KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Jostein Gaarder - Sofinin Dünyası


Şeçilmişlər Jostein Gaarder - Sofinin Dünyası

Jostein Gaarder - Sofinin Dünyası PDF
ADI:
Sofinin Dünyası
REYTİNQ:
  • +79
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2011
ÖLÇÜSÜ:
3.6 MB

Norveç yazıçısı Yustin Garderin bütün dünyada məşhur olan bu kitabı əsasən uşaqlara ünvanlansa da, yaşlılar üçün də maraqlı olacağı şübhəsizdir. Kitab fəlsəfə kimi ağır bir mövzudan bəhs elədiyi halda son dərəcə cəlbedicidir. Fəlsəfəylə maraqlanan, ən azı ümumi şəkildə fəlsəfə tarixini öyrənmək istəyənlər üçün bu kitabı qiymətsiz saymaq olar. Əsərin qəhrəmanı olan Sofi adlı 15 yaşlı qız da naməlum və sirli filosofdan məktublar alır. Və bir gün sonunda onlar görüşürlər...

Cənnət

...nə varsa, yoxdan var olub...

Sofi Amundsen məktəbdən evə qayıdırdı. Yolun yarısını Coannayla gəzə-gəzə gəlmişdilər, söhbət robotlardan düşmüşdü. Coanna deyirdi ki, insan beyni, təkmilləşdirilmiş kompüter kimidir. Sofi üzdə razılaşsa da, əslində, buna inana bilmirdi. “Doğrudanmı, insan beyninin hansısa mükəmməl cihazdan elə bir fərqi yoxdu?!”

Supermarketə çatanda ayrıldılar. Sofi uzaqda - son vaxtlar genişlənən ucqar bir məhəllənin qurtaracağında yaşadığından, Coannadan ikiqat artıq yol getməliydi. Onlardan o tərəfdə ev yoxdu, meşəlikdi, baxanda elə bilirdin ki, Sofigilin həyəti dünyanın axır ucundadı...

Sofi döngədən Yoncalı küçəyə buruldu. Yolun sonu sərt aşırım idi, oraya Kapitan aşırımı deyirdilər. Adi günlərdə də çox

az adamın yolu düşən bu aşırımdan həftəsonları heç keçən olmurdu.

Mayın əvvəlləri idi. Bağların çoxunda meyvə ağacları topa- topa sarı çiçəklərə bürünmüşdü. Budaqlarda açıq yaşıl yarpaqlar vardı. “Qəribə işdi: hər il bu vaxt yer-göy çiçək açır!... Axı necə olur ki, hava isinəndə, qarın son izləri silinib gedəndə ölü torpaqdan bu qədər bitki baş qaldırır, hər yer yaşıllaşır?!”


İnformasiyaMüəllif hüquqları ilə əlaqədar olaraq materialın yükləmə e-keçidi saytdan silinmişdir.

İlkinAhmadov
  • 14 aprel 2019 13:04
  • Status:
Qonaq Cəmilə
Salam, mənə bu  kitabın Azərbaycan dilində olan versiyası lazımdır
  • 8 mart 2021 13:07
  • Status: