprel 2017 16:29
  • Status: İstidafəçi xətdə deyil
Gula Gula
Bu kitabi yukleyen varsa mene gondere biler?? Saytdan silinib :/ 
  • 25 iyul 2017 10:51
  • Status:
Cemaleddin
burdan yukleye bilersiniz. YUKLE

  • 9 sentyabr 2019 19:59
  • Status: